"Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu" ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericillik Toplusu, 2006, № 9, maddə 818 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu" ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin Siyahısı" yeni redaksiyada verilsin (əlavə olunur).
2. 2-ci hissə ləğv edilsin.