QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

“Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları…

AktivNöv: Qərar·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 7 May 2026

Aktın mətni

"Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 aprel tarixli 658 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 aprel tarixli 658 nömrəli Fərmanına (bundan sonra — Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

2. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən

irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 7 " " may " 2026-cı il № 304s

Əvvəlki yenilik
“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli 653 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin... 07 may 2026, 16:05