1.1. 7.1-ci bənddə "Heydər Əliyev adına İdman-Konsert Kompleksi" sözləri "Heydər Əliyev adına İdman-Konsert Kompleksi" MMC" sözləri ilə əvəz edilsin;
1.2. 7.2-ci bənddə "Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi" sözləri "Olimpiya növləri üzrə Milli komandalar üçün təlim-məşq mərkəzi" MMC" sözləri ilə əvəz edilsin;
1.3. 7.8-ci bəndə "Stend" sözündən əvvəl "Respublika" sözü əlavə edilsin;
1.4. 7.9-cu bənddə "Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi" sözləri "Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi" sözləri ilə əvəz edilsin;
1.5. 7.10-cu bənddə "Gədəbəy Respublika Kompleks İdman Məktəbi" sözləri "Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi" sözləri ilə əvəz edilsin;
1.6. 7.12-ci bənddən "Dövlət Bədən Tərbiyəsi və" sözləri çıxarılsın;
1.7. 7.16-cı bənddə "Respublika Olimpiya Mərkəzi" sözləri "Bakı Atletika Mərkəzi" MMC" sözləri ilə əvəz edilsin;
1.8. 7.18-ci və 7.19-cu bəndlər ləğv edilsin;
1.9. 7.20-ci bənddə "Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi" sözləri "Bakı Atıcılıq Mərkəzi" MMC" sözləri ilə əvəz edilsin;
1.10. 7.22-ci bənddə "Milli İdman Tibb və Reabilitasiya İnstitutu" MMC" sözləri "Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu və onun tabeliyində şəhər tibbi-bədən tərbiyəsi dispanserləri" sözləri ilə əvəz edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.