AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI 31 mart 2026-cı il № 01 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları"nda dəyişiklik edilməsi barədə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 24 aprel tarixli 242s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 18-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.4-cü bəndin ikinci cümləsində "birbaşa rəhbərinə" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən səlahiyyətli struktur bölməyə (şəxsə)" sözləri ilə əvəz edilsin;
1.2. 4.5-ci bəndin üçüncü cümləsində "birbaşa rəhbərinin" sözləri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən səlahiyyətli struktur bölmənin (şəxsin)" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qərarın 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi təmin olunsun. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov