Azərbaycan Respublikası kənd təsərrüfatında güzəştli maliyyələşdirmə sistemini gücləndirir. Dəyişikliklər kənd təsərrüfatı texnikası, avadanlığı və suvarma sistemlərinin krediti ilə satışı və lizinqinin maliyyələşdirilməsini tənzimləyir, həmçinin subsidiyaların düzgün istifadəsini nəzarət edən məsuliyyət qaydalarını müəyyən edir. Bu fərman 2026-ci il martında qüvvəyə minir və aqrar sektor üçün dövlət dəstəyini daha əlçatan və nəzarətli hala gətirir.
6-1. Müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına verilən kreditlərin faizlərinin maliyyələşdirilməsi 6-1.1. Kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 (bir) il müddətinədək verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Agentliyin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir. 6-1.2. Bu Qaydanın 6-1.1-ci bəndində nəzərdə tutulmuş kreditlərin illik faiz dərəcəsinin Agentliyin vəsaiti hesabına maliyyələşdirilən hissəsi və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 2.4.5-ci yarımbəndinə uyğun olaraq müəyyən edilir. 6-1.3. Sahibkarlıq subyektləri bu Qaydanın 6-1.1-ci bəndi ilə müəyyən edilmiş güzəştli kreditlərin verilməsi üçün müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) rəsmi qaydada müraciət edirlər. Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən müraciətlərin qeydiyyata alındığı tarixdən 15 (on beş) iş günündən gec olmayaraq, kredit riskləri təhlil olunmaqla kreditin verilməsi barədə qərar qəbul edilir, yaxud sahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları (kreditin məbləği, təyinatı, istifadə dövrü və sahibkarlıq subyektinin EKTİS-də qeydiyyatı barədə) və sənədləri Agentliyə təqdim edir. Təqdim edilən məlumatların bu Qaydanın 6-1.2-ci bəndinə əsasən müəyyən edilmiş göstəricilərə uyğunluğu Agentlik tərəfindən 10 (on) iş günü müddətində yoxlanılaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləği təsdiqlənir və ya müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) əsaslandırılmış imtina məktubu göndərilir (təqdim edilir). 6-1.4. Bu Qaydanın 6-1.1-ci bəndində nəzərdə tutulmuş qaydada ayrılan kredit məbləği müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektinin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürülür və nağdlaşdırılmadan istifadə olunur. Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydanın 6-1.1-ci bəndinə uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in "aqrar ticarət (tapaqro)" altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür. Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir. 6-1.5. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə əsas borclarını və faiz borclarının Agentliyin vəsaiti hesabına maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraq ödəməlidirlər. Agentlik verilmiş kreditlər üzrə faizlərin maliyyələşdirdiyi hissəsinin hesablanmasını və həmin hissə üzrə rübdə 1 (bir) dəfədən gec olmayaraq ödənişlərin həyata keçirilməsini təmin edir. Agentlik, hesablanan faiz borcunun maliyyələşdirilən hissəsi istisna olmaqla, müqavilə üzrə hər hansı başqa öhdəlik və məsuliyyət daşımır. 6-1.6. Bu Qaydanın 7-ci hissəsinə uyğun olaraq həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 (üç) ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik tərəfindən faizlərin maliyyələşdirilən hissəsinin hesablanması və ödənilməsi dayandırılır. 6-1.7. Bu Qaydanın 6-1.6-cı bəndində nəzərdə tutulmuş halda ödənilmiş güzəşt vəsaiti müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən Agentliyə qaytarılır. Agentliyin yazılı tələbindən sonra müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) 30 (otuz) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş tədbirləri görür. Qaytarılan vəsaitdən bu Qaydanın məqsədlərinə uyğun istifadə edilir. 6-1.8. Bu Qaydanın 6-1.7-ci bəndinə uyğun olaraq Agentliyə qaytarılmış vəsait müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) tərəfindən sahibkarlıq subyektindən tələb edilir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 (üç) il müddətində faizlərinin bir hissəsi Agentlik tərəfindən maliyyələşdirilən kreditlər verilmir
aqrar sahədə innovativ metodları və qabaqcıl təcrübəni təşviq etmək, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün müvəkkil banklar, bank olmayankredit təşkilatlarıtəşkilatlarvə lizinq təşkilatları (bundan sonra – müvəkkil təşkilatlar) vasitəsilə kreditlər və həmin kreditlərə təminat vermək;
2.4.5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsinə uyğun olaraq verilən kreditlərin illik faiz dərəcəsinin maliyyələşdirilən hissəsinin və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısının təsdiqi
1.2.5-1. aqrotexniki xidmətlər − bitkiçilik məhsullarının istehsalı prosesində satın alınan aqrotexniki tədbirlər
3.1.7. "aqrar ticarət (tapaqro)" altsistemi
3.2.7. "aqrar ticarət (tapaqro)" altsistemi vasitəsilə istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsullarına və aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatına dair məlumatların əks etdirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, dirəklər, damazlıq heyvanlar, mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) və aqrotexniki xidmətlərin satın alınması, həmçinin həmin xidmətlər üzrə verilən subsidiya və güzəştlərdən istifadəyə nəzarət edilməsi
EKTİS-ə daxil edilən, habelə EHİS vasitəsilə EKTİS-ə ötürülən məlumatlar aşağıdakılardır:5.1.15. kənd təsərrüfatı istehsal vasitələrinin alınması və (və ya) qurulması, həmçinin aqrotexniki ...
EKTİS-ə daxil edilən, habelə EHİS vasitəsilə EKTİS-ə ötürülən məlumatlar aşağıdakılardır:5.1.15. kənd təsərrüfatı istehsal vasitələrinin alınması və (və ya) qurulması, həmçinin aqrotexniki ...
21. subsidiyalar və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsinə uyğun olaraq verilən vəsaitlər üzrə ödənişləri bu Əsasnamənin 7.6-cı bəndində nəzərdə tutulan qaydada həyata keçirmək
Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.
təşkilatlar
təşkilatların
təşkilatlar
təşkilatların
müvəkkil təşkilatların
təşkilatlar
təşkilatlarla
təşkilat
təşkilatın
təşkilatların
təşkilatlara
təşkilatlar
təşkilatlara
təşkilatlar
təşkilatların
təşkilatlar
təşkilata
təşkilata
həmin müvəkkil təşkilatın
təşkilata
təşkilat
təşkilatlarda
təşkilat
təşkilata
təşkilat
təşkilatın
təşkilat
təşkilatlar
təşkilatlar
təşkilat
təşkilat
təşkilatlar
təşkilatlara
təşkilatların
təşkilatlar
müvəkkil təşkilatlarla
təşkilatlara
təşkilata
təşkilat
təşkilatlar
müvəkkil təşkilatların
müvəkkil təşkilata
təşkilatlar
(bundan sonra – EKTİS)
təşkilatlar
təşkilat
təşkilat
təşkilat
təşkilatlar
təşkilatlar
təşkilatın
təşkilat
, həmçinin aqrotexniki xidmətlər göstərən
təşkilatların
(kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, damazlıq heyvanlar, suvarma sistemləri dəsti və avadanlığı)