1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 125 (Cild I); 2024, № 1, maddə 90) ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın 3.2-ci bəndində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1349 (Cild I); 2024, № 3, maddə 314; 2025, № 5, maddə 507, № 9, maddə 858) ilə təsdiq edilmiş "İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası"nın 2.1-ci bəndində "Elektron hökumət" və ya "e-sosial" portallarının" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin və ya "e-sosial" portalının" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 avqust tarixli 349 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1456 (Cild I); 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş "İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər"in 2.3-cü bəndində "Elektron hökumət" və ya "e-sosial" portallarının" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin və ya "esosial" portalının" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 411 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1565 (Cild I); 2024, № 3, maddə 314; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş "Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması"nın 2.1-ci bəndində "Elektron hökumət" və ya Nazirliyin "e-sosial" internet portallarından" sözləri "Elektron Hökumət İnformasiya Sistemindən və ya Nazirliyin "e-sosial" portalından" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 412 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1566 (Cild I); 2024, № 3, maddə 314; 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş "Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti Qaydası"nın 4.2-ci bəndinin ikinci cümləsində "Elektron hökumət" və ya "e-sosial" portallarının" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin və ya "e-sosial" portalının" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 69 (Cild l); 2024, № 5 (II kitab), maddə 587) ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 2.7-ci bəndində "Elektron hökumət" portalı" sözləri "Elektron Hökumət İnformasiya Sistemi" sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 244 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7,
maddə 974 (Cild I); 2025, № 5, maddə 507) ilə təsdiq edilmiş "Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası"nın 2.2-ci bəndində "Elektron hökumət" və ya "e-sosial" portallarının" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin və ya "e-sosial" portalının" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 avqust tarixli 293 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1110 (Cild I); 2025, № 2, maddə 196) ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası"nın 2.1.1-ci yarımbəndində və 3.1-ci bəndində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 noyabr tarixli 441 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1385 (Cild I) ilə təsdiq edilmiş "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası"nın 4.1-ci bəndinin birinci cümləsində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 61 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 324 (Cild I); 2024, № 2, maddə 242; 2025, № 5, maddə 516, № 9, maddə 884) ilə təsdiq edilmiş "Sığortalı tərəfindən ödənilmiş dövlət icbari şəxsi sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya verilən hesabatın forması və onun verilməsi Qaydası"nın 2.1-ci bəndində "Elektron hökumət" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 551 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1456) ilə təsdiq edilmiş "Kvotadan əlavə iş yerlərinin yaradılması Qaydası"nın 2.3-cü bəndində "Elektron hökumət" və ya "e-sosial" portallarının" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin və ya "e-sosial" portalının" sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 552 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (II kitab), maddə 1457) ilə təsdiq edilmiş "Məqsədli proqramların həyata keçirilməsi Qaydası"nın 2.4-cü bəndində "Elektron hökumət" və ya "e-sosial" portallarının" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin və ya "e-sosial" portalının" sözləri ilə əvəz edilsin.