Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 734; 2025, № 10, maddə 993, № 12 (II kitab), maddə 1257) ilə təsdiq edilmiş "Elektrik şəbəkəsinə dair Qaydalar"ın 159.1-ci və 160.1-ci bəndlərinin birinci cümlələrində"(elektron və ya yazılı formada)" sözləri "(məişət istehlakçıları elektron və ya yazılı, qeyri-məişət istehlakçıları elektron formada)" sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 iyun 2026-cı il
№ 181