Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu 01 iyun 2026, 14:50 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilsin:
1. Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılsın və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilsin.
2. Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılsın və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 may 2026-cı il