a alır:
1. "Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli 598 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2543 (Cild I) 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"5. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən sənəddə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.".
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 iyun tarixli 253 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1352 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblə-rinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın "Qeyd" hissəsi ləğv edilsin.
3. "Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyən-ləşdirən bölünmə planının razılaşdırılması Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 dekabr tarixli 568 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2758 (Cild I) 2-ci hissəsi ləğv edilsin.