1. "Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 874 (Cild I); 2024, № 3, maddə 305) ləğv edilsin.