Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 20 " aprel tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 18.5-ci maddəsinə əsasən hazırlanmışdır və qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qaydada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
1.3. Müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.
1.4. Sahibkarlıq subyektlərinə münasibətdə müayinə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
2. Müayinəyə dair tələblər Müayinə zamanı qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının Qanunun 18.7-ci maddəsində nəzərdə tutulan tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasına, 24.7-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərində təhlükəsizlik qaydalarına və 24.8-ci maddəsində nəzərdə tutulan qaz təchizatı obyektlərinin texniki istismar qaydalarına uyğunluğu, həmçinin qaz qurğuları, qaz xətləri və tüstü bacaları, havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri, metodları, nöqsan və (və ya) pozuntuların mahiyyəti bu Qaydanın əlavəsinə uyğun olaraq yoxlanılmalıdır.
3. Müayinənin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi
3.1. Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəldən sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə) bu Qaydanın 3.6-cı bəndində nəzərdə tutulan hallar istisna olmaqla, ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməlidirlər.
3.2. Bildirişdə müayinənin keçiriləcəyi tarix, məqsədi və ödənişsiz aparılması, tərəflərin hüquq və vəzifələri, müayinənin nəticələrindən asılı olaraq istehlakçının həyata keçirməli olduğu tədbirlər barədə Qanunun tələbləri, habelə istehlakçı qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün mülkiyyətində
və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazpaylayıcı sistem operatorunun qazın verilişini dayandırmaq hüququ və bildirişi imzalayan şəxs barədə məlumatlar əks etdirilir.
3.3. Qazpaylayıcı sistem operatorunun işçiləri istehlakçıların mülkiyyətində və ya istifadəsində olan tikinti obyektlərinə daxil olarkən qazpaylayıcı sistem operatoru tərəfindən onlara verilmiş xidməti vəsiqələri mütləq istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər.
3.4. Qazpaylayıcı sistem operatorunun işçiləri müayinənin nəticəsi barədə Qanunun 18.2-ci maddəsi ilə müəyyən edilmiş formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidirlər. Müayinənin nəticəsinə dair akt elektron üsulla tərtib edildikdə həmin akt elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə istehlakçıya göndərilməlidir.
3.5. İstehlakçı qazpaylayıcı sistem operatorunun işçilərinin müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazpaylayıcı sistem operatoru bu barədə müvafiq aktda qeyd aparmaqla qazın verilməsini dayandırır. Bu halda ağıllı sayğacla təchiz edilmiş istehlakçıya qazın verilməsi məsafədən idarə edilməklə dayandırılır, əvvəlcədən ödənişli sayğacla təchiz edilmiş istehlakçının isə sərfiyyat yükləmə kartının istifadəsinə məhdudiyyət qoyulur.
3.6. İstehlakçı tərəfindən qaz qurğularında, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Təkrar müayinə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir. İstehlakçı təkrar müayinə üçün il (ardıcıl on iki ay) ərzində 1 (bir) dəfədən çox müraciət etdikdə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qazpaylayıcı sistem operatoru ilə istehlakçı arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmət göstərilməsi zərurəti yarandıqda Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlər görülməlidir. İstehlakçının müraciəti əsasında aparılan təkrar müayinə ilə bağlı bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq akt tərtib edilir.
3.7. Qazpaylayıcı sistem operatoru bu Qaydanın 3.6-cı bəndinə əsasən təkrar müayinənin aparılmasından imtina etdikdə istehlakçı 1 (bir) iş günü müddətində Qanunun 20.1-ci maddəsinə əsasən müəyyən edilmiş nəzarət orqanlarına məlumat verməlidir.
3.8. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə Qanunun 13.8-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülür.
3.9. İstehlakçı ilə bağlı üzrlü səbəbdən bildirişdə qeyd edilmiş tarixdə müayinə keçirilməsi mümkün olmadıqda istehlakçı bildirişi qəbul etdiyi tarixdən 1 (bir) iş günü müddətində qazpaylayıcı sistem operatoruna şifahi və ya yazılı formada müraciət edərək, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan tarixdən gec olmayaraq müayinə tarixini razılaşdırmalıdır.
3.10. Bu Qaydanın 3.5-ci bəndinin birinci cümləsində nəzərdə tutulan səbəblərdən müayinənin keçirilməsi mümkün olmadıqda istehlakçı qazpaylayıcı sistem operatoruna şifahi və ya yazılı formada müraciət etdikdən sonra 1 (bir) iş günü müddətində müayinənin keçirilməsi təmin edilir.
3.11. Bu Qaydanın 3.5-ci bəndinin birinci cümləsində nəzərdə tutulan, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və
qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli, istehlakçının sərfiyyat yükləmə kartının istifadəsinə qoyulmuş məhdudiyyət aradan qaldırılmalı və aktın 1 (bir) nüsxəsi istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edilməlidir.
"Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası"na əlavə Qaz qurğuları, qaz xətləri və tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri, metodları, nöqsan və (və ya) pozuntuların mahiyyətinin SİYAHISI Müayinənin predmetləri Müayinə metodları Nöqsan və (və ya) pozuntuların mahiyyəti
1. Qaz qurğuları üzrə Xarici və daxili vəziyyət Vizual və ölçmə metodu ilə Korpusun, sobanın, yanma kamerasının, daxili qaz xətlərinin, istilik dəyişdiricisinin və alovlanma elektrodunun mexaniki və korroziya zədələnməsi, istilik izolyasiyasının zədələnməsi, nozulların və ocaq qapaqlarının çirklənməsi Kiplik Yüksək həssaslıqlı qaz indikatorları və ya köpüklənən maye ilə qaz sızmalarının aşkarlanması Qaynaqlı, yivli, flanslı birləşmələrdə, kipləşdiricilərdə, əymələrdə və araqatlarda, qaz qurğularını tüstü bacasına birləşdirən borularda sızmalar İşçi vəziyyətdə olması Yanma parametrlərinin və təhlükəsizlik avtomatikasının yoxlanılması Bütün iş rejimlərində normal qaz yanma prosesindən kənarlaşmalar və təhlükəsizlik avtomatikasının fəaliyyət göstərməməsi Qaz qurğularının və qapadıcı ventillərin quraşdırılması, yerdəyişməsi, dəyişdirilməsi və təmiri Vizual Qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl edilməməsi, özbaşına qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsinin, dəyişdirilməsinin və təmirinin həyata keçirilməsi, onlara texniki xidmət göstərilməsi
Qaz qurğularının quruluşu (konstruksiyası) Vizual Qaz qurğularının quruluşuna (konstruksiyasına) dəyişikliklər edilməsi Qazdan və qaz qurğularından istifadə Vizual Qazdan və qaz qurğularından təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi
2. Qaz qurğularının quraşdırıldığı otaq (yer) üzrə Qaz qurğularının quraşdırıldığı otaqların ölçülərinin texniki normativ hüquqi aktlara uyğunluğu Vizual və ölçmə metodu ilə
1. Yanma məhsullarının tüstü bacaları vasitəsilə kənarlaşdırılması nəzərdə tutulan isti su təchizatı qaz qurğularının yerləşdirilməsi üçün təyin edilmiş otaqların hündürlüyünün 2 m-dən, həcminin bir qaz qurğusu qoyulduqda 7,5 m3 -dən və iki qurğu qoyulduqda 13,5 m3 -dən az olması
2. Təyinatından asılı olmayaraq hündürlüyü 2,2 m-dən az olan otaqlarda və yerləşgələrdə, istifadəsindən asılı olmayaraq dəhlizlərdə qaz plitələrinin quraşdırılması
3. Mətbəx otaqlarının həcminin 2 odluqlu qaz plitələri üçün — 8 m3 , 3 odluqlu qaz plitələri üçün — 12 m3 , 4 odluqlu qaz plitələri üçün — 15 m3 -dən az olması Qeyd: Bu həcmlər mətbəxdə qaz plitəsi və isti su təchizatı qaz qurğusu (axarlı su qızdırıcısı istisna) qoyulduqda 6 m3 artıq nəzərdə tutulmalıdır Mətbəx otaqlarına qoyulan tələblər Vizual Qaz plitələri qoyulan mətbəx otaqlarının nəfəslikli pəncərəsinin, havalandırma və havadəyişmə xətlərinin və təbii işıqlandırmasının olmaması
Hamam otaqlarına qoyulan tələblər Vizual
1. Hamam otağına təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında 0,02 m2 -dən az sahənin olması və ya qapının aşağı hissəsində dəliklərin açılmaması
2. Qaz qurğularının hamam otaqlarında quraşdırılması (əvvəllər qüvvədə olmuş normalara uyğun olaraq hamam otaqlarında yerləşdirilmiş suqızdırıcılar istisna olmaqla)
3. Qaz xətləri üzrə Məkanda qaz konsentrasiyası Qaz indikatorları Məkanda qaz konsentrasiyasının mövcudluğu Kiplik Yüksək həssaslıqlı qaz indikatorları və ya köpüklənən maye ilə qaz sızmalarının aşkarlanması Qaz xətlərində və (və ya) avadanlıqlarda qaz sızmaları Qoruyucu örtüyün və səthin vəziyyəti Vizual və ölçmə metodu ilə Qoruyucu örtüyün zədələnməsi, xəttin qalınlığının icazə veriləndən az olması (2 mm-dən az), korroziya zədələnməsi, ovallıq, əyilmələr və çapıqların olması Qaynaq birləşmələrinin vəziyyəti Vizual və ölçmə metodu ilə Çatlar, yanıqlar, kraterlər, məsamələr, alt kəsiklərin olması və natamam qaynaq İnşaat konstruksiyalarından keçidlərin vəziyyəti Vizual və ölçmə metodu ilə Futlyarın (gilza) olmaması, keçidlərin konstruksiyasının pozulması, korroziya zədələnməsinin və qaynaq birləşmələrinin olması Qanunsuz qoşulma halları Vizual Sayğaca qədər gizli qaz xətlərinin və digər növ qurğuların və ya avadanlıqların (şlanqlar, əlavə borular, ventillər və s.) qaz xəttinə qoşulması Qaz qurğularının qaz xətlərinə birləşdirilməsi Vizual Qaz qurğularının qaz xətlərinə birləşdirilməsi üçün nəzərdə tutulmuş çevik əyilə bilən, paslanmayan polad borulardan və ya uyğun
texniki tələbləri təmin edən, xüsusi izolyasiya örtüklü, nəql edilən qazın işçi təzyiqinə və temperaturuna dayanıqlı elastik birləşdirici şlanqlardan fərqli tipli boru və birləşdirici şlanqlardan istifadə edilməsi
4. Bağlayıcı, tənzimləyici, qoruyucu armaturlar, qaz sızmasını və dəm qazını müəyyən edən detektorlar Xarici səthin vəziyyəti Vizual və ölçmə metodu ilə Su, çirk (qaz qurğusunun işləməsinə mane olan), pas, təhriflər, boşluqlar, çatlar, mexaniki və korroziya zədələnməsi, qoruyucu örtüyün pozulması Kiplik Yüksək həssaslıqlı qaz indikatorları və ya köpüklənən maye ilə qaz sızmalarının axtarışı Qaynaqlı, yivli, flanslı birləşmələrdə və kipləşdiricilərdə sızmalar, klapanların kipliyinin pozulması İşçi vəziyyətdə olması İş qabiliyyətinin yoxlanması
1. Bağlayıcı armaturların klapanlarının və digər hissələrinin tıxanması və zədələnməsi, tam bağlanmaması
2. Tənzimləyici armaturlarda çıxış təzyiqi ilə nominal rejim dəyərləri arasında uyğunsuzluq, çıxış təzyiqinin tez-tez dəyişməsi
3. Qoruyucu armaturlarda işəsalma həddi ilə nominal rejim dəyərləri arasında uyğunsuzluq
4. Qaz sızmasını və dəm qazını müəyyən edən detektorlarda normal iş rejimlərindən kənarlaşmalar, işəsalma həddinin pasport verilənlərinə uyğunsuzluğu Qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələri Vizual və ölçmə metodu ilə Qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrinin (nəzərdə tutulduğu halda) ləğv edilməsi
5. Qaz sayğacları Xarici vəziyyəti Vizual Sayğacda çirk, pas, təhriflər, boşluqlar, çatlar, mexaniki zədələrin olması və plombların bütövlüyünün pozulması Kiplik Yüksək həssaslıqlı qaz indikatorları və ya köpüklənən maye ilə qaz sızmalarının axtarışı Qaynaqlı, yivli, flanslı birləşmələrdə və kipləşdiricilərdə sızmalar İşçi vəziyyətdə olması İş qabiliyyətinin yoxlanması Normal iş rejimindən kənarlaşmalar, səsküy, vibrasiya və dövri (növbəti) yoxlama müddətinin bitməsi Sayğaca müdaxilə Vizual Sayğacın plombunun bütövlüyünün pozulması və ya saxtalaşdırılması, mexanizminin mühafizə qapağının və ya şüşəsinin bütövlüyünün pozulması, ölçü blokunun çıxış borusunun zədələnməsi, hesablayıcı mexanizmin süni tormozlanması və s.
6. Tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri Qaz qurğusunu tüstü bacası ilə birləşdirən boruların xarici vəziyyəti və kipliyi Vizual İstilik izolyasiyasında mexaniki və korroziya zədələnməsi, tüstü ötürücü boruların və havalandırma borularının çirklənməsi, qaynaqlı, yivli, flanslı birləşmələrdə sızmalar Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin və suqızdırıcıların tüstü ötürücü borularının quruluşu, xətlərin vəziyyəti, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan ciblər Vizual Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin quruluşunun dəyişdirilməsi, həmin xətlərin bağlanması, tüstü bacalarında və suqızdırıcıların tüstü ötürücü borularında özbaşına əlavə şiberlərin (qapaqların) quraşdırılması, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan ciblərin hörülməsi və ya bağlanması Nəfəsliklər, jalüzlü barmaqlıqlar və havadəyişmə xətlərinin barmaqlıqları Vizual Nəfəsliklər, jalüzlü barmaqlıqlar, havalandırma və havadəyişmə xətlərinin barmaqlıqlarının bağlı saxlanılması
Tüstü bacasında sorulmanın vəziyyəti Sorulma indikatorları və ya digər ölçmə vasitələri ilə sorulmanın ölçülməsi Sorulmanın (vakuumun) icazə verilən dəyərdən az olması Havalandırma və havadəyişmə xətlərində sorulmanın vəziyyəti Havalandırma və havadəyişmə xətlərində hava sərfinin ölçülməsi Hava mübadiləsinin (sirkulyasiya) icazə verilən dəyərdən az olması ____________________