1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının "Xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blanklarının nümunələri"nin təsdiq edilməsi haqqında" 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/7/2025 nömrəli, "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası"nın təsdiq edilməsi haqqında" 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/8/2025 nömrəli və "İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi"nin təsdiq edilməsi barədə" 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/14/2025 nömrəli qərarlarında dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 7 aprel 2026-cı il tarixli 3-16/1- KQ/2/2026 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının "Xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blanklarının nümunələri"nin təsdiq edilməsi haqqında" 2025-ci il 28 noyabr tarixli 3-16/1- KQ/7/2025 nömrəli, "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası"nın təsdiq edilməsi haqqında" 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/8/2025 nömrəli, "İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi"nin təsdiq edilməsi barədə" 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/14/2025 nömrəli qərarlarında edilmiş dəyişikliklər:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/7/2025 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi icra məmurunun blanklarının nümunələri" yeni redaksiyada verilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/8/2025 nömrəli qərarı ilə təsdiq edilmiş "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası"nın 2 nömrəli əlavəsindən "heç bir seçkili və ya digər təyinatlı vəzifələr tutmamağı," və ", kommersiya" sözləri çıxarılsın.
3. "İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/14/2025 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
3.1. preambuladan "9.22-ci bəndini və" sözləri çıxarılsın;
3.2. həmin Qərarla təsdiq edilmiş "İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin Nümunəsi" üzrə:
3.2.1. 1.7-ci bənddə "Qanunun" sözü "Azərbaycan Respublikası Qanununun" sözləri ilə əvəz edilsin;
3.2.2. 2.2-ci, 2.7-ci və 3.2-ci bəndlərdə "adı, soyadı" sözləri "soyadı, adı" sözləri ilə əvəz edilsin;
3.2.3. 2.4-cü bənddə "əlaqə vasitəsi" sözləri "telefon nömrəsi" sözləri ilə əvəz edilsin;
3.2.4. 2.10-cu bənddə "əlaqə vasitəsi" sözləri "telefon nömrəsi və elektron poçt ünvanı" sözləri ilə əvəz edilsin;
3.2.5. 3.4-cü bəndə "aktivləri" sözündən əvvəl "iş yeri," sözləri əlavə edilsin, həmin bənddə "əlaqə vasitələri" sözləri "telefon nömrəsi, elektron poçt ünvanı" sözləri ilə əvəz edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 7 aprel 2026-cı il tarixli 3-16/1- KQ/2/2026 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xüsusi icra məmurunun blankının nümunəsi (elektron yazışmalar üçün) AZƏRBAYCAN RESPUBLİKASI Xüsusi icra məmuru Adı, soyadı Reyestr № ____ Ünvan: Telefon: E-mail: Xüsusi icra məmurunun haqqının ödənilməsi üçün bank hesabının rekvizitləri: Tələbkara çatacaq vəsaitin ödənilməsi üçün bank hesabının rekvizitləri: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 7 aprel 2026-cı il tarixli 3-16/1- KQ/2/2026 nömrəli qərarı ilə təsdiq edilmişdir. Xüsusi icra məmurunun blankının nümunəsi (kağız daşıyıcıda yazışmalar üçün) AZƏRBAYCAN RESPUBLİKASI Xüsusi icra məmuru Adı, soyadı Reyestr № ____ Ünvan: Telefon: E-mail: Xüsusi icra məmurunun haqqının ödənilməsi üçün bank hesabının rekvizitləri: Tələbkara çatacaq vəsaitin ödənilməsi üçün bank hesabının rekvizitləri: №_____________________ __ _____________ 20__-c il