→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
Maddə 91 həll
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
Maddə 172 həll
→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
Maddə 27
Anlayışlar (40)
Bu qanunda verilən təriflər
plagiatçılıqbölmə:1/maddə:4/abzas:10
əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə
"fonoqram istehsalçısı"bölmə:1/maddə:4/abzas:11
ifanın və ya digər səslərin ilk dəfə yazılması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda həmin fonoqramda və (və ya) onun qoyulduğu qutuda adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs fonoqram istehsalçısı sayılır
"ifaçı"bölmə:1/maddə:4/abzas:12
rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxs
kompüter" (hem)bölmə:1/maddə:4/abzas:13
informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu
kompüter proqramı" (HEM üçün proqram)bölmə:1/maddə:4/abzas:14
maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublika…
Ətraflı məlumat Pro versiyada
Hədəf qanunlar: Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında
→Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyibirinci haldatəyinat
→Azərbaycan Respublikasının Nazirlər Kabinetiikinci haldatəyinat
Maddə 291 həll
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
Maddə 322 həll
→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
Maddə 371 həll
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
Maddə 401 həll
→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
Maddə 412 həll
→Azərbaycan Respublikasının Prezidenti
→Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyitəyinat
Maddə 432 həll
→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
Maddə 441 həll
→Azərbaycan Respublikasının Prezidentiikinci halda
"kollektiv əsər"bölmə:1/maddə:4/abzas:15
fiziki və ya hüquqi şəxsin təşəbbüsü ilə və rəhbərliyi altında onun öz adı ilə nəşr edilmək şərti ilə iki və ya daha çox fiziki şəxsin yaratdığı əsər
törəmə əsərbölmə:1/maddə:4/abzas:16
tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi
"toplu"bölmə:1/maddə:4/abzas:17
materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir
"ənənəvi biliklər"bölmə:1/maddə:4/abzas:18
ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəslə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii sahələrdə və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri
"əsərin açıqlanması"bölmə:1/maddə:4/abzas:19
müəllifin razılığı ilə əsərin ilk dəfə kütləyə çatdırılması məqsədi ilə dərc edilməsi, kütləvi nümayiş etdirilməsi, kütləvi ifa olunması, efirə verilməsi və başqa üsullarla edilən hərəkət
"müəllif"bölmə:1/maddə:4/abzas:2
əsərin yaradıcısı olan fiziki şəxs,
dərc edilmə" (istifadəyə buraxılma)bölmə:1/maddə:4/abzas:20
əsərin müəllifinin və ya fonoqram istehsalçısının razılığı ilə əsərin, fonoqramın kütlənin tələbatını ödəmək üçün dövriyyəyə buraxılması, elektron-informasiya sistemləri vasitəsi ilə əsərdən və fonoqramdan istifadəyə imkan yaradılması da dərc edilmə sayılır
"yayım təşkilatının verilişi"bölmə:1/maddə:4/abzas:21
efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş
"tətbiqi sənət əsəri"bölmə:1/maddə:4/abzas:22
əllə və ya sənaye üsulu ilə yaradılmış və praktik istifadə funksiyaları olan, yaxud praktik istifadə əşyalarına köçürülən incəsənət əsəri
"fotoqrafiya əsəri"bölmə:1/maddə:4/abzas:23
fiksajlama texnologiyasından (kimyəvi, elektron və s.) asılı olmayaraq işıq şüalanmasının və ya başqa şüalanmanın təsvir yaratmağa imkan verən üsulla fiksajlanması. Audiovizual əsərlərin ayrıca götürülmüş kadrı "fotoqrafiya əsəri" sayılmır
"kütləvi ifa"bölmə:1/maddə:4/abzas:24
əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatlarının verilişlərinin həm canlı ifada, həm də müxtəlif texniki vasitələrin və proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) deklamasiya, oyun, oxu və başqa üsulla elə tərzdə təqdim edilməsidir ki, ailə dairəsinə və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin
"kütləvi nümayiş"bölmə:1/maddə:4/abzas:25
əsərin, ifanın yayım təşkilatının verilişinin orijinalının və ya bir nüsxəsinin bilavasitə, yaxud plyonkanın, slaydın, kadrın, yaxud başqa qurğuların və ya proseslərin köməyi ilə (efirlə və ya kabellə vermə istisna olmaqla) ekranda elə tərzdə nümayiş etdirilməsidir ki, ailə dairəsində və ya ailənin yaxın tanışları sırasına daxil olmayan şəxslər tərəfindən qavranıla bilsin
"pulsuz istifadə"bölmə:1/maddə:4/abzas:27
əsərin orijinalına və ya nüsxəsinə sahiblik hüququnun müəyyən müddətə əhaliyə pulsuz xidmət göstərən kitabxanalara, arxivlərə və başqa müəssisələrə, təşkilatlara verilməsi
"bildiriş"bölmə:1/maddə:4/abzas:28
əsərlərin və əlaqəli hüquqların obyektlərinin faktiki qavranılmasından asılı olmayaraq, eşitmə və ya görmə qavrayışını mümkün edən nümayişi, ifası, radio və televiziya ilə ötürülməsi və ya hər hansı digər hərəkət (əsərin, yaxud fonoqramın nüsxələrinin yayılması istisna olmaqla)
kütləvi bildiriş" (kütləyə çatdırma məqsədi ilə bildiriş)bölmə:1/maddə:4/abzas:29
əsərlərin və əlaqəli hüquqların obyektlərinin bildiriş kimi efirlə, kabellə ötürülməsi, həmçinin bildirişin qavranılmasından asılı olmayaraq, onun əldə edilməsini bu cür mümkün edən hər hansı, o cümlədən interaktiv üsulla kütləyə çatdırma (əsərin və əlaqəli hüquqların obyektlərinin nüsxələrinin yayılması istisna olmaqla)
"audiovizual əsər"bölmə:1/maddə:4/abzas:3
bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan) əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (tele-, videofilmlər, diafilmlər və s.) aiddir
interaktiv kütləvi bildiriş" (əsərlərin və əlaqəli hüquqların obyektlərinin interaktiv istifadə üçün kütləyə çatdırılması)bölmə:1/maddə:4/abzas:30
əhali nümayəndələrinin öz şəxsi seçiminə görə istənilən yerdə və istənilən vaxtda əsərlərin və əlaqəli hüquqların obyektlərinin əldə etməsini mümkün edən çatdırma
əsəri və əlaqəli hüquqların obyektlərini yaymaqbölmə:1/maddə:4/abzas:31
əsərin və ya əlaqəli hüquqların obyektlərinin orijinalının və ya nüsxələrinin satışı və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılması
texniki mühafizə vasitələribölmə:1/maddə:4/abzas:32
əsərə və əlaqəli hüquqların obyektlərinə daxilolmanı nəzarətdə saxlamağa imkan verən, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, yaxud məhdudlaşdıran istənilən texniki qurğu və ya onların hissələri
hüquqların idarə edilməsi haqqında informasiyabölmə:1/maddə:4/abzas:33
əsəri, əsərin müəllifini və ya digər hüquq sahibini eyniləşdirən və ya əsərdən istifadə şərtləri haqqında məlumatları və təqdim olunan belə məlumatları özündə saxlayan hər hansı rəqəmləri və ya kodları bildirir ki, informasiyanın istənilən elementlərindən hər hansı biri əsərin nüsxəsinə əlavə edilmiş olur, yaxud bu obyektlərin kütləyə çatdırılması məqsədi ilə bildirişi zamanı görünür
əsərin (yazılı və başqa qrafik əsərin) orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə (böyüdülmüş, yaxud kiçildilmiş) faksimilesinin çıxarılması
kirayəbölmə:1/maddə:4/abzas:35
əsərin, fonoqramın və ya bu qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi
"şərikli əsər"bölmə:1/maddə:4/abzas:36
bu maddədə nəzərdə tutulan kollektiv əsərlər istisna olmaqla iki və ya daha çox müəllifin yaratdığı əsər
"efirlə kütləvi bildiriş"bölmə:1/maddə:4/abzas:37
əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin radio və televiziya vasitəsi ilə (kabel televiziyası istisna olmaqla), o cümlədən peyklərin köməyi ilə kütləyə çatdırılması. Əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin peyk vasitəsi ilə efirlə kütləvi bildirişi dedikdə, yerdə yerləşən stansiyadan göndərilən siqnallar vasitəsi ilə kütlənin faktik qəbul etməsindən asılı olmayaraq, əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərinin kütləyə çatdırılması başa düşülür. Kodlaşdırılmış siqnalların bildirişi, əgər kodun açılması vasitələri yayım təşkilatı tərəfindən və ya onun razılığı ilə əhaliyə təqdim olunarsa, efirlə kütləvi bildiriş sayılır
"kabellə kütləvi bildiriş"bölmə:1/maddə:4/abzas:38
əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması
"fonoqram"bölmə:1/maddə:4/abzas:39
ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılması
"məlumat bazası"bölmə:1/maddə:4/abzas:4
materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu
"əsər nüsxəsi"bölmə:1/maddə:4/abzas:40
əsərin hər hansı maddi formada hazırlanmış surəti
"fonoqram nüsxəsi"bölmə:1/maddə:4/abzas:41
fonoqramda yazılmış səslərin hamısının və ya bir hissəsinin bilavasitə və ya dolayısı ilə hər hansı maddi daşıyıcıya köçürülmüş surəti
"retranslyasiya"bölmə:1/maddə:4/abzas:42
yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsi
"surətçıxarma"bölmə:1/maddə:4/abzas:5
əsərin və ya fonoqramın bir və ya daha çox nüsxəsinin hər hansı maddi formada, o cümlədən səs və videoyazı şəklində hazırlanması. Əsərlərin və ya fonoqramların elektron (rəqəmli də daxil olmaqla), optik və ya maşınla oxunan digər formada müvəqqəti, yaxud daimi saxlanma üçün yazılması da surətçıxarma sayılır
"yazılma"bölmə:1/maddə:4/abzas:6
texniki vasitələrin köməyi ilə səslərin və (və ya) təsvirlərin dəfələrlə qavramağa, surətini çıxarmağa, yaxud bildirməyə imkan verən hər hansı maddi formada əks olunması
"audiovizual əsər istehsalçısı"bölmə:1/maddə:4/abzas:7
belə əsərin hazırlanması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda audiovizual əsərdə adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs audiovizual əsərin istehsalçısı sayılır
quruluşçu rejissorbölmə:1/maddə:4/abzas:8
audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər tamaşanın quruluşunu həyata keçirən və ya bu cür tamaşalara quruluş verən şəxs
"pirat məhsul"bölmə:1/maddə:4/abzas:9
hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri