"Əsasnamə"yə yeni maddə 8 əlavə edilir: torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti "Torpaq icarəsi haqqında" Qanuna uyğun olaraq tərəflər arasında bağlanan müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri üzrə Bakı şəhərində illik icarə haqqı torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən olunur.
4 dəyişiklikdən 1-si maddə-maddə izlənir.
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
birinci abzasdan ikinci və üçüncü cümlələr çıxarılsın;
üçüncü abzas ləğv edilsin.
Əsasnaməyə aşağıdakı məzmunda 8 nömrəli əlavə - Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq edilən əmsallar əlavə edilsin: 8 nömrəli əlavə Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq edilən əmsallar Torpaq sahəsinin ölçüsü Əmsal 5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) 1,0 5001—10000 kvadratmetr 5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0 5001 kvadratmetrdən yuxarı hissə (5001 kvadratmetr daxil olmaqla) - 0,8 10001—50000 kvadratmetr 5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0 5001—10000 kvadratmetr - 0,8 10001 kvadratmetrdən yuxarı hissə (10001 kvadratmetr daxil olmaqla) - 0,7 50001 kvadratmetrdən yuxarı (50001 kvadratmetr daxil olmaqla) 5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0 5001—10000 kvadratmetr - 0,8 10001—50000 kvadratmetr - 0,7 50001 kvadratmetrdən yuxarı hissə (50001 kvadratmetr daxil olmaqla) - 0,5