AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram"ın təsdiq edilməsi haqqında "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2008-ci il 4 iyul tarixli 792 nömrəli, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli
1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqram" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 13 mart 2024-cü il № 147
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Taxoqrafdan istifadə, ona xidmət və ya rəqəmsal taxoqraf kartından istifadə üzrə XÜSUSİ PROQRAM Sıra №-si Mövzuların adı Hazırlıq üzrə məşğələlərin növləri və həcmi (saatla) cəmi (saat) nəzəri hissə (mühazirələr) (saat) praktiki hissə (saat) 1 2 3 4 5 I. ƏSAS BÖLMƏ
1. Taxoqrafların tətbiqi ilə bağlı ümumi tələblər, onların təyinatı və növləri 1.1. Avtomobil nəqliyyatı vasitələrində taxoqrafların tətbiqi ilə bağlı beynəlxalq və ölkədaxili qanunvericilik: - Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair" Avropa Sazişi (AETR); - "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu; - "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 249 nömrəli Qərarı; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 247 nömrəli Qərarı; 1 1 -
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
1.2. - taxoqraf haqqında ümumi məlumat; - taxoqrafların təyinatı; - taxoqrafların növləri 1 1 Mövzu üzrə saatların cəmi: 2 2
2. Taxoqrafların quruluşu, iş prinsipi və onlardan istifadə qaydaları
2.1. Taxoqrafların quruluşu, iş prinsipi: - taxoqrafların quruluşu; - taxoqrafların iş prinsipi; - taxoqraflarda olan əsas nasazlıqlar; - taxoqrafların nəqliyyat vasitəsinə quraşdırılması 2 2
2.2. Rəqəmsal taxoqrafın piktoqramları:
- piktoqramlar haqqında ümumi məlumat; - taxoqrafda əks olunan piktoqramlar və onların mənaları 1 1
2.3. Taxoqraf kartları:
- taxoqraf kartlarının təyinatı və növləri; - taxoqraf kartlarının əldə olunması qaydaları; - taxoqraf kartlarından istifadə qaydaları 1 1 Mövzu üzrə saatların cəmi: 4 4
3. Sürücülərin iş və istirahət rejimi
3.1. - sürücülərin iş və istirahət rejimi; - sürücülərin iş və istirahət rejiminə əməl edilməsinin AETR reqlamenti; - sürücülərin növbəli iş rejimi; - iş və istirahət rejiminə əməl edilməsinə nəzarət, ölkədaxili və beynəlxalq praktika 2 2 Mövzu üzrə saatların cəmi: 2 2
II. XÜSUSİ BÖLMƏ
4. Avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən taxoqrafdan istifadə
4.1. - taxoqraflardan istifadə qaydaları; - sürücü kartı və ondan istifadə; - məlumatların oxunması və təhlili; - nasazlıqlar, onların aşkar edilməsi və görülən tədbirlər; - taxoqraf işləmədiyi halda sürücünün işi 4 4 Mövzu üzrə saatların cəmi: 4 4
5. Operator və onun məsul şəxsi (şəxsləri) tərəfindən taxoqrafdan istifadə
5.1. - daşıyıcı kartından istifadə etməklə məlumatların taxoqrafdan yüklənilməsi; - məlumatların təhlil edilməsi
- taxoqraf işləmədikdə qeydiyyat kitabının yoxlanılması və məlumatların təhlili; - taxoqrafın yoxlanılması haqqında şəhadətnaməyə və ya taxoqrafın möhürlənməsinə nəzarət Mövzu üzrə saatların cəmi: 4 4
6. Taxoqrafların xidmət mərkəzlərində (servis emalatxanalarında) yoxlanılması, quraşdırılması, onlara texniki xidmətin göstərilməsi
6.1. - emalatxana kartından istifadə qaydaları; - taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi, kalıbrlənməsi və onlara texniki xidmətin göstərilməsi; - taxoqrafdan məlumatların yüklənilməsi 4 4 Mövzu üzrə saatların cəmi: 4 4
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən nəzarət sistemi
7.1. - məsuliyyəti müəyyən edən normalar və onların tətbiqi təcrübəsi; - taxoqraflar vasitəsilə sürücülərin iş və istirahət rejiminə nəzarət; - nəzarətçi kartı vasitəsilə sürücünün iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi; - məlumatların təhlili, qərar qəbul edilməsi və inzibati xətanın sənədləşdirilməsi 4 4 Mövzu üzrə saatların cəmi: 4 4 Proqram üzrə saatların cəmi: 24 8 16