Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326 (II kitab), maddə 1428; 2025, № 3, maddələr 273, 294, № 7, maddə 707, № 9, maddə 854, № 12 (II kitab), maddə 1257) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın 13-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Adı aşağıdakı redaksiyada verilsin:
"13. Səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər və istehsalat birlikləri".
2. Aşağıdakı məzmunda iyirmi üçüncü-iyirmi beşinci abzaslar əlavə edilsin:
"13-22/ "Тəmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti 13-23/ "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyəti 13-24/ "Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti".