Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 25 yanvar tarixli 13 nömrəli və “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2024-cü il 31 yanvar tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə (№107) — Qərar · Qanunçu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi…
AktivNöv: Qərar·Nömrə: №107·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 17 aprel 2026
XülasəAI
Dəyişikliklər "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na (əlavə 1) toxunur. Maddə 3.4.2.9, 3.4.5.1 və 3.4.5.2-də "faizlər və əsas məbləğlər üzrə ödənişlər" ifadəsi "dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri" ifadəsi ilə əvəz olunur, yəni əsas borc məbləği üzrə ödənişlər hədd anlayışı ilə əhatə edilir. Maddə 5.44-də vahid xəzinə hesabının "sərbəst qalığı" termini "qalığı" ilə əvəz olunur və Dövlət borcu Təminat Fonduna köçürmə mexanizmi ləğv edilərək idarəetmə qaydası birbaşa Büdcə Sistemi haqqında Qanunun 19.2-1-ci maddəsinə istinadla tənzimlənir. Maddə 5.39-da audit səlahiyyəti "Hesablama Palatası haqqında" Qanuna uyğun olaraq Hesablama Palatasına aid edilir, maddə 5.42-də isə birdəfəlik təyinatlı vəsaitlərdən yaranan qənaətin yönəldiləcəyi fondlar Ehtiyat Fondundan əlavə Prezidentin Ehtiyat Fondu ilə genişləndirilir.
Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.
Əlavə 1 · Maddə 3.4
3.4.2.6
funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraftəsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə səviyyəsində xərclərin məbləği;
3.4.2.9
3.4.2.9. daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər;3.4.2.9. daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri
3.4.3
büdcə-vergi siyasətinin əsas istiqamətlərivə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydaya uyğun ortamüddətli dövr üçün hədəf göstəriciləri;
3.4.5.1
3.4.5.1. xarici dövlət borclarına hesablanan faizlər və əsas məbləğlər üzrə ödənişlər;3.4.5.1. xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;
3.4.5.2
Əlavə 1 · Maddə 5.13
5.13
Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.
Əlavə 1 · Maddə 5.20
5.20
, bu Qaydaların 5.42-ci bəndinin üçüncü abzasında nəzərdə tutulan hallar istisna olmaqlaCari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.
Əlavə 1 · Maddə 5.39
5.39
Dövlət büdcəsinin və icmal büdcənin , o cümlədən büdcədənkənar dövlət fondlarının auditi "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparırlaraparılır.
Əlavə 1 · Maddə 5.42
5.42
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fondunavə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
Əlavə 1 · Maddə 5.44
5.44
Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülür. Vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Qanunun 19.2-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Əlavə 1 · Maddə 7.5
5.21-1
Vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldilir: 5.21-1.1 Qanunun 15.4-сü maddəsi tətbiq edildiyi halda, Qanunun 7-ci maddəsində göstərilən xərclərin maliyyələşdirilməsinə; 5.21-1.2. dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə: 5.21-1.2.1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri; 5.21-1.2.2. Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda); 5.21-1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda). 5.21-1.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.
Maddə 2
2.8
Qanunun 11.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadəsi və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
Bu sənəddəki digər dəyişikliklər
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
2.3-cü bəndin ikinci cümləsindən "mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələrinə," sözləri çıxarılsın;
Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi
aşağıdakı məzmunda 5.5-4-cü bənd əlavə edilsin:
"5.5-4. Qanunun 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılır.";
Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi
birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Büdcə ili ərzində bu Qaydaların 5.5-ci bəndinə və 5.42-ci bəndinin altıncı abzasına uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdirilir və bu Qaydaların 3.4.2.17-ci və 3.4.2.18-ci abzaslarına uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.";
Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi
3.4.5.2. daxili dövlət borclarına hesablanan faizlər və əsas məbləğlər üzrə ödənişlər;3.4.5.2. daxili dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri
aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı bu Qaydaların 5.21-1.1—5.21-1.3-cü yarımbəndlərində göstərilən ödənişlər icra edilməklə bu Qaydaların 5.44-cü bəndi ilə müəyyən olunmuş qaydada idarə olunur və (və ya) idarəetməyə verilir.";
Yeni redaksiyada verilir· avtomatik yerləşdirilə bilmədi
5.21-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"İlin sonuna bütün xəzinə hesablarının qalıqları (bu Qaydaların 5.21-1.2.2-ci və 5.21-1.2.3-cü abzaslarında nəzərdə tutulmuş vəsaitlərə münasibətdə yalnız onların xərclərinin maliyyələşdirilməsi məqsədilə) vahid xəzinə hesabına köçürülür.";
Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi
aşağıdakı məzmunda 5.45-ci bənd əlavə edilsin:
"5.45. "Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən hissəsi həmin Nazirlik tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.";