→Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətitəyinat
Maddə 91 həll
→Azərbaycan Respublikasının Prezidenti
Anlayışlar (26)
Bu qanunda verilən təriflər
normativ hüquqi aktfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.1
tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd
konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi
yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi
normativ hüquqi aktların kolliziyasıfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.12
eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu)
normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət
Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə müəyyən edilmiş subyekt tərəfindən qanun layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə rəsmən təqdim edilməsi
normativ hüquqi aktın rəsmiləşdirilməsifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.16
normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar
normativ hüquqi aktın açıqlanmasıfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.20
normativ hüquqi aktın rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, digər media subyektlərinin və ya başqa mümkün kommunikasiya vasitələrinin köməyi ilə rəsmi yayılması yolu ilə ümumi diqqətə çatdırılması
lokal normativ hüquqi aktfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.21
qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ hüquqi akt
normativ hüquqi aktda dəyişikliklərin edilməsifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.23
normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və ya əlavə normaların daxil edilməsi
normativ hüquqi aktdan sui-istifadə imkanıfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.24
normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu
normativ hüquqi aktın hüquqi qüvvəsifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.27
normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristika
normativ xarakterli aktfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.3
bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd
Azərbaycan Respublikasının qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu
Azərbaycan Respublikasının Qanunvericilik Toplusufəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.8-1
qəbul edilmiş Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının dərc edildiyi aylıq rəsmi toplu