QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 14 aprel 2026
2Əlavə edilib0Silinib
XülasəAI

Dəyişikliklə "Yol hərəkəti haqqında" Qanuna iki yeni müddəa əlavə olunur. Maddə 50-yə əlavə edilən qeydə görə, ödənişli avtomagistrallarda hərəkət sürəti saatda 130 kilometrdən çox olmamalıdır. Maddə 85-ə əlavə olunan qeydlərdə isə mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin sahibinə münasibətdə qaydalar müəyyən edilir: haqq ödənildikdən dərhal sonra vasitə sahibinə qaytarılır, qanunsuz saxlanma və ya zərər hallarında sahib inzibati qaydada və məhkəməyə şikayət edə bilər (1-ci bənd); saxlama haqqı duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan hesablanır, iş üzrə icraata xitam verildikdə və ya tənbeh barədə qərardan şikayət təmin edildikdə ödənilmiş məbləğ sahibinə qaytarılır (2-ci bənd).

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

5 dəyişiklikdən 2-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
Yol hərəkəti haqqında

Maddə 50

—
ödənişli avtomagistrallarda – saatda 130 kilometrdən çox olmayan sürətlə;";.

Maddə 85

10
Qeyd: 1) nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər; 2) bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Yeni redaksiyada verilirMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    1-ci maddənin birinci hissəsinin 6-cı bəndi aşağıdakı redaksiyada verilsin: "6) avtomagistral – bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur;";

  • Yenidən nömrələndiMaddə 50· avtomatik yerləşdirilə bilmədi

    2-ci bəndin ikinci və üçüncü abzasları müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: "ödənişli avtomagistrallarda – saatda 130 kilometrdən çox olmayan sürətlə;";

  • Müddəa əlavə olunurMaddə 50Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    4-cü bəndin ikinci abzasına "avtomagistrallarda" sözündən sonra "(o cümlədən ödənişli avtomagistrallarda)" sözləri əlavə edilsin;

  • Yeni redaksiyada verilirMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125 (Cild I); 2024, № 3, maddə 248; 2025, № 1, maddə 13, № 4 (I kitab), maddə 318) 1-ci maddəsinin birinci hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin: "avtomagistral – "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur;".

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 4 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Yol hərəkəti haqqında» — maddə 126 qanun istinad edir
    • Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verə
    • “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
    • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq e
    • "Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik a
    • “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında
    • Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə
    • “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatın təsdiq
    • “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, də
    • +18 digər
  • «Yol hərəkəti haqqında» — maddə 853 qanun istinad edir
    • Yol-patrul xidməti haqqında Təlimat
    • Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə
    • “Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə
  • «Avtomobil yolları haqqında» — maddə 13 qanun istinad edir
    • “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
    • “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 378-VQ
    • Azərbaycan Respublikası Prezidentinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 mart tarixli 299 nömr
  • «Yol hərəkəti haqqında» — maddə 501 qanun istinad edir
    • Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının
Əvvəlki yenilik
“Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında