Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi haqqında
AktivNöv: Qərar·Nömrə: №210·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 10 iyul 2026
XülasəAI
Dəyişiklik "Qaydalar"ın 1.1 və 1.2-1-ci maddələrində Vergi Məcəlləsinə edilən istinadı dəqiqləşdirir: hər iki maddədə "76-1-ci maddə" ifadəsi "76-1.1-ci maddə" ilə əvəz olunur. Maddə 1.1-də bu istinad hesabatverən maliyyə institutlarının hərtərəfli yoxlama prosedurlarının əsasını göstərir, maddə 1.2-1-də isə həmin maddənin tələblərinə əməl edilməməsinə görə Vergi Məcəlləsinin 60.3-cü maddəsi üzrə maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır. Sanksiya mexanizminin özü (60.3-cü maddə üzrə tətbiqi) dəyişməz qalır, yalnız istinad edilən maddənin nömrəsi dəqiqləşdirilir.
"Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası" (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 76-1-ci76-1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hesabatverən maliyyə institutları tərəfindən barəsində hesabat verilməli hesabların müəyyən edilməsi üçün həyata keçirilməli olan hərtərəfli yoxlama prosedurlarını, qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədlərini və qaydalarını müəyyən edir.
Əlavə 1 · Maddə 1.2-1
1.2-1
Bu Qaydalarda nəzərdə tutulmuş hər hansı öhdəliklərdən yayınmaq məqsədilə şəxsin (şəxslərin) hər hansı razılaşması və ya aparılmış əməliyyatı nəzərə alınmadan bu Qaydaların müvafiq müddəalarını və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 76-1-ci76-1.1-ci maddəsinin tələblərini icra etməməyə görə həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən müvafiq maliyyə sanksiyaları tətbiq edilir.