1. "İnzibati məhkəmələrdə inzibati mübahisələrə baxılması haqqında" 2-5 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 23/09 nömrəli qərarı ləğv edilsin.
2. Bu Qərar 2026-cı il aprelin 1-dən qüvvəyə minir.
3. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
5. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Azər Mursaqulov