QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 690 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə

AktivNöv: Sərəncam·Nömrə: №440s·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 25 iyun 2026

"Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 690 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 690 nömrəli Fərmanına (bundan sonra — Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan subsidiyanın 2027—2030-cu illərdə həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Sərəncamın 1-ci, 3-cü və 4-cü hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 iyun 2026

Sənəd nömrəsi

№440s

Əvvəlki yenilik
Ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyən edilməsi haqqında
Növbəti yenilik
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı