"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı" təsdiq edilsin ( əlavə olunur ).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 5 fevral 2024-cü il № 69