Sığorta fəaliyyəti haqqında
QüvvədədirMetadata
- Mənbə
- Milli Məclis(parliament)
- Sitat
- 519-IIIQ
- Qüvvəyə minmə
- 2008-03-16
- Sahə
- Bank və maliyyə
- Növ
- standalone
- e-qanun ID
- 13983
Dəyişiklik tarixçəsi (1)
Qüvvəyə minmə tarixi üzrə versiyalarBu qanuna dəyişikliklər (7)
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Bu qanun 17 fərqli qanunda dəyişikliklər edir. Əsas dəyişikliklər: (1) Sığorta vəsaitlərinin istifadəsi - müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün vəsaitlər ayrılır; (2) Tibbi sığorta - icbari tibbi sığortanın əhatə dairəsi genişlənir, yeni sığortalı kateqoriyaları əlavə olunur; (3) Vergi Məcəlləsi - vergi nəzarəti prosedurları dəyişdirilir, üfüqi monitorinq sistemi tətbiq edilir; (4) Gömrük tarifi - mobil cihazlara dövlət rüsumu dərəcələri müəyyən edilir; (5) Nağdsız hesablaşmalar - nağdsız ödəniş qaydaları yenidən tənzimlənir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət…
“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar 33 qanunda dəyişikliklər edilmişdir. Banklar, sığorta şirkətləri, telekommunikasiya operatorları, ödəniş xidməti təchizatçıları və digər tənzimləmə altında olan subyektlər rəqabət qanunvericiliyinə əməl etməlidir və bu nəzarət rəqabət orqanı tərəfindən həyata keçirilir. Dəyişikliklər 2023-cü il 8 dekabr tarixli qanunun icrasından irəli gəlir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nö…
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 948-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 94…
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Səlahiyyətlər (9)
Maddələrdəki səlahiyyətli orqanların həlli- →Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
- →Azərbaycan Respublikasının Vergilər Nazirliyiikinci halda
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
Anlayışlar (41)
Bu qanunda verilən təriflər- sığorta qaydalarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.12
- sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən; bu Qanunun 16.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən və ya bu Qanunun 16.6-cı maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və bu Qanunun tələbləri nəzərə alınmaqla qəbul edilən, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd
- sığorta obyektifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.13
- sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi
- qaytarılan məbləğfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.16
- həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği
- sığorta predmetifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.17
- sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal
- sığorta riski və ya riskfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.18
- sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik
- müştərək sığorta fondufəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.2-2
- fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu
- sığorta tələbifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.20
- sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna, icbari sığorta qanunlarına və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə "təkrarsığorta tələbi" kimi işlədilir
- şəxsi tutumfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.22
- sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi
- şərikli sığortafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.23
- sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi
- həyatın yığım sığortasıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.24
- sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması
- aktuarifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.25
- bu Qanuna uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis
- lisenziyafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.26
- sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd
- tələb olunan kapitalfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.27
- sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ
- sığortaçının öz vəsaitifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.28
- sığortaçının öhdəliklərindən azad olan, məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri
- məcmu kapitalfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.29
- sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği
- müştərək sığortaçıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.3-1
- müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı
- yerli hüquqi şəxsfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.31
- Azərbaycan Respublikasının hüdudlarında yaradılmış istənilən hüquqi şəxs
- xarici fiziki şəxsfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.32
- Azərbaycan Respublikasının vətəndaşı olmayan və daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs
- xarici sığortaçıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.34
- öz ölkəsinin qanunlarına əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs
- xarici təkrarsığortaçıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.35
- öz ölkəsinin qanunlarına əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs
- törəmə cəmiyyətfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.36
- bu Qanunun məqsədləri üçün idarə edilməsində əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs
- asılı cəmiyyətlərfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.37
- biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər
- əhəmiyyətli müqaviləfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.38
- bu Qanunun məqsədləri üçün, hər hansı şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayaraq həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək səlahiyyəti verən müqavilə
- əhəmiyyətli nəzarətfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.39
- bu Qanunun məqsədləri üçün səhmdarın hüquqi şəxsin yerləşdirilmiş adi səhmlərinin 50 faizinə və ya daha çox hissəsinə malik olması, yaxud əhəmiyyətli müqavilə əsasında hər hansı şəxs tərəfindən hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı
- məqbul və lazımi keyfiyyətlərfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.40-1
- vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz
- maliyyə sahəsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.43
- bu Qanunun məqsədləri üçün bank, sığorta, qiymətli kağızlar sektorları, pensiya fondları, həmçinin maliyyə bazarlarının tənzimləməsi və nəzarəti sahəsi
- sığorta olunanfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.5
- sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs
- faydalanan şəxsfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.6
- icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs
- təkrarsığortalıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.8
- sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı
- müstəqil ekspert fəaliyyətifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.9-1
- sığorta predmeti ilə bağlı sığorta risklərinin, sığorta hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və (və ya) sığorta hadisəsinin araşdırılması üzrə həyata keçirilən fəaliyyət
- sığorta müqaviləsidaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.10
- sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma
- sığorta şəhadətnaməsidaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.11
- sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd
- sığorta haqqıdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.14
- risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği
- sığorta məbləğidaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.15
- sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi
- sığorta hadisəsidaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.19
- icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal
- sığorta ödənişidaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.21
- sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası
- sığortaçıdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.3
- bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs
- xarici hüquqi şəxsdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.33
- yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən hüquqi şəxslər
- sığortalıdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.4
- sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
- yaxın qohumlardaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.42
- bu Qanunun məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları
- maliyyə bazarlarına nəzarət orqanıdaxilifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.9
- maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum