Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I); 2024, № 3, maddə 358, № 9, maddə 1106; 2025, № 4 (II kitab), maddə 421, № 9, maddə 858; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 yanvar tarixli 22 nömrəli Qərarı) ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə aşağıdakı məzmunda 12-ci hissə əlavə edilsin: "12. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi şərtləri
12.1. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlər aşağıdakı şərtlərlə göstərilir:
12.1.1. müvafiq tibbi xidmətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən göstərilməsi üçün zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması;
12.1.2. bir büdcə ili ərzində tibbi xidmətlər göstərilən həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) 1500 nəfərdən çox olmaması;
12.1.3. bu Sənədin 12.1.2-ci yarımbəndi nəzərə alınmaqla, bir büdcə ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişlərinin 200 000 manatadək olması.
12.2. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) tibbi xidmətlərin göstərilməsi zamanı Azərbaycan Respublikasının Əd Iiyyə Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri təmin edilir.".