A. H. Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 29 may 2026, 12:22 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Asəf Hacı oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 may 2026-cı il