"Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026—2030-cu illər üçün Konsepsiya"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 dekabr tarixli 844 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
1.1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 dekabr tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026—2030-cu illər üçün Konsepsiya"sının (bundan sonra — Konsepsiya) 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026- cı il sentyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.1.7-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il sentyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi
şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.2.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il sentyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.2.2-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il dekabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.2.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2029-cu il fevralın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə razılaşdırmaqla, Konsepsiyanın 8.3.2-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2029-cu il fevralın 1- dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.4.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.8 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.4.2-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il sentyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.4.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2028-ci il fevralın 1- dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.4.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə razılaşdırmaqla, Konsepsiyanın 8.5.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini
2026-cı il sentyabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.5.2-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il fevralın 1- dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.5.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2029-cu il fevralın 1- dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Konsepsiyanın 8.5.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2029-cu il iyunun 1- dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra — Mərkəz):
2.1. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026—2030-cu illər üçün Konsepsiya"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun (bundan sonra — Modul) formalaşdırılmasını 2 (iki) ay müddətində təmin etsin və növbəti ildən Konsepsiyanın monitorinq və qiymətləndirilməsini Modul üzərindən həyata keçirsin;
2.2. Modulda Konsepsiyada qeyd edilmiş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar, şəhər və rayonlar, icra müddətləri, eləcə də layihələrlə bağlı məlumatlar (Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılması), habelə obyektlər üzrə məlumatlar (icra müddətləri, ərazi planlaşdırılması, tikintiyə icazə sənədi, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanması və s.) təsnifatlaşdırılmaqla, mövcud vəziyyət barədə informasiyaları təmin edən və hesabatlılığı mümkün edən müvafiq bölmələrin sistemdə yaradılmasını təmin etsin;
2.3. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları 2027-ci ildən başlayaraq ildə 1 (bir) dəfə hər il aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.4. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2031-ci il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.5. Modulun yaradılması və Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görsün.
3. Konsepsiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar):
3.1. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə əsas və digər icraçı qurumların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxsləri və müvafiq struktur bölmənin rəhbərlərindən ibarət cavabdeh şəxsləri təyin edərək onlar barədə məlumatı 10 (on) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;
3.2. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə illər üzrə bölgüsünü 2 (iki) ay müddətində Mərkəz ilə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər;
3.3. Monitorinq və qiymətləndirmənin həyata keçirilməsi məqsədilə Mərkəzə təqdim edilməsi üçün Konsepsiyada nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı müvafiq məlumatların "Layihə idarəetməsi" moduluna 2027-ci ildən rübdə bir dəfə, növbəti ayın 15-dək, tədbirlər üzrə ilin yekunları barədə məlumatların isə 2027-ci ildən başlayaraq hər il fevralın 25-dək Modulda yerləşdirilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulduğu təqdirdə, onların ilkin ümumi dəyəri, dövlət büdcəsində nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsin.
5. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 9 " " yanvar " 2026-cı il № 10s