QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 7 iyul 2026
1Əlavə edilib0Silinib2Dəyişdirilib
XülasəAI

Dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 34-cü fəslinə çoxsaylı yeni maddə və bəndlər əlavə edir, həmçinin mövcud bir sıra maddələrin sanksiya hissələrini konkret cərimə məbləğləri ilə doldurur (məsələn, 401, 402, 406-413, 415, 428, 438-ci və digər maddələr üzrə fiziki, vəzifəli və hüquqi şəxslər üçün ayrı-ayrı cərimə həddləri müəyyən edilir). 401-ci maddənin qeydində 401.1 və 401.2-ci maddələr siyahıdan çıxarılır, əvəzində 402, 406-409, 411, 411-1, 412, 413, 415, 428.1 və 438-ci maddələr üzrə əməllərin əlli min manatdan artıq ziyan və ya gəlir hallarında Cinayət Məcəlləsi üzrə məsuliyyətə səbəb olması qeyd edilir. 440.1-ci maddədə "bank və ya bank olmayan kredit təşkilatı" ifadəsi əvəz olunaraq subyektlər dairəsinə "maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxs" də daxil edilir, həmçinin istinad edilən qanunlar sırasına "Maliyyə icarəsi haqqında" Qanunu əlavə olunur; 440.3-cü bənd isə ləğv edilir.

3 dəyişiklikdən 3-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
192.13
Yeni maddə
192.13. Tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə – vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
192.14
192.14. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə – vəzifəli şəxslər min manat məbləğində cərimə edilir."; "253-1.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə – fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir."; "
439-3
Maddə 439-3. Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulması Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Maddə 440

440.1
Bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla), bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) və ya maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxs tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında, "Maliyyə icarəsi haqqında" və "Kredit büroları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə -
Əvvəlki yenilik
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı