Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
"Vətən uğrunda" medalı ilə Hüseynov Ramil Arif oğlu – mayor "Hərbi xidmətlərə görə" medalı ilə Mövlayev Samir Yaqub oğlu – mayor Abbasov Elsevər Məhəmməd oğlu – kapitan Eldarov Zaur Səvzixan oğlu – kapitan Hüseynov Elçin Allahverdi oğlu – kapitan Fərzəliyev İlkin Mirzə oğlu – leytenant Vahabzadə Şahin İdayət oğlu – leytenant Adamov Xəyal Fikrət oğlu – baş çavuş Hacızadə Səbuhi Elşən oğlu – baş çavuş Qəhrəmanzadə Elman Qəhrəman oğlu – baş çavuş.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 mart 2026-cı il