Qanunun 5.2-ci maddəsi yeni redaksiyada verilir: Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması, məhv edilməsi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunur. Bundan əlavə, abidələrin toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması da qadağan edilir.
1 dəyişiklikdən 1-si maddə-maddə izlənir.