Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 258 nömrəli Fərmanının 4.1-ci və 4.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən investisiya qoyuluşunun həyata keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur)
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 22 iyul 2026
Sənəd nömrəsi
№231