Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə elektron siqaretlərlə bağlı yeni qaydalar əlavə edildi. Qadağan edilmiş yerlərdə elektron siqaret istifadə edənlər 30 manat cərimə olunacaq, elektron siqaretləri idxal, ixrac, istehsal və ya satanlar isə 350-500 manat (fiziki şəxslər), 1650-2200 manat (vəzifəli şəxslər) və ya 4000-5000 manat (hüquqi şəxslər) cərimə olunacaqlar. Bu dəyişikliklər 13 mart 2026-cı ildən qüvvəyə minir.
212.4-1,212-1.2,
Maddə 212-1. Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılması 212-1.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələri nəzərə alınmaqla, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə – otuz manat məbləğində cərimə edilir. 212-1.2. Elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir