a alır:
1. "Müharibə veteranlarının reyestrinin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 280 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 969 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
2. "Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 avqust tarixli 281 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 8, maddə 970 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
3. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 371 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1104 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
4. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması şərtləri, subsidiyaların ödənilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 8 dekabr tarixli 445 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1780 (Cild I) 2-ci hissəsi ləğv edilsin.