QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Yeniliklər
Rəsmi mənbə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq…

AktivNöv: Akt·Qəbul edən orqan: president_az·Dərc tarixi: 8 Apr 2026
9Əlavə edilib1Silinib
XülasəAI

Prezident torpaq idarəçiliyi və şəhərsalma ilə bağlı beş fərmanı dəyişdirdi. Dəyişikliklər Ekologiya Nazirliyi, torpaq kateqoriyaları və işğaldan azad edilmiş ərazilərdə tikinti proseslərinə aid qaydaları yenidən tənzimləyir. Dəyişikliklər 8 aprel 2026-da qüvvəyə minir.

Hədəf akt 1 / 4
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında

Əlavə 1 · Maddə 3.0

+1
3.0

3.0.38-1. Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək

Hədəf akt 2 / 4
İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında

Maddə 1

+1
1

1.3. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na uyğun olaraq, tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi

Hədəf akt 3 / 4
qch_8af6834ff069

Maddə 2

+2−1
2

12-ci maddəsinin 5-ci hissəsində,

2

2.1-5. həmin Məcəllənin 6-cı maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş dövlətin vəzifələrini və 12-ci maddəsinin 4-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir

2

2.10-1. həmin Məcəllənin 12-ci maddəsinin 5-ci hissəsində "orqan (qurum)" dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur

Hədəf akt 4 / 4
qch_cb813323013d
Əlavə 11 maddə

Əlavə 1 · Maddə 4.3

+1−1
4.3

Xidmətə(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)

Əsas mətn3 maddə

Maddə 1

+1
1

Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yerquruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir

Maddə 2

+1
2

2.4. Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə bu Qaydaların 2.3.1–2.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətləri, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər

Maddə 3

+3
3

3.2.4.2. xüsusi mülkiyyətdə və ya uzunmüddətli istifadədə olan torpaqlara münasibətdə mülkiyyətçi (istifadəçi və ya icarəçi) fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti (müraciət torpaq mülkiyyətçisinin (istifadəçi və ya icarəçinin) adından başqa şəxs tərəfindən edildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti), mülkiyyətçi (istifadəçi və ya icarəçi) hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri

3

3.2.4.6. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda və ya bu Qaydaların 1.11-ci bəndinə əsasən torpağın məqsədli təyinatının dəyişdirilməsi zərurəti yarandıqda, mülkiyyət növündən asılı olmayaraq kateqoriyası və ya məqsədli təyinatı dəyişdirilən torpaq sahəsinin əkinəyararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədilə "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş sınaq laboratoriyası tərəfindən verilmiş aqrokimyəvi analizlərin nəticələrinə dair sənəd; 3.2.4.7. bu Qaydaların 2.1.2-ci, 2.1.4-cü, 2.1.14-cü və 2.1.16-cı yarımbəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, mülkiyyət növündən asılı olmayaraq kateqoriyası dəyişdirilən torpaq sahəsində həyata keçiriləcək layihənin məqsədi və aid olduğu fəaliyyət sahəsi, habelə səmərəliliyi barədə məlumatlar qeyd edilməklə iqtisadi əsaslandırılma

3

3.11. Bu Qaydaların 2.1.12-ci yarımbəndində göstərilən əsaslar üzrə yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərində, ərazilərin zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklərə uyğun olduqda, həmçinin həmin ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatı sistemləri imkan verdikdə həyata keçirilir. Bu məqsədlə, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin müvafiq ərazilərdə salınmış yaşayış massivlərində həyata keçirdikləri monitorinqlərin nəticələri və onların sifarişi ilə Xidmətin (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət) apardığı kompleks yerquruluşu işlərinin nəticələrinə istinad edilməklə hazırlanmış yerquruluşu planları (xəritələri) əsasında yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin əsaslandırılmış təklifləri hazırlanır və Xidmətə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə) təqdim edilir. Həmin təkliflər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (Naxçıvan Muxtar Respublikasında müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla, həmin yaşayış massivlərində normativ hüquqi aktlarla müəyyən edilmiş ərazi planlaşdırılması və şəhərsalma tələblərinə uyğun olaraq kompleks təhlil aparılmaqla, ümumi yaşayış massivi yanaşması əsasında bütün ərazinin kateqoriyasının dəyişdirilməsi barədə müvafiq qərarın qəbul edilməsi üçün Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Nazirlər Kabinetinə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə) təqdim edilir. 3.12. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi, fəaliyyət sferalarına (maraqlarına) toxunulan dövlət orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəyləri və torpaq sahələrinin yerquruluşu planları əlavə edilməklə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xidmətə müraciəti əsasında, bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilirMaddə 2 · 2.1-3-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    səkkizinci, onuncu və on birinci

  • Söz/ifadə çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının 1-ci hissəsinin səkkizinci abzasından "12-ci maddəsinin 4-cü hissəsində,

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    , Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna dair rəy vermək

  • Yeni redaksiyada verilir· avtomatik yerləşdirilə bilmədi

    3.1.12. faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək

  • Müddəa əlavə olunurMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    , Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

  • Müddəa əlavə olunurMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    , Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

  • Müddəa əlavə olunurMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    , Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)

  • Müddəa əlavə olunurMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)

  • Söz/ifadə çıxarılırMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    habelə

  • Söz/ifadə çıxarılırMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    şərti

  • Əvəz edilirMaddə 2· avtomatik yerləşdirilə bilmədi

    2026-cı

  • Yeni redaksiyada verilir· avtomatik yerləşdirilə bilmədi

    2.3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair

  • Müddəa əlavə olunurMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)

  • Müddəa əlavə olunurMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin)

  • Müddəa əlavə olunurMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)

  • Əvəz edilir· avtomatik yerləşdirilə bilmədi

    2.3.1 – 2.3.6-cı

  • Əvəz edilirMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    15 (on beş)

  • Müddəa əlavə olunurMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)

  • Əvəz edilirMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə)

  • Müddəa əlavə olunurMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə – Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə)

  • Söz/ifadə çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    Nazirlər Kabineti tərəfindən

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)

Əvvəlki yenilik
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında... 08 aprel 2026, 13:57
Növbəti yenilik
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair QAYDALAR