a alır:
1. "Tikinti obyektlərinin istismarına icazənin formaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1126 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 429 nömrəli Qərarı) 4-cü hissəsi ləğv edilsin.
2. "Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 417 nömrəli Qərarının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1945 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
3. "Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 512 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2459 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
4. "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 3 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2020, № 1, maddə 61 (Cild I) 2-ci hissəsi ləğv edilsin.