Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 41 (Cild I); 2025, № 4 (II kitab), maddə 415) ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qaydalara 4 nömrəli əlavə — "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri" cədvəlinə aşağıdakı məzmunda 1.4-1-ci bənd əlavə edilsin: 1.4- 1. Bəhreyn Krallığı
2. Həmin Qaydalara 5 nömrəli əlavə — "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslərin dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar" cədvəlinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilsin: 10- 1. Bəhreyn Krallığı, Manama şəhəri 3,462