Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında — Fərman · Qanunçu
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 29 iyun 2026·Qüvvəyə minmə: 1 iyul 2026(təxirə salınmış)— Təxirə salınmış qüvvəyəminmə
XülasəAI
Fərman səlahiyyətli nümayəndəliyin statusunu dəyişir: maddə 1.1-də «Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsi» ifadəsi «Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 1-ci kateqoriya dövlət orqanı» ilə əvəz olunur, bununla bağlı maddə 4.4-də əməkdaşların Administrasiyanın əməkdaşı sayılması müddəası ləğv edilir. Maddə 2.1 və 3.1.3-də nümayəndəliyin fəaliyyət dairəsi yerli icra orqanlarının nəzarətindən əlavə 3.1.1-3 və 3.1.1-4-cü yarımbəndlərdə göstərilən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə və sosial-iqtisadi proqram, strategiya və investisiya layihələrinin hazırlanması/icrasına nəzarətə genişləndirilir. Maddə 3.2.3-də icra başçısının əvəzlənməsi əsasları («müvəqqəti olmadıqda») dəqiqləşdirilərək «məzuniyyətdə, ezamiyyətdə, xəstəlik və ya digər səbəblərlə səlahiyyətlərini icra edə bilmədikdə» formasına salınır, maddə 3.1.12 və 3.2.10-da isə «qanunvericilikdə nəzərdə tutulan» hüquq və vəzifələr «Prezidentin aktları ilə müəyyən edilmiş» ifadəsi ilə əvəzlənir.
Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır (×2)
26 dəyişiklikdən 26-si maddə-maddə izlənir.
Dəyişdirilən akt
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında
Əlavə 1 · Maddə 1.1
1.1
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi (bundan sonra – səlahiyyətli nümayəndəlik) Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra – müvafiq ərazi) bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidirvə Naxçıvan Muxtar Respublikasının ərazisində (bundan sonra – müvafiq ərazi) Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 1-ci kateqoriya dövlət orqanıdır.
Əlavə 1 · Maddə 1.2
1.2
Səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnamənidigər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
Əlavə 1 · Maddə 1.3
1.3
Səlahiyyətli nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilədigər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Maddə 1
1.3-1
Yeni bənd
1.3-1. Səlahiyyətli nümayəndəliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.
1.3-2
Yeni bənd
1.3-2. Səlahiyyətli nümayəndəliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
Əlavə 1 · Maddə 2.1
2.1.1
müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (bundan sonra – yerli icra hakimiyyəti orqanları) fəaliyyətini əlaqələndirmək və onların, habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;
2.1.1-1
Yeni bənd
2.1.1-1. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasından, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək
Əlavə 1 · Maddə 3.1
3.1.3
3.1.3. müvafiq ərazidə əhalinin rifahının yaxşılaşdırılması üçün dövlət proqramları layihələrinin hazırlanmasında və təsdiq edilmiş proqramların icrasına nəzarətdə iştirak etmək;3.1.3. müvafiq ərazinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları və konsepsiyaların layihələrinin, həmçinin dövlət investisiya proqramına daxil edilən investisiya layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasına nəzarəti həyata keçirmək
3.1.12
3.1.12. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin həvalə etdiyi digər vəzifələri həyata keçirmək.3.1.12. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Əlavə 1 · Maddə 3.2
3.2.3
müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətinin başçısı müvəqqəti olmadıqdaməzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərinin icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri tərəfindən həyata keçirilməsinə razılıq verilməsi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə təqdimat vermək;
3.2.6
müvafiq ərazi ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflər verməkakt layihələrinin hazırlanmasında iştirak etmək;
3.2.7
təhlillərfəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, təkliflər, tövsiyələr, rəylər, arayışlar, analitik və digər yönümlü materiallar hazırlamaq, onları aidiyyəti üzrə təqdim etmək;
3.2.7-1
Yeni bənd
3.2.7-1. müvafiq ərazidə dövlət–özəl tərəfdaşlığının inkişafı üçün tədbirlər görmək;
3.2.7-2
Yeni bənd
3.2.7-2. müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə dövlət orqanlarına (qurumlarına) təklif və tövsiyələr vermək
3.2.8
səlahiyyətlərinə aid olan məsələlərlə bağlıfəaliyyət istiqamətlərinə aid məsələlərə dair dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə yazılı və ya şifahi sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9
3.2.9. müxtəlif görüşlər, iclaslar, müşavirələr və digər tədbirlər keçirmək;3.2.9. forum, konfrans, müşavirə, sərgi və digər tədbirlərdə, habelə beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək
3.2.9-1
Yeni bənd
3.2.9-1. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları öz fəaliyyətinə cəlb etmək, işçi qruplar yaratmaq;
3.2.9-2
Yeni bənd
3.2.9-2. istifadəsində olan dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək
3.2.10
3.2.10. qanunvericilikdə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.3.2.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Əlavə 1 · Maddə 4.4
4.4
Çıxarılır
Səlahiyyətli nümayəndə, onun müavinləri, səlahiyyətli nümayəndəliyin əməkdaşları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşlarıdır.
Maddə 3
3.1.1-1
Yeni bənd
3.1.1-1. aşağıdakı məsələlər barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək:
3.1.1-1.1
3.1.1-1.1. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (bundan sonra – Ali Məclis) Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması;
3.1.1-1.2
3.1.1-1.2. Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, habelə Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsi;
3.1.1-1.3
3.1.1-1.3. Azərbaycan Respublikası Prezidentinin aktları ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi;
3.1.1-1.4
3.1.1-1.4. bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təkmilləşdirilməsi;
3.1.1-2
3.1.1-2. aşağıdakı məsələlərə dair Ali Məclis sədrinin təkliflərinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görmək:
3.1.1-2.1
3.1.1-2.1. Ali Məclisə seçkilərin təyin edilməsi;
3.1.1-2.2
3.1.1-2.2. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi;
3.1.1-2.3
3.1.1-2.3. Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə;
3.1.1-3
3.1.1-3. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının, tabelikdə olmayan publik hüquqi şəxslərinin və dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərinin rəhbərlərinin və onların müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Baş nazirinə razılıq verilməsi;
3.1.1-4
3.1.1-4. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılan hallar istisna olmaqla, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və tabelikdə olmayan publik hüquqi şəxslərinin Naxçıvan Muxtar Respublikasındakı struktur bölmələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
3.1.1-5
3.1.1-5. aşağıdakı məsələlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək:
3.1.1-5.1
3.1.1-5.1. Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin təqdimatının Ali Məclisin sədrinə təqdim edilməsi;
3.1.1-5.2
3.1.1-5.2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının yaradılmasına və ləğv edilməsinə dair, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefasına dair Azərbaycan Respublikası Prezidentinin razılığının alınması;
3.1.1-5.3
3.1.1-5.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iş qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması;
3.1.1-5.4
3.1.1-5.4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə dair Naxçıvan Muxtar Respublikasının Baş nazirinə təkliflər verilməsi;
3.1.1-5.5
3.1.1-5.5. müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Ali Məclis sədrinin təqdimatının Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;
3.1.1-5.6
3.1.1-5.6. Ali Məclisin növbədənkənar sessiyasının çağırılmasına dair Azərbaycan Respublikası Prezidentinin tələbinin Ali Məclisə təqdim edilməsi;
3.1.1-5.7
3.1.1-5.7. Ali Məclis sessiyasının qapalı iclasının keçirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin təklifinin Ali Məclisə təqdim edilməsi;
3.1.1-6
3.1.1-6. müvafiq ərazidə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər səlahiyyətlərin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək
3.1.11-1
Yeni bənd
3.1.11-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.11-2
3.1.11-2. səlahiyyətli nümayəndəliyə ayrılan büdcə vəsaitindən və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.11-3
3.1.11-3. səlahiyyətli nümayəndəliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.11-4
3.1.11-4. müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.11-5
3.1.11-5. səlahiyyətli nümayəndəliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək
3.2
Yeni bənd
3.2.1-1. yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək
Maddə 4
4.6
Yeni bənd
4.6. Səlahiyyətli nümayəndə:
4.6.1
4.6.1. səlahiyyətli nümayəndəliyin fəaliyyətini təşkil edir və rəhbərlik edir;
4.6.2
4.6.2. səlahiyyətli nümayəndəliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verir;
4.6.3
4.6.3. müavinləri arasında vəzifə bölgüsü aparır;
4.6.4
4.6.4. səlahiyyətli nümayəndəliyin strukturu və işçilərinin say həddi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
4.6.5
4.6.5. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərinin say həddi daxilində səlahiyyətli nümayəndəliyin ştat cədvəlini təsdiq edir;
4.6.6
4.6.6. səlahiyyətli nümayəndəliyin struktur bölmələrinin əsasnamələrini və işçilərinin vəzifə təlimatlarını təsdiq edir;
4.6.7
4.6.7. dövlət büdcəsindən ayrılan vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunla müəyyən olunan əlavələrin və digər ödənişlərin verilməsini təmin edir;
4.6.8
4.6.8. səlahiyyətli nümayəndəliyi təmsil edir;
4.6.9
4.6.9. müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
4.6.10
4.6.10. bu Əsasnamənin 4.3-cü bəndi nəzərə alınmaqla, səlahiyyətli nümayəndəliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
4.6.11
4.6.11. səlahiyyətli nümayəndəliyin işçilərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
4.6.12
4.6.12. səlahiyyətli nümayəndəlikdə dövlət sirrinin və məxfilik rejiminin qorunması ilə bağlı qanunvericiliyin tələblərinə, etik davranış qaydalarına, əmək və icra intizamına riayət olunmasına nəzarət edir;
4.6.13
4.6.13. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.6.14
4.6.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
Bu sənəddəki digər dəyişikliklər
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.1 · 3.1.8-cü hissə×2Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır
3.1.8-ci və 3.1.10-cu yarımbəndlərə "orqanlarının" sözündən sonra ", habelə bu Əsasnamənin 3.1.1-3-cü və 3.1.1-4-cü yarımbəndlərində nəzərdə tutulan dövlət orqanlarının (qurumlarının)" sözləri əlavə edilsin;