Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il " 9 " aprel tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair TƏLƏBLƏR
1. Ümumi müddəalar
1.1. Bu Tələblər "İstilik təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 23.3-cü maddəsinə əsasən hazırlanmışdır və şəbəkənin mühafizə zonalarının ölçülərini və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələbləri müəyyən edir.
1.2. Şəbəkənin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılmasının və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkə ətrafında mühafizə zonaları müəyyənləşdirilir.
1.3. Şəbəkənin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və istismarı Qanunun tələbləri nəzərə alınmaqla "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
1.4. Şəbəkənin mühafizəsi paylayıcı tərəfindən həyata keçirilir.
1.5. Bu Tələblər qüvvəyə minənədək ərazisində şəbəkələr yerləşən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Şəbəkələrin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
1.6. Şəbəkənin tikintisi, genişləndirilməsi və istismarı, həmçinin mühafizə zonasının yaradılması məqsədilə ayrılan torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir.
1.7. Hüquqi və fiziki şəxslər onlara məxsus ərazidən keçən şəbəkənin toxunulmazlığını, istismarı və təmir-bərpa işlərinin aparılması ilə bağlı şəraitin yaradılmasını təmin etməlidirlər.
1.8. Bu Tələblərdə istifadə olunan anlayışlar Qanunda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
2. Şəbəkələrin mühafizə zonalarının ölçüləri
2.1. Şəbəkələrin mühafizə zonaları tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli və üfüqi istiqamətdə məsafələrlə bu Tələblərin 1, 2, 3, 4 və 5 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilir.
2.2. Şəbəkənin qaz xətlərinə və qurğularına münasibətdə mühafizə zonalarının ölçüləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" və "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydaları ilə müəyyən edilir.
2.3. Şəbəkənin mühafizə zonaları dəmir yollarının, avtomobil yollarının, elektrik şəbəkələrinin və başqa obyektlərin mühafizə zonaları ilə üst-üstə düşərsə, bu obyektlərin istismarı ilə əlaqədar aparılan işlər maraqlı tərəflər arasında razılaşdırılır.
3. Şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına dair tələblər
3.1. Mühafizə zonalarında paylayıcı ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər:
3.1.1. dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması və sökülməsi ilə bağlı şəbəkənin mühafizə zonasından istifadə etmək zərurəti yarandığı hallarda;
3.1.2. torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi;
3.1.3. torpaq işlərinin aparılması və planlaşdırılması;
3.1.4. quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri;
3.1.5. daşına bilən metal və ya ağac konstruksiyadan müxtəlif təyinatlı konteyner və ya köşklərin qoyulması.
3.2. Bu Tələblərin 3.1.1—3.1.5-ci yarımbəndlərində göstərilən işlərin şəbəkələrin mühafizə zonalarında aparılmasına dair rəsmi razılıq almış hüquqi və fiziki şəxslər həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin istismarı üçün normal şərait yaradılmasını və zədələnməsinin qarşısının alınmasını, həmçinin insanların həyat və sağlamlığının təhlükəsizliyini təmin etməlidirlər.
3.3. Mühafizə zonalarında bu Tələblərin 3.1-ci bəndində göstərilən işlər görülərkən şəbəkənin istismarının dayandırılması zərurəti yarandığı hallarda şəbəkənin istismarının dayandırılması paylayıcı tərəfindən hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.
3.4. Bu Tələblərin 3.1-ci bəndinə uyğun olaraq, şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması məqsədilə paylayıcıdan razılıq almaq üçün ərizəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq ərizə ilə (mühafizə zonasında işlərin görülməsi zəruriyyətini qeyd etməklə elektron və ya yazılı formada) müraciət edir. Ərizənin qəbul edilməsi və qeydiyyata alınması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci və 32-ci maddələrinə uyğun olaraq həyata keçirilir.
3.5. Paylayıcı təqdim olunmuş ərizəyə ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılmasına razılıq verir və ya verilməsindən imtina edilməsi haqqında inzibati akt tərtib edir.
3.6. Ərizəçi şəbəkələrin mühafizə zonalarında təsərrüfat işlərinin aparılması ilə bağlı qəbul edilən inzibati aktla razılaşmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
3.7. Hüquqi və ya fiziki şəxslər torpaq işləri apararkən işlərin görülməsi sənədlərində göstərilməyən şəbəkə aşkar etdikdə dərhal işləri dayandırmalı, paylayıcıya və ya müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verməlidirlər.
3.8. Tikinti obyektlərinin tikintisi (o cümlədən yenidən qurulması), habelə digər ehtiyaclarla bağlı mühafizə zonasından istifadə və ya istilik şəbəkələrinin yenidən qurulması və ya köçürülməsi zərurəti olduqda hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında şəbəkənin yerinin dəyişdirilməsi və ya köçürülməsi paylayıcı tərəfindən verilən texniki şərtlərə uyğun olaraq müraciət edən şəxslərin vəsaiti hesabına icra edilir.
"İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə 1 nömrəli əlavə Yeraltı şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr Qurğular və mühəndis şəbəkələri Ən kiçik məsafələr (metr) Su kəmərinə, su novuna, qaz kəmərinə, kanalizasiyaya qədər 0,2 Zirehli rabitə kabellərinə qədər 0,5 Gərginliyi 35 kV-a qədər olan güc və nəzarət kabellərinə qədər 0,5 (darısqallıq şəraitində 0,25) - 5-ci qeydin tələblərini gözləməklə Gərginliyi 110 kV-dan çox olan yağla doldurulmuş kabellərə qədər 1,0 (darısqallıq şəraitində 0,5) - 5-ci qeydin tələblərini gözləməklə Telefon kanalizasiyasının blokuna və ya borularda olan zirehli rabitə kabellərinə qədər 0,15 Sənaye müəssisələrinin dəmir yolu relslərinin oturacağına qədər 1,0 Ümumi dəmir yolu şəbəkəsinin örtüyünün üstünə qədər 2,0 Tramvay yollarının örtüyünün üstünə qədər 1,0 Ümumi istifadəli I, II və III dərəcəli avtomobil yollarının örtüyünün üstünə qədər 1,0 Küvetin dibinə və ya digər su kənarlaşdıran qurğuların və ya dəmir yolu torpaq yatağının əsasına qədər (istilik şəbəkələri bu qurğuların altında yerləşdikdə) 0,5 Metropoliten qurğularına qədər (istilik şəbəkələri bu qurğuların üstündə yerləşdikdə) 1,0
"İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə 2 nömrəli əlavə Yerüstü şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr Qurğular və mühəndis şəbəkələri Ən kiçik məsafələr (metr) Dəmir yolu relslərinin başlığına qədər ГОСТ 9238 və ГОСТ 9720 üzrə "С", "Сп", "Су" qabaritləri Avtomobil yolunun hərəkət hissəsinin üstünə qədər 5,0 Piyada yollarının üstünə qədər 2,2 Tramvayın kontakt şəbəkəsinin hissələrinə qədər 0,3 Trolleybusun kontakt şəbəkəsinin hissələrinə qədər 0,2 Hava elektrikötürücü xətlərinin naqillərinin ən çox sallanması halında aşağıdakı gərginlikdə ( kV) 1-ə qədər 1,0 1-20 3,0 35-110 4,0 150 4,5 220 5,0 330 6,0 500 6,5 Qeydləer.
1. Yer səthindən və ya avtomobil yollarının örtüyündən (I, II və III dərəcəli avtomobil yollarından başqa) istilik şəbəkələrinin dərinliyi, aşağıda göstərilənlərdən az olmayaraq qəbul edilməlidir:
a) kanal və tunellərin örtüklərinin üstünə qədər - 0,5 m;
b) kameraların örtüklərinin üstünə qədər - 0,3 m;
c) kanalsız çəkilişdə boru örtüyünün üstünə qədər - 0,7 m. Avtomobil hərəkəti olmayan hissədə tunellər və kanallar üçün olan kameraların və ventilyasiya şaxtalarının örtüklərinin yer səthindən 0,4 m-dən az olmayaraq hündürlüyə çıxarılmasına yol verilir;
d) istilik şəbəkələrinin binaya girişində yer səthindən kanalların və ya tunellərin örtüyünün üstünə qədər basdırılma dərinliyi 0,3 m, kanalsız çəkilişdə isə örtüyün üstünə qədər - 0,5 m;
e) qrunt sularının səviyyəsi yüksək olduqda və bu zaman nəqliyyatın hərəkəti pozulmadıqda kanal və tunellərin yerləşdiyi basdırılma dərinliyinin azaldılmasına və örtüklərinin yer səthindən ən azı 0,4 m yuxarı qaldırılmasına yol verilir.
2. İstilik şəbəkələrinin alçaq dayaqlarda yerüstü çəkilişində yer səthindən boru kəmərlərinin istilik izolyasiyasının aşağısına qədər olan məsafə aşağıda göstərilənlərdən az olmamalıdır: - borular qrupunun eni 1,5 m-ə qədər olduqda 0,35 m-dən; - borular qrupunun eni 1,5 m-dən artıq olduqda 0,5 m-dən.
3. İstilik şəbəkələri yeraltı çəkilərkən güc, nəzarət və rabitə kabelləri ilə kəsişdikdə onların altında və ya üstündə yerləşdirilə bilər.
4. Açıq istilik təchizatı sistemlərinin su istilik şəbəkələri və ya isti su təchizatı şəbəkələri kanalsız çəkildikdə və kanalizasiya şəbəkələrinin altında və ya üstündə yerləşdikdə aralarındakı məsafə 0,4 m-dən az olmayaraq qəbul edilir.
5. İstilik şəbəkələri elektrik kabelləri ilə kəsişdikdə, gərginliyi 35 kV-a qədər olan güc və ya nəzarət kabellərinin basdırıldığı dərinlikdə qruntun temperaturu, ən kənar kabeldən 2 m-ə qədər məsafədə, yayda
ən yüksək orta aylıq temperaturundan 10 °C-dən, qışda qruntun ən alçaq orta aylıq temperaturundan 15 °Cdən yuxarı olmamalıdır və yağla doldurulmuş kabellərin basdırıldığı dərinlikdə qruntun temperaturu, ən kənar kabeldən 3 m-ə qədər məsafədə, ilin istənilən vaxtında qruntun orta aylıq temperaturundan 5 °C-dən yuxarı olmamalıdır.
6. Ümumi dəmir yolu şəbəkələri ilə istilik şəbəkələrinin qabaran qruntlarda yeraltı kəsişmə yerlərində basdırılma dərinliyi elə hesablanmalıdır ki, istilik ayrılmaları şaxta nəticəsində qruntun qabarmasının müntəzəmliyinə təsir etməsin. İstilik şəbəkələrinin basdırılma dərinliyinin hesabına tələb olunan temperatur rejimini təmin etmək mümkün olmadıqda, tunellərin (kanalların, futlyarların) ventilyasiyası, kəsişmə sahələrində qabaran qruntun dəyişdirilməsi və ya istilik şəbəkələrinin yerüstü çəkilişi nəzərdə tutulur.
7. Telefon kanalizasiyasının blokuna və ya borularda zirehli rabitə kabelinə qədər olan məsafə xüsusi normalar üzrə dəqiqləşdirilməlidir.
8. İstilik şəbəkələrinin rabitə kabelləri, telefon kanalizasiyasının blokları, gərginliyi 35 kV-a qədər olan güc və ya nəzarət kabelləri ilə yeraltı kəsişmə yerlərində, müvafiq əsaslandırıldıqda gücləndirilmiş istilik izolyasiyasının qurulması və bu qeydlərin 5, 6 və 7-ci bəndlərinin tələblərinə riayət edilməsi ilə, aralarındakı şaquli məsafənin azaldılmasına yol verilir.
"İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə 3 nömrəli əlavə Açıq istilik təchizatı sistemlərinin yeraltı şəbəkələrindən mümkün çirklənmə mənbələrinə qədər üfüqi məsafələr Çirklənmə mənbəyi Ən kiçik məsafələr, m 1. Məişət və istehsalat kanalizasiyasının qurğuları və boru kəmərləri: -istilik şəbəkələri kanallarda və tunellərdə çəkildikdə 1,0 -şərti diametri 200 mm və daha az olan istilik şəbəkələri kanalsız çəkildikdə 1,5 -şərti diametri 200 mm-dən artıq olan istilik şəbəkələri kanalsız çəkildikdə 3,0
2. Qəbiristanlıqlar, zibilxanalar, heyvan qəbiristanlıqları, suvarılan sahələr: - qrunt suları olmadıqda 10,0 - qrunt suları olduqda və filtrasiya edən qruntlarda qrunt sularının istilik şəbəkələrinə doğru hərəkəti olduqda 50,0
3. Zibil və çirkab quyuları:
- qrunt suları olmadıqda 7,0 - qrunt suları olduqda və filtrasiya edən qruntlarda qrunt sularının istilik şəbəkələrinə doğru hərəkəti olduqda 20,0 Qeyd. Kanalizasiya şəbəkələri istilik şəbəkələrindən aşağıda yerləşməklə paralel çəkildikdə, üfüqi məsafələr şəbəkələrin basdırılma dərinliklərinin fərqindən az olmayaraq qəbul edilməlidir, istilik şəbəkələrindən yuxarıda yerləşdikdə isə cədvəldə göstərilmiş məsafələr basdırılma dərinliklərinin fərqi qədər artırılmalıdır.
"İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə 4 nömrəli əlavə Yeraltı şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan üfüqi məsafələr Binalar, qurğular və mühəndis şəbəkələri Ən kiçik məsafələr, m İstilik şəbəkələrinin yeraltı çəkilişi Binaların və qurğuların bünövrələrinə qədər:
a) çökməyən qruntlarda kanallarda və tunellərdə çəkildikdə (kanalların və tunellərin xarici divarlarından) boruların şərti diametri aşağıdakı kimi olduqda, mm: 500-dən az 2,0 500-800 5,0 900 və daha artıq 8,0 Həmçinin Itip çökən qruntlarda: 500-dən az 5,0 500 və daha artıq 8,0
b) çökməyən qruntlarda kanalsız çəkildikdə (kanalsız çəkilişin örtüyündən) borunun şərti diametri aşağıdakı kimi olduqda, mm: 500-dən az 5,0 500 və daha artıq 7,0 Həmçinin Itip çökən qruntlarda: 100 və daha az 5,0 100-500 7,0 500 və daha artıq 8,0 Rels izi 1520 mm olan ən yaxın dəmir yolunun oxuna qədər 4,0 (lakin istilik şəbəkəsinin xəndəyinin dərinliyindən az olmayaraq tökmənin oturacağına qədər) Həmçinin rels izi 750 mm olan 2,8 Dəmir yolunun torpaq yatağının ən yaxın qurğusuna qədər 3,0 (lakin istilik şəbəkəsinin xəndəyinin dərinliyindən az olmayaraq kənar qurğunun əsasına qədər) Ən yaxın elektrikləşdirilmiş dəmir yolunun oxuna qədər 10,75 Ən yaxın tramvay yolunun oxuna qədər 2,8 Küçənin bordür daşına qədər (yolun hərəkət hissəsinin, bərkidilmiş yol çiyninin kənarına qədər) 1,5 Küvetin və ya yolun tökümünün oturacağının kənarına qədər 1,0 Hasarlarının bünövrələrinə və boru kəmərlərinin dayaqlarına qədər 1,5 Xarici işıqlandırma və rabitə şəbəkələrinin dirəklərinə 1,0
qədər Körpülərin dayaqlarının bünövrələrinə qədər 2,0 Dəmir yollarının kontakt şəbəkəsi dayaqlarının bünövrələrinə qədər 3,0 Həmçinin tramvay və trolleybusların 1,0 Gərginliyi 35 kV-a qədər (güc və nəzarət kabellərinə və 220 kV-a qədər yağla doldurulmuş kabellərə qədər) 2,0 (qeyd 1-ə bax) Hava elektrik ötürücü xətlərinin dayaqlarının bünövrələrinə qədər (onlara yaxınlaşdıqda və onlarla kəsişdikdə) aşağıdakı gərginlikdə, kV: 1-ə qədər 1,0 1-35 2,0 35-dən çox 3,0 Telefon kanalizasiyası blokuna, borularda olan zirehli rabitə kabellərinə və radiotranslyasiya kabellərinə qədər 1,0 Su kəmərlərinə qədər 1,5 Həmçinin Itip çökən qruntlarda 2,5 Drenajlara və yağış kanalizasiyasına qədər 1,0 İstehsalat və məişət kanalizasiyasına (qapalı istilik təchizatı sistemlərində) qədər 1,0 İstilik şəbəkələrinin kanallarda, tunellərdə, həmçinin eyni səmtli drenajlı kanalsız çəkilişində təzyiqi 0,6 MPa-ya qədər olan qaz kəmərlərinə qədər 2,0 Həmçinin 0,6-1,2 MPa-a qədər 4,0 İstilik şəbəkələrinin eyni səmtli drenajsız, kanalsız çəkilişində təzyiqi 0,3 MPa-ya qədər olan qaz kəmərlərinə qədər 1,0 Həmçinin 0,3-0,6 MPa-ya qədər 1,5 Həmçinin 0,6-1,2 MPa-ya qədər 2,0 Ağacların gövdəsinə qədər 2,0 (qeyd 10-a bax) Kollara qədər 1,0 (qeyd 10-a bax) Müxtəlif təyinatlı (o cümlədən suvarma kanalların, arxların kənarına qədər) kanallara və tunellərə qədər 2,0 Xarici yapışqanlı izolyasiyalı metropoliten qurğularına qədər 5,0 (lakin istilik şəbəkəsinin xəndəyinin qurğunun əsasına qədər olan dərinliyindən az olmayaraq) Həmçinin yapışqanlı izolyasiyasız 8,0 (lakin istilik şəbəkəsinin xəndəyinin qurğunun əsasına qədər olan dərinliyindən az olmayaraq) Metropoliten yerüstü xətlərinin hasarlarına qədər 5 Avtomobil yanacaqdoldurma stansiyalarının rezervuarlarına qədər:
a) kanalsız çəkilişdə
b) kanallı çəkilişdə (istilik şəbəkələri kanalında ventilyasiya şaxtaları qurulduqda) 10,0 15,0
"İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə 5 nömrəli əlavə Yerüstü şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan üfüqi məsafələr Binalar, qurğular və mühəndis şəbəkələri Ən kiçik məsafələr, m İstilik şəbəkələrinin yerüstü çəkilişi Dəmir yollarının torpaq yatağının ən yaxın qurğusuna qədər
Aralıq dayaqlardan dəmir yolunun oxuna qədər (dəmir yolları ilə kəsişdikdə) ГОСТ 9238 və ГОСТ 9720 üzrə "С", "Сп", "Су" qabaritləri Ən yaxın tramvay yolunun oxuna qədər 2,8 Avtomobil yolunun kənar daşına və ya küvetin xarici kənarına qədər 0,5 Naqillərin ən çox yana çəkilməsi ilə elektrik ötürücü xətlərinə qədər, aşağıdakı gərginlikdə, kV: (qeyd 8-ə bax) 1-ə qədər 1 1-dən 20-yə qədər 3 35-110 4 150 4,5 220 5 330 6 500 6,5 Ağacın gövdəsinə qədər 2,0 Su istilik şəbəkələrindən, şərti təzyiqi 0,63 MPa və daha az olan buxar kəmərlərindən və kondensat istilik şəbəkələrindən yaşayış və ictimai binalara qədər, boruların aşağıdakı şərti diametrlərində, mm: 500 -1400-ə qədər 25 (qeyd 9-a bax) 200 — 500-ə qədər 20 (qeyd 9-a bax) 200-dən kiçik 10 (qeyd 9-a bax) İsti su təchizatı şəbəkələri üçün 5 Buxar istilik şəbəkələri üçün, buxarın aşağıdakı şərti təzyiqlərində, MPa: 1,0 - 2,5 30 2,5-dən çox 6,3-ə qədər 40 Qeydlər.
1. İstilik şəbəkələrinin kabellərə yaxınlaşdıqları bütün sahələrdə, kabellərin keçdiyi yerlərdə qruntun temperaturu (iqlim məlumatlarına əsasən qəbul edilir) ilin istənilən vaxtında orta aylıq temperaturla müqayisədə, gərginliyi 10 kV-a qədər olan güc və nəzarət kabelləri üçün 10 °С-dən çox olmamaq və gərginliyi 20-35 kV olan güc, nəzarət kabelləri və gərginliyi 220 kV-a qədər olan yağla doldurulmuş kabelləri
üçün 5 °С-dən çox olmamaq şərti ödənilməklə 4 nömrəli əlavədə göstərilmiş məsafələrin azaldılmasına yol verilir.
2. Bir ümumi xəndəkdə istilik və digər mühəndis şəbəkələri çəkildikdə (eyni vaxtda tikildikdə), bütün şəbəkələr eyni səviyyədə olduqda və ya basdırılma hündürlükləri 0,4 m-dən artıq fərqlənmədikdə, istilik şəbəkələrindən su kəmərləri və kanalizasiyaya qədər olan məsafələri 0,8 m-ə qədər azaldılmasına yol verilir.
3. Binaların, qurğuların, dayaqların bünövrələrinin əsasından aşağıda çəkilən istilik şəbəkələri üçün qruntun təbii maililiyi nəzərə alınmaqla əlavə olaraq basdırılma dərinliklərinin fərqi nəzərə alınmalıdır və ya bünövrələrin möhkəmləndirilməsi üçün tədbirlər görülməlidir.
4. İstilik və digər mühəndis şəbəkələri paralel, müxtəlif dərinliklərdə yeraltı çəkildikdə 4 nömrəli əlavədə göstərilmiş məsafələr artırılmalıdır və bu şəbəkələrin basdırılma dərinliklərinin fərqindən az olmayaraq qəbul edilməlidir. Çəkiliş darısqal şəraitdə aparıldıqdan məsafələri artırmaq mümkün olmadıqda, mühəndis şəbəkələrinin tikinti və təmir dövründə dağılmaması üçün tədbirlər nəzərdə tutulmalıdır.
5. İstilik və digər mühəndis şəbəkələri paralel çəkildikdə, tikinti-quraşdırma işlərində qurğuların qorunmasını təmin edən tədbirləri görməklə, 4 nömrəli əlavədə göstərilmiş şəbəkə qurğularına (quyulara, kameralara) qədər olan məsafələri ən azı 0,5 m-ə qədər azaldılmasına yol verilir.
6. Xüsusi rabitə kabellərinə qədər olan məsafələr müvafiq normalarla dəqiqləşdirilməlidir.
7. İstilik şəbəkələrinin bağlayıcı və tənzimləyici armaturları yerləşdirilən yerüstü pavilyonlardan (onlarda nasoslar olmadıqda) yaşayış binalarına qədər olan məsafə 15 m-dən az olmayaraq qəbul edilir. Çox darısqallıq şəraitində məsafəni 10 m-ə qədər azaldılmasına yol verilir.
8. Yerüstü istilik şəbəkələri yaşayış mətəqələrindən kənarda, gərginliyi 1-500 kV-a qədər hava elektrik ötürücü xətləri ilə paralel çəkildikdə, kənar naqildən üfüqi istiqamətdə məsafəni dayağın hündürlüyündən az olmayaraq qəbul edilməlidir.
9. Yerüstü çəkilən müvəqqəti (istismarı 1 ilə qədər nəzərdə tutulan) su istilik şəbəkələrindən (baypaslardan), sakinlər üçün təhlükəsizlik tədbirləri (qaynaq tikişlərinin 100 %-lik nəzarətdən keçirilməsi, boru kəmərlərinin 1,0 MPa-dan az olmamaqla maksimal işçi təzyiqin 1,5 mislinə uyğun təzyiqlə sınanması, tamamilə örtülmüş polad bağlayıcı armaturların istifadəsi) təmin olunduqda, yaşayış və ictimai binalara qədər məsafəni azaltmaq olar.
10. İstilik şəbəkələrini müstəsna hallarda, ağaclardan 2 m, kollardan və digər yaşıllıqdan 1 m-dən yaxın məsafədə yeraltı çəkilməsi tələb olunduqda, boru kəmərlərinin istilik izolyasiya təbəqəsinin qalınlığı ikiqat qəbul edilməlidir. _________________________________