Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 5 fevral tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli dəstəklər hesabına sürətləndirilməsi, qlobal iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyalara qarşı bu sahədə rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin formalaşdırılması məqsədilə aşağıdakı sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi təmin edilir:
1. Sənaye
2. Kənd təsərrüfatı
3. İnformasiya və rabitə
4. Turizm
5. Tikinti
6. Nəqliyyat
7. Ticarət.