QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

AktivNöv: Qərar·Nömrə: №217·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 17 iyul 2026
0Əlavə edilib0Silinib2Dəyişdirilib
XülasəAI

Dəyişiklik iki maddəni əhatə edir. Maddə 2.9-a əsasən, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə sertifikat almaq istəyən namizədlər üçün imtahanın birinci mərhələsindən azadolma indi təkcə CIPFA sertifikatı ilə deyil, həm də ACCA-nın müvafiq sertifikatı ilə mümkündür (yeni yarımbəndlər 2.9.1 və 2.9.2). Maddə 3.5-də isə 3.2.3-cü yarımbənddə göstərilən sertifikatlı mühasiblərin baş mühasib vəzifəsini tuta biləcəyi büdcə təşkilatlarının dairəsi genişləndirilib: əvvəlki "yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatları" ifadəsinə əlavə olaraq, işçi sayı 100 nəfərdən çox olmayan büdcə təşkilatları, həmçinin işçi sayından asılı olmayaraq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri və tabeliyindəki (strukturuna daxil olmayan) büdcə təşkilatları da bu hüquqa malik olur.

2 dəyişiklikdən 2-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
Əvvəlki yenilik
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə
Növbəti yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

Əlavə 1 · Maddə 2.9

2.9
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – Ivə ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Ivə ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir: 2.9.1. İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA - Chartered Institute of Public Finance & Accountancy) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı; 2.9.2. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA - Association of Chartered Certified Accountants) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə sertifikatı.

Əlavə 1 · Maddə 3.5

3.5
Bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.Bu Qaydaların 3.2.3-cü yarımbəndində göstərilən sertifikatı əldə etmiş peşəkar mühasiblər işçilərinin ümumi sayı 100 nəfərdən çox olmayan büdcə təşkilatlarında, habelə işçilərin sayından asılı olmayaraq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və strukturuna daxil olmayan tabeliyindəki büdcə təşkilatlarında və yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.