Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında — Fərman · Qanunçu
Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında
AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 20 aprel 2026
XülasəAI
Fərman "Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə" aktına yeni Qaydaların (radioaktiv xammalın çıxarılması və tullantıların basdırılması üzrə) əlavə edilməsini, hərracda iştirak qaydalarının dəqiqləşdirilməsini nəzərdə tutur: maddə 8.3-də auksion qalibinin 10 iş günü ərzində ödəməli olduğu məbləğ artıq sadəcə tam ödəniş deyil, yekun qiymətin 30 faizi kimi müəyyənləşdirilir, maddə 8.4-də isə ödəniş vahid qaydaya deyil, mərhələli sxemə keçirilir (10 gün ərzində 30%, istismara başlayanda 40%, ehtiyatın 50%-i çıxarılanda qalan 30%). "Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlər" Qaydalarının maddə 13-də dağ-mədən tullantılarından istifadə ödənişinin ayrıca xüsusi razılıq (lisenziya) və ya icazə tələbi ləğv edilir, ödəniş yalnız mədən vergisinin 50 faizi əsasında müəyyən olunur. Torpaqların kateqoriyalara aid edilməsi Qaydalarında Xidmətə müraciət Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə də şamil edilir, sənəd tələbləri 3.1.1–3.1.4-cü yarımbəndlərdən 3.1.1–3.1.5-ci yarımbəndlərə genişləndirilir (maddə 4.1.1).
Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır
10 dəyişiklikdən 9-si maddə-maddə izlənir.
Hədəf akt 1 / 4
Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydalarının təsdiq edilməsi haqqında
Əlavə 1 · Maddə 13
13
Su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxur kütləsinin (dövlət geoloji ekspertizası aparılmaqla) iqtisadi dövriyyəyə cəlb edilməklə istifadəsinə görə ödənişin miqdarı müvafiq faydalı qazıntının hasilatına görə ödənişin (mədən vergisi) 50 faizi miqdarında müəyyən olunur.
dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə razılaşdırılmış icarə haqqının məbləği barədə məlumat.
Əlavə 1 · Maddə 8.3
8.3
Auksion qalibi auksionun nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində ödəniş etmədikdə, auksionun nəticəsi ləğv olunur. Yekun protokolu imzalamaqdan imtina edən və (və ya) 10 (on) iş günü ərzində ödənişi etməyən auksion qalibinin behi qaytarılmır və həmin iştirakçı yer təkinin istifadəyə verilməsi üzrə keçiriləcək növbəti 2 (iki) hərracda iştirak hüququnu itirir. Bu müddəa bu Qaydaların 8.4-cü bəndinə uyğun olaraq, qalib hesab edilən iştirakçıya şamil olunmur.Auksion qalibi auksionun nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində yekun qiymətin 30 (otuz) faizi məbləğində ödənişi etmədikdə auksionun nəticəsi ləğv olunur. Yekun protokolu imzalamaqdan imtina edən və (və ya) 10 (on) iş günü ərzində yekun qiymətin 30 (otuz) faizi məbləğində ödənişi etməyən auksion qalibinin behi qaytarılmır və həmin iştirakçı yer təkinin istifadəyə verilməsi üzrə keçiriləcək növbəti 2 (iki) hərracda iştirak hüququnu itirir.
Əlavə 1 · Maddə 8.4
8.4
Bu Qaydaların 8.3-cü bəndində göstərilən hal yarandıqda, daha yuxarı təklif vermiş növbəti iştirakçı auksion qalibi hesab edilir. Həmin şəxs auksionun nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində ödəniş etmədikdə, auksionun nəticəsi ləğv edilir.Auksionun nəticələri haqqında yekun protokol əsasında, auksion qalibi 10 (on) iş günü ərzində yekun qiymətin 30 (otuz) faizi, istismar işlərinə başladıqda 40 (qırx) faizi, ilkin ehtiyat həcminin 50 (əlli) faizini çıxardıqda isə qalan 30 (otuz) faizi məbləğində ödənişi təmin etməlidir.
Maddə 2
2.4
Agentlik hərraca çıxarılmış faydalı qazıntı yataqları yerləşən torpaq sahəsinin müvafiq kateqoriyaya aid edilməsi və ya kateqoriyasının dəyişdirilməsi, yaxud məqsədli təyinatının dəyişdirilməsi üçün, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın 2-ci və 3-cü hissələrinin tələblərinə uyğun olaraq fəaliyyət sferasına (maraqlarına) toxunulan aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəylərini, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin yazılı razılıqlarını əldə edir və həmin Qaydalara əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) təqdim edir. Bu zaman müvafiq rəy və razılıqların əldə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın 2-ci və 3-cü hissələrinə uyğun olaraq aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəylərinin, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin razılıqlarının Xidmətə təqdim edilməsinə bərabər tutulur.
faydalı qazıntı yataqlarının (neft-qaz yataqları istisna olmaqla) istismara verilməsi zamanı – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (işğaldan azad edilmiş ərazilər istisna olmaqla).
Əlavə 1 · Maddə 3.2
3
bu Qaydaların 3.1.5-ci yarımbəndinə uyğun olaraq müraciət edildiyi hallarda, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları"na uyğun olaraq, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi mərhələsində aidiyyəti dövlət orqanlarından (qurumlarından) əldə edilmiş rəylər, habelə torpaq mülkiyyətçilərindən, istifadəçilərindən əldə edilmiş yazılı razılıq sənədləri (həmin sənədlər təqdim edildiyi halda bu Qaydaların 3.2.4.3-cü abzasında göstərilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə bu Qaydaların 3.2.4.4-cü və 3.2.4.5-ci abzaslarında nəzərdə tutulmuş sənədlər təqdim edilmir).
Əlavə 1 · Maddə 4.1
4.1.1
bu Qaydaların 3.1.1–3.1.4-cü3.1.1–3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmayan subyektlər tərəfindən müraciət edildikdə;
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi
aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:
"8.2-1. Hərrac komissiyası auksiona çıxarılan qeyri-filiz faydalı qazıntı yatağının axtarışı və (və ya) kəşfiyyatı bu Qaydaların 8.1.5-ci yarımbəndinə uyğun olaraq ən yüksək qiymət təklifini verən və qalib elan olunan auksion iştirakçısı tərəfindən aparıldığı təqdirdə, auksion qalibinin təklif etdiyi qiymətə 25 (iyirmi beş) faiz güzəşt tətbiq edir. Tətbiq edilmiş güzəşt yekun protokolda qeyd olunur.";
Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.3 · 3.3.8-cü hissəBu dəyişikliyin mətnə tətbiqi yoxlanılır
3.3.8-ci yarımbəndə "Geologiya" sözündən sonra "və mineral xammal" sözləri, "proseslərin" sözündən sonra ", yerin təkindən istifadə sahəsində (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) yer təkindən istifadə hüququnun verilməsi, yer təki sahələrinin dövlət ekspertizasının aparılması, yer təki istifadəçiləri tərəfindən hesabatların təqdim edilməsi, yer təkinin istifadəyə verilməsi üzrə aidiyyəti dövlət orqanlarından (qurumlarından) rəylərin, habelə torpaq mülkiyyətçilərinin və istifadəçilərinin yazılı razılıqlarının alınması, hərraclara (auksion və müsabiqə) dair sənədlərin qəbulu və onların keçirilməsi zamanı torpaqların kateqoriyalara aid edilməsi, kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi və digər əlaqəli proseslərin" sözləri əlavə edilsin.
Müddəa əlavə olunurMaddə 2· avtomatik yerləşdirilə bilmədi
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının ödənilməsi məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən "Qaradağ Ivə II", Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonunun ərazilərində yerləşən "Güzdək muldası" əhəngdaşı yataqları, Zaqatala rayonu ərazisində yerləşən "Katexçay Ivə II" , Balakən rayonu ərazisində yerləşən "Balakənçay Ivə II", Oğuz rayonu ərazisində yerləşən "Ağçay I" qum-çınqıl yataqları və İmişli rayonu ərazisində yerləşən "İmişli" qum-çınqıl yataqları daxilində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi yer təki sahələri "Azer Gold" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) istifadəsinə verilsin.