1. Qısa xülasə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" (bundan sonra — Fəaliyyət Planı) rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğu və qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə rəqəmsal inkişafın strateji əhəmiyyəti nəzərə alınaraq hazırlanmışdır. Son illərdə Azərbaycan Respublikasında rəqəmsal inkişaf üçün əhəmiyyətli hüquqi və texnoloji baza yaradılmışdır. "Hökumət buludu"nun istifadəyə verilməsi, "SİMA" biometrik rəqəmsal imzanın uğurlu tətbiqi (4 milyondan artıq istifadəçi) və infrastrukturun inkişafı nəticəsində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumətin İnkişafı İndeksində 2024-cü ildə 9 pillə irəliləyərək 74-cü yerə yüksəlmiş və "çox yüksək inkişaf etmiş ölkələr" kateqoriyasına daxil olmuşdur. Lakin innovasiya əsaslı iqtisadiyyata keçid prosesində başlıca tələblərə əməl etmək zərurəti qalmaqdadır. Qlobal İnnovasiya İndeksində Azərbaycan Respublikası 94-cü yerdə mövqe tutur. İnnovasiyalar insan kapitalı, tənzimləyici mühit, elmi potensial və dayanıqlı maliyyələşmənin qarşılıqlı vəhdətinə əsaslanan milli ekosistemdə formalaşır. Bu sahədə əsas maneələr sırasında məlumat idarəçiliyindəki çatışmazlıqlar və məlumat keyfiyyəti problemləri, vençur kapitalı və kraudfandinq kimi innovativ maliyyə alətlərinin hüquqi bazasının olmaması, süni intellektin (Sİ) inkişafı — suveren süni intellekt üçün kritik olan hesablama infrastrukturunun yetərsizliyi, ixtisaslı kadr çatışmazlığı və artan kibertəhlükəsizlik riskləri xüsusi qeyd edilməlidir. Fəaliyyət Planı əsasında 2026—2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində "vahid məlumat idarəçiliyi" yanaşmasının tətbiqi, məlumatların dövlət orqanları (qurumları) tərəfindən alınmasında "yalnız bir dəfə" prinsipinin reallaşdırılması, proaktiv dövlət xidmətlərinə keçid və bütün dövlət xidmətlərinin "Mygov" və "Mygov Biznes" platformaları (portal və mobil tətbiqləri) vasitəsilə göstərilməsi, vençur maliyyələşməsi və kraudfandinq münasibətlərinin hüquqi tənzimlənməsi, "mələk investorlar" institutunun təşviqi və tətbiqi, texnoparklarda rezidentlik şərtlərinin sadələşdirilməsi və yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, qlobal istedadları cəlb etmək üçün "rəqəmsal səyyah" vizasının tətbiqi, müstəqil mütəxəssislərin hüquqi statusunun müəyyən edilməsi, miqrasiya prosedurlarının sadələşdirilməsi, İKT, süni intellekt və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin bilik
və bacarıqlarının artırılması, dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na tam miqrasiyası, maliyyə xidmətlərinin rəqəmsallaşması, elektron ticarət və informasiya təhlükəsizliyi sahələri üzrə normativ hüquqi aktların tamamilə yenilənməsi nəzərdə tutulur. Fəaliyyət Planı, ilk növbədə, ölkədə rəqəmsal inkişaf sahəsində mövcud vəziyyətə və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Fəaliyyət Planında müasir texnologiyaların inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi, startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. Fəaliyyət Planının uğurlu icrası nəticəsində Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir. Növbəti 10 ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcəkdir.
2. Qlobal trendlər Müasir dövrdə rəqəmsal inkişaf qlobal iqtisadiyyatın strukturunu, dövlətlərin idarəetmə modellərini və cəmiyyətlərin sosial dinamikasını kökündən dəyişən əsas amildir. Texnologiyalar artıq yalnız yardımçı alət deyil, iqtisadi artımın əsas təkanverici qüvvəsi və milli təhlükəsizliyin təməl elementidir. Qlobal texnoloji landşaft yüksək sürətlə dəyişir və bu prosesdə rəqabət üstünlüyü əldə etmək üçün ölkələr öz strategiyalarını davamlı olaraq yeniləməlidirlər. Süni intellekt, xüsusilə generativ süni intellekt və böyük dil modelləri bütün sektorlarda məhsuldarlığı inqilabi səviyyədə artırmaq potensialına malikdir. Qlobal süni intellekt bazarının həcminin növbəti onillikdə trilyonlarla dollar olacağı proqnozlaşdırılır. Daha vacib trend isə dövlətlərin "suveren süni intellekt" konsepsiyasına artan diqqətidir. Bu, dövlətlərin xarici texnologiyalardan asılı olmadan, öz milli infrastrukturları, məlumat ehtiyatları və insan kapitalı vasitəsilə süni intellekt modelləri yaratmaq və idarə etmək qabiliyyətidir. "Suveren süni intellekt"in inkişafı rəqəmsal müstəqillik, informasiya təhlükəsizliyi və milli təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir və dövlət idarəetməsində səmərəliliyin artırılması, qərarvermə proseslərinin optimallaşdırılması və iqtisadiyyatın (neft-qaz, kənd təsərrüfatı və s.) şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Lakin bu imkanlardan tam faydalanmaq və rəqəmsal suverenliyi təmin etmək məqsədilə Azərbaycan dilində böyük dil modellərinin yaradılması və bunun üçün zəruri olan yüksək performanslı hesablama güclərinə strateji investisiyalar tələb olunur. Məlumatlar yeni iqtisadiyyatın əsas aktivi hesab olunur. Belə ki, məlumat əsaslı qərarvermə dövlət sektorunda və özəl sektorda standart yanaşmaya çevrilir, böyük verilənlərin təhlili iqtisadi prosesləri proqnozlaşdırmağa və riskləri idarə etməyə imkan yaradır. Bununla yanaşı, məlumatların həcminin artması onların idarə edilməsi, keyfiyyəti, gizliliyi (məxfiliyi, konfidensiallığı) və təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Məlumatların effektiv idarə edilməsi və açıq məlumatların əlçatanlığı innovasiyaların stimullaşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanan böyükhəcmli məlumatların keyfiyyətinin və
inteqrasiyasının təmin edilməsi effektiv idarəetmənin, proaktiv dövlət xidmətləri göstərilməsinin və Sİ tətbiqlərinin inkişafının əsas şərtidir. Rəqəmsallaşmanın genişlənməsi ilə paralel olaraq qlobal miqyasda kiberhücumların sayı, miqyası və mürəkkəbliyi də artır. Sİ vasitəsilə həyata keçirilən hücumlar, təchizat zənciri riskləri və kritik informasiya infrastrukturlarına qarşı yönəlmiş təhdidlər əsas maneələrdir. Dünya İqtisadi Forumu kibertəhlükəsizlik risklərini və texnologiya vasitəsilə yayılan dezinformasiyanı əsas qlobal təhdidlər sırasında qiymətləndirir. Bu təhdidlər fonunda sadəcə kibermüdafiə deyil, həm də kiberinsidentlərdən sonra sürətli bərpanı nəzərdə tutan rəqəmsal dayanıqlılıq konsepsiyası əhəmiyyət kəsb edir. Ölkənin artan rəqəmsal asılılığı və mürəkkəb geosiyasi mövqeyi kibertəhlükəsizlik strategiyasının fundamental şəkildə gücləndirilməsini, ixtisaslı kadr hazırlığını və milli səviyyədə risk idarəetmə mexanizmlərinin tətbiqini tələb edir. Kritik informasiya infrastrukturunun mühafizəsi milli təhlükəsizlik məsələsidir. Yüksək texnologiyalar sahəsində ixtisaslı kadrlara, xüsusilə Sİ, data elmi, kibertəhlükəsizlik və proqram mühəndisliyi üzrə mütəxəssislərə qlobal miqyasda tələbat təklifi xeyli üstələyir. Bu vəziyyət ölkələr arasında kəskin "istedad müharibəsi" yaratmışdır. Belə ki, dövlətlər "rəqəmsal səyyahlar"ı və yüksəkixtisaslı mütəxəssisləri cəlb etmək üçün xüsusi viza rejimləri, vergi güzəştləri və stimullaşdırıcı proqramlar tətbiq edirlər. Milli kadr potensialını inkişaf etdirməyin vacib əhəmiyyət daşıması ilə yanaşı, qısa müddətdə kəskin ehtiyacları qarşılamaq və qlobal bilik transferini təmin etmək üçün çevik miqrasiya siyasətinə və cəlbedici ekosistemin yaradılmasına ehtiyac vardır. Beyin axını riskinin "beyin qazancı"na çevrilməsi vacibdir. Bulud hesablama texnologiyaları rəqəmsal transformasiyanın təməl infrastrukturunu təşkil edir. Bu qlobal çağırış ictimai və xüsusi bulud mühitlərinin birləşməsini təklif edən hibrid və çoxbuludlu strategiyalara doğru yönəlir. Belə tendensiya çevikliyi artırır və məlumatların saxlanma yeri ilə bağlı tələblərə cavab verir. Azərbaycan Respublikasında "Hökumət buludu"nun yaradılması mühüm addımdır. Növbəti mərhələdə bu infrastrukturun genişləndirilməsi, dövlət informasiya ehtiyatlarının və sistemlərinin tam miqrasiyası və özəl sektorun bulud hesablama texnologiyalarından istifadəsinin stimullaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 5G texnologiyalarının tətbiqi yüksəksürətli və minimal gecikməli əlaqəni təmin edərək, əşyaların interneti, "ağıllı şəhər" həlləri və sənaye avtomatlaşdırılması üçün yeni imkanlar yaradır. Eyni zamanda, iqlim dəyişikliyi fonunda enerji səmərəliliyi, dayanıqlı hesablama və yaşıl texnologiyalara qlobal tələbat sürətlə artır. İnfrastrukturun modernləşdirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin reallaşdırılması üçün 5G texnologiyasına keçid vacibdir. "Yaşıl iqtisadiyyat"a keçid prosesində texnoloji innovasiyaların tətbiqi ölkənin dayanıqlı inkişaf məqsədlərinə çatmasına dəstək olacaqdır.
3. Mövcud vəziyyətin təhlili Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə aydın strateji baxış formalaşmış, son illərdə innovasiya əsaslı iqtisadiyyata keçid üçün mühüm normativ hüquqi baza yaradılmışdır. İKT sektorunun iqtisadiyyat üçün yüksək multiplikativ təsiri (hesablamalara görə, İKT sektoruna xərclənən hər bir dolların iqtisadiyyata 8 dollarlıq təsiri) və bu sektorda
çalışan hər bir işçinin digər sektorlara nisbətən 3−4 dəfə artıq iqtisadi dəyər yaratması bu sahənin prioritetliyini təsdiqləyir. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə əhəmiyyətli normativ hüquqi baza yaradılmışdır:
3.1. hüquqi və strateji çərçivə:
Rəqəmsallaşma sahəsində son illərdə ölkədə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022—2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda innovasiyaların təşviqi, müasir texnoloji həllərin tətbiqinin genişləndirilməsi, müasir texnologiyaların iqtisadiyyat, səhiyyə, kənd təsərrüfatı və bir çox digər sahələrdə tətbiqi kimi mühüm məsələlər müəyyən edilmişdir. Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması üçün kibertəhdidlərə qarşı mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqi, yeni təkmil texnoloji infrastruktur komponentlərinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023—2027-ci illər üçün Strategiyası" təsdiq edilmişdir. Sözügedən Strategiyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması üçün yeni texnoloji həllərin tətbiqinin və daim inkişaf etdirilməsinin zəruri olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" rəqəmsal inkişafın əlaqələndirilmiş formada həyata keçirilməsini, rəqəmsal infrastrukturunun gücləndirilməsini, vahid rəqəmsal arxitekturanın qurulmasını və texnoloji adaptasiyanın sürətləndirilməsini əsas hədəflər kimi müəyyən etmişdir. Azərbaycan Respublikasında süni intellektin inkişafının sürətləndirilməsi, bu sahədə tədqiqatlar aparılmasının təşviq edilməsi, Sİ üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Cənubi Qafqazda ilk olaraq Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının 2025—2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, eləcə də elektron xidmətlərdən "bir pəncərə" prinsipi əsasında istifadəni təmin edən Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra — EHİS) Əsasnaməsi təsdiq edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026—2029-cu illər üçün Strategiya" ilə iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi üçün tədbirlər müəyyən edilmişdir.
3.2. rəqəmsal infrastruktur:
Azərbaycan Respublikasında genişzolaqlı internetin inkişaf etdirilməsi və ölkənin ən ucqar yaşayış nöqtələrində yaşayan əhalinin yüksəksürətli internetə çıxışının təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin əsas məqsədi kimi
müəyyən edilmişdir. Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlmişdir. Sözügedən Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində "Onlayn Azərbaycan" layihəsi həyata keçirilmiş və mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlığı ilə əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması prosesi yekunlaşdırılmışdır. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 20 dəfədən çox artaraq təxminən 4.8 milyona çatmış, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilmişdir. Son 3 ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 2 dəfə, son 6 il ərzində isə 10 dəfə artmışdır və 2026-cı ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 90 Mbit/saniyəyə çatmışdır. Bununla da ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılmışdır. Bakıda və Yevlaxda yüksək standartlara cavab verən "Hökumət buludu" istifadəyə verilmiş və son 4 il ərzində data mərkəzinə keçid edən qurumların sayı 3 dəfə artaraq 148-ə çatmışdır. Hazırda mövcud data mərkəzlərindən gücü 3 dəfə artıq olan yeni data mərkəzlərinin inşası davam etdirilir.
3.3. elektron hökumət və rəqəmsal xidmətlər:
EHİS mərkəzi infrastruktur kimi formalaşdırılmış, biometrik rəqəmsal imzanın (SİMA) uğurlu tətbiqi (4 milyondan artıq istifadəçinin, 80-dən çox təşkilatın 200-dən artıq informasiya sisteminə inteqrasiyası) isə onlayn identifikasiyanı sadələşdirərək, dövlət və özəl sektor xidmətlərinin məsafədən göstərilməsini təmin etmişdir. "Mygov" platforması yenidən qurularaq 2.5 milyondan artıq vətəndaşa xidmət göstərir. Şəxsiyyət vəsiqələri, doğum və ölüm haqqında şəhadətnamələr, sürücülük vəsiqələri və digər sənədlər də daxil olmaqla 200-dən artıq məlumatın rəqəmsal formatda təqdim edilməsinin hüquqi əsası yaradılmışdır. Nəticədə, sənədlərin fiziki təqdim edilməsinə ehtiyac aradan qaldırılaraq 2.3 milyondan artıq rəqəmsal sənəd "Mygov" platforması vasitəsilə təqdim edilmişdir. Təhsil, məşğulluq, nəqliyyat, sağlamlıq, əmlak, sosial təminat və digər sahələr üzrə 380-dən çox xidmət tam rəqəmsallaşdırılmışdır və yaxın müddətdə 80 yeni xidmətin istifadəyə verilməsi nəzərdə tutulur. Vətəndaşlar tərəfindən xidmət mərkəzlərinə edilən müraciətlərin ümumi həcminin 10 faizi hazırda "Mygov" platformasından, yəni heç bir yerə getmədən mobil telefonlardan həyata keçirilir. "Mygov Biznes" platforması isə biznes subyektləri tərəfindən bütün xidmətlərin "bir pəncərə" prinsipi əsasında əldə olunmasına, o cümlədən satınalma, lisenziya, vergi və digər sahələr üzrə dövlət xidmətlərindən tam rəqəmsal formada istifadəyə şərait yaradacaqdır. "Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2279 nömrəli Fərmanına əsasən, dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsi məqsədilə EHİS-in strukturunda "Rəqəmsal Sənəd Dövriyyəsi" altsisteminin yaradılması və 2023-cü il sentyabrın 1-dək formalaşdırılması nəzərdə tutulmuşdur. Hazırda dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsi "Rəqəmsal Sənəd Dövriyyəsi" altsistemi vasitəsilə həyata keçirilir. Bununla yanaşı, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunu ilə vətəndaşlıq vəziyyəti aktlarının və şəxsiyyət vəsiqəsinin rəqəmsallaşdırılması təmin edilmişdir. Belə ki, həmin dəyişikliklər əsasında inzibati icraat aparılması, o cümlədən dövlət xidmətləri göstərilməsi zamanı qeyd olunan sənədlərin kağız daşıyıcıda təqdim edilməsi tələbi aradan qalxmışdır. Vətəndaşlar həmin sənədlərdə göstərilən məlumatları EHİS üzərindən təqdim edərək, inzibati icraatda iştirak edə və ya dövlət xidmətlərindən istifadə edə bilərlər. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də elektron hökumət və elektron xidmətlər sahəsində bir sıra yeniliklər təsbit edilmişdir. Sözügedən Fərmana əsasən, "Vahid Kommunal Xidmətlər" altsistemi və "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri" altsistemi EHİS-in altsistemləri kimi müəyyən edilmişdir. Həmin Fərmanda elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi məqsədilə qurumların, hüquqi və fiziki şəxslərin elektron imza vasitələri ilə təmin olunması, dövlət orqanlarının (qurumlarının) elektron xidmətlər göstərməsində istifadə edilən dövlət informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin EHİS vasitəsilə aparılmasının təmin edilməsi və dövlət orqanlarının (qurumlarının) elektron xidmətlərindən EHİS üzərindən "bir pəncərə" prinsipi əsasında istifadənin təmin edilməsi nəzərdə tutulmuşdur.
3.4. innovasiya ekosistemi:
Azərbaycan Respublikasının Vergi və Miqrasiya məcəllələrində, "Gömrük tarifi haqqında" və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında edilmiş 2022-ci il 27 dekabr tarixli dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. 2025-ci il ərzində 165 rezident (o cümlədən 10 xarici şirkət) bu güzəştlərdən faydalanmışdır. Eyni zamanda, Bakı, Sumqayıt, Naxçıvan və Gəncə innovasiya mərkəzləri yaradılmış, 3 vençur fondu formalaşdırılmışdır. Mövcud nailiyyətlərə baxmayaraq, ölkənin rəqəmsal inkişafına mənfi təsir edən hallar da mövcuddur. Belə ki, innovasiya ekosisteminin zəifliyi, maliyyələşdirmə mexanizmlərinin çatışmazlığı, rəqəmsal idarəetmədəki boşluqlar, süni intellektin inkişafı üçün maneələr, kibertəhlükəsizlik riskləri, insan kapitalının və tənzimləyici mühitin yetərsizliyi mənfi təsir göstərən əsas amillərdəndir. 2024-cü ildə Azərbaycan Respublikasında İKT xidmətlərinin ixracı 110 milyon dollar təşkil etmişdir. Müqayisə üçün Qazaxıstanda bu rəqəm 882 milyon dollar, Özbəkistanda isə 620 milyon dollardır. Qlobal İnnovasiya İndeksində Azərbaycan Respublikasının 139 ölkə arasında 94-cü yerdə qərarlaşması ekosistemin kompleks inkişafa ehtiyacı olduğunu göstərir. İndeksin göstəricilərinin yalnız 15 faizinin birbaşa İKT-yə aid olması, problemin, əsasən, institusional mühit, insan kapitalı və maliyyələşmə ilə bağlı olduğu göstərilir. Vençur kapitalı, kraudfandinq və "mələk investorlar" kimi alternativ maliyyələşdirmə alətlərini dəstəkləyən normativ hüquqi bazanın olmaması innovativ layihələrin maliyyə resurslarına çıxışını məhdudlaşdırır. Makroiqtisadi siyasətdə mövcud konservativ yanaşmalar innovasiyanı stimullaşdıran çevik tənzimləmələrin formalaşmasına maneə hesab edilir. Dövlət informasiya ehtiyatlarında və sistemlərində məlumatların dürüstlüyündə və tamlığında olan problemlər məlumat əsaslı qərarverməni məhdudlaşdırır və rəqəmsal
xidmətlərin proaktiv təqdim edilməsinə imkan vermir. "Hökumət buludu"na keçidin tam başa çatmaması və EHİS-dən kənar xidmətlərin mövcudluğu təhlükəsizlik riskləri yaradır, resursların səmərəsiz istifadəsinə səbəb olur. Eləcə də, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının mövcudluğuna baxmayaraq, sahə üzrə risklərin qeydiyyatı aparılmamış, təhdid landşaftı və kateqoriyaları müəyyənləşdirilməmişdir. Ölkə səviyyəsində diaqnostikanın aparılmaması və fövqəladə hallar zamanı tətbiq olunmalı proseslərin müəyyən edilməməsi milli rəqəmsal dayanıqlılığı zəiflədir. Yüksəkixtisaslı texnoloji kadrların çatışmazlığı və beyin axını riski vardır. Mövcud miqrasiya tələbləri xarici mütəxəssislərin və "rəqəmsal səyyah"ların ölkəyə cəlb edilməsini çətinləşdirir.
3.5. Azərbaycan Respublikasının regional və qlobal miqyasda rəqabət üstünlüyü qazana biləcəyi əsas sahələr aşağıdakılardır:
3.5.1. elektron hökumət və dövlət texnologiyaları: Azərbaycan Respublikası bu sahədə regionda lider mövqelərdən birini tutur. "Mygov" və "Hökumət buludu" kimi uğurlu platformalar üzərində qurulmuş yeni nəsil proaktiv və inteqrasiya olunmuş dövlət xidmətləri inkişaf etdirilə bilər. Bu həllərin regional bazarlara ixracı üçün əhəmiyyətli potensial mövcuddur;
3.5.2. maliyyə texnologiyaları: güclü rəqəmsal identifikasiya infrastrukturu və nağdsız ödənişlərə artan tələbat fonunda innovativ bankçılıq, sığorta və ödəniş həllərinin inkişafı üçün əlverişli zəmin vardır;
3.5.3. tranzit məlumat mərkəzi: Avropa və Asiya arasında strateji coğrafi mövqedən istifadə edərək regional data trafiki üçün mərkəzə çevrilmək və data mərkəzi xidmətləri təqdim etmək mümkündür. Bu üstünlükləri reallaşdırmaq üçün məlumatların idarə edilməsi təkmilləşdirilməli, tənzimləyici mühit daha çevik olmalı və beynəlxalq əməkdaşlıq gücləndirilməlidir;
3.5.4. texnoloji innovasiyaların dəyər zəncirində (ideya - tədqiqat - prototip - kommersiyalaşdırma - bazar) əsas boşluqlar və problemlər aşağıdakılardır:
3.5.4.1. maliyyələşmə boşluğu: dəyər zəncirinin xüsusilə "prototip" və "kommersiyalaşdırma" mərhələlərində ciddi maliyyə çatışmazlığı müşahidə olunur. Mövcud 3 vençur fondu bazarın tələbatını qarşılamaq üçün yetərli deyil və alternativ maliyyə mexanizmlərinin ("mələk investorlar", kraudfandinq) hüquqi bazası yoxdur;
3.5.4.2. normativ hüquqi və tənzimləmə maneələri: innovativ maliyyələşmə mexanizmlərinin hüquqi bazasının olmaması və mövcud tənzimləmələrdəki konservativ yanaşmalar yeni texnologiyaların tətbiqini və bazara çıxışını məhdudlaşdırır;
3.5.4.3. kommersiyalaşdırma mexanizmlərinin zəifliyi: ali təhsil müəssisələri, elmi tədqiqat mərkəzləri və özəl sektor arasında əməkdaşlığın yetərli səviyyədə olmaması elmi tədqiqat nəticələrinin real iqtisadi dəyərə çevrilməsinə (kommersiyalaşdırma) mane olur. Həmçinin, yerli innovativ məhsulların daxili bazara (xüsusilə dövlət satınalmalarına) çıxışı məhduddur;
3.5.4.4. infrastruktur məhdudiyyətləri: Sİ kimi qabaqcıl texnologiyaların inkişafı üçün zəruri olan yüksək hesablama güclərinin çatışmazlığı tədqiqat və prototip mərhələlərində ciddi əngəl yaradır.
4. Fəaliyyət Planının hədəf göstəriciləri
4.1. Fəaliyyət Planının icrası nəticəsində aşağıda hədəflərə nail olunması nəzərdə tutulur:
4.1.1. beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yüksəldilməsi;
4.1.2. müasir texnologiyanın tətbiqi üçün əlverişli şərait yaradılması;
4.1.3. proaktiv qaydada göstərilən dövlət elektron xidmətlərinin payının 50 faizə çatdırılması;
4.1.4. İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının artırılması;
4.1.5. dövlət idarəetməsinin optimallaşdırılması və rəqəmsallaşdırılması.
5. Fəaliyyət Planının məqsədləri
5.1. Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:
5.1.1. rəqəmsal idarəetmənin və iqtisadiyyatın rəqəmsal transformasiyasının sürətləndirilməsi;
5.1.2. milli innovasiya ekosisteminin gücləndirilməsi və texnoloji sahibkarlığın inkişaf etdirilməsi;
5.1.3. müasir texnologiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi və istedadların ölkəyə cəlb edilməsi;
5.1.4. qabaqcıl texnoloji infrastrukturun qurulması və kibertəhlükəsizliyin təmin edilməsi;
5.1.5. elmi tədqiqatların təşviqi və nəticələrinin kommersiyalaşdırılmasının sürətləndirilməsi;
5.1.6. ölkə üzrə rəqəmsal inkişafın vahid arxitektura əsasında həyata keçirilməsinin sürətləndirilməsi;
5.1.7. müasir texnologiyaların istehsalı və tətbiqi sahəsində dövlət dəstəyinin artırılması.
6. Fəaliyyət Planının prioritet istiqamətləri
6.1. Azərbaycan Respublikasının rəqəmsal inkişafına təsir edən çatışmazlıqların aradan qaldırılması məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə işlər həyata keçiriləcəkdir:
6.1.1. Rəqəmsallaşma sahəsinin inkişafı və təkmilləşdirilməsi:
6.1.1.1. əsaslandırma: dövlət informasiya ehtiyatlarının və sistemlərinin pərakəndə saxlanılması ciddi təhlükəsizlik riskləri yaradır, qurumlararası inteqrasiyanı çətinləşdirir və dövlət vəsaitinin səmərəsiz istifadəsinə səbəb olur. Məlumatların keyfiyyətinin və tamlığının təmin edilməsi proaktiv dövlət xidmətlərinə keçidin təməl şərtidir. EHİS-ə və "Hökumət buludu"na inteqrasiyası dövlət informasiya ehtiyatlarının və sistemlərinin pərakəndə saxlanılmasının qarşısını almaqla, qurumlararası inteqrasiyanı gücləndirəcək və dövlət vəsaitindən səmərəli istifadəni təmin edəcəkdir;
6.1.1.2. görüləcək tədbirlər:
6.1.1.2.1. dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların, eləcə də Əhalinin Dövlət Reyestri, məhkəmə işləri, ünvan reyestri, daşınmaz əmlakın dövlət reyestri, vətəndaşlıq vəziyyəti aktları, elm və təhsil, əhalinin sağlamlığının qorunması və səhiyyə, sosial güzəşt və imtiyazlar, nəqliyyat vasitələri və onların xüsusiyyətləri, kommersiya qurumları və digər sahibkarlıq subyektləri üzrə məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqi;
6.1.1.2.2. "Dövlət məlumat hövzəsi"nin yaradılması və dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyası;
6.1.1.2.3. dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid;
6.1.1.2.4. vətəndaşlardan və sahibkarlıq subyektlərindən tələb olunan sənədlər (məlumatlar) üzrə "yalnız bir dəfə" prinsipinin tam tətbiqi və təkrar sənəd (məlumat) tələbinin qadağan edilməsi;
6.1.1.2.5. dövlət xidmətlərinin Sİ əsaslı təşkili;
6.1.1.2.6. elektron xidmətlərin reqlamentlərinin hazırlanması və "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə daxil edilməsi;
6.1.1.2.7. dövlət xidmətlərinin iş axınlarının optimallaşdırılması;
6.1.1.2.8. qurumlararası inteqrasiya əsasında dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması və mümkün olduğu halda proaktiv qaydada təşkili;
6.1.1.2.9. rəqəmsal dövlət xidmətlərinin, o cümlədən sənədlərin "bir pəncərə" prinsipi əsasında yalnız "Mygov" və "Mygov Biznes" platformaları (onların portalı və mobil tətbiqləri) vasitəsilə təqdim edilməsi;
6.1.1.2.10. dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğvi və xidmətlərin "Mygov" və "Mygov Biznes" platformalarında birləşdirilməsi;
6.1.1.2.11. rəqəmsal dövlət xidmətləri barədə dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətin maarifləndirilməsi;
6.1.1.2.12. dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması;
6.1.1.2.13. dövlət orqanları (qurumları) tərəfindən rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələrinin hazırlanması (əsas fəaliyyət göstəriciləri qeyd edilməklə) və icrasının təmin edilməsi;
6.1.1.2.14. sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin (o cümlədən əlaqələndirilmiş və sistemli şəkildə) artırılması üçün əməli və metodiki dəstək göstərilməsi;
6.1.1.2.15. açıq məlumatların siyahısının müəyyən edilməsi və "Açıq məlumatlar portalı"na inteqrasiya edilməklə hüquqi və fiziki şəxslərin həmin məlumatlara çıxışının təmini, konfidensial olmayan bütün məlumatların maşın tərəfindən oxuna bilən formatda API-lər vasitəsilə biznes və startap ekosistemi üçün əlçatan edilməsi;
6.1.1.2.16. dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidinin tamamlanması, dövlət orqanlarının (qurumlarının) lokal server infrastrukturundan imtinası və bütün dövlət informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu" üzərindən təmin edilməsi;
6.1.1.2.17. Elektron Hökumət İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görülməsi, o cümlədən "Elektron iştirakçılıq" portalının istismara verilməsi;
6.1.1.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.1.3.1. informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizliyinin və dayanıqlılığının artırılması, İT xərclərinə qənaət edilməsi;
6.1.1.3.2. bütün elektron dövlət xidmətlərinin EHİS üzərindən göstərilməsi;
6.1.1.3.3. "Hökumət buludu"na tam miqrasiyanın sona çatdırılması;
6.1.1.3.4. məlumatların dürüstlüyünün, tamlığının, dəqiqliyinin təhlili və çatışmazlıqların minimuma endirilməsi;
6.1.1.3.5. dövlət orqanlarında (qurumlarında) sənəd dövriyyəsinin və əməliyyatların 80 faizinin rəqəmsal formata keçirilməsi;
6.1.1.3.6. rəqəmsallaşdırmanın vahid arxitektura əsasında həyata keçirilməsi;
6.1.1.3.7. elektron ticarətin genişləndirilməsi;
6.1.1.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.1.4.1. dövlət qurumlarında rəqəmsal transformasiyanı və süni intellektin tətbiqini idarə edəcək ixtisaslı mütəxəssis sayının yetərli olmaması bu sahədə tədbirlərin icrasının gecikməsinə səbəb ola və keyfiyyətinə maneə yarada bilər. Bu riskin neytrallaşdırılması məqsədilə rəqəmsal bacarıqlar üzrə davamlı təlim proqramlarının təşkili, kənar ekspert və məsləhətçilərin prosesə cəlb edilməsi planlaşdırılır;
6.1.1.4.2. rəqəmsallaşma sahəsinə investisiya cəlbinin ləngiməsi — bu riskin aradan qaldırılması üçün aidiyyəti qurumların iştirakı ilə işçi qrupun yaradılması, icra müddətlərinə ciddi nəzarət və çevik tənzimləmə yanaşmalarının tətbiqi nəzərdə tutulur;
6.1.2. innovasiya fəaliyyəti sahəsində inkişafın təmin edilməsi məqsədilə fəaliyyətin təkmilləşdirilməsi:
6.1.2.1. əsaslandırma: vençur kapitalı, kraudfandinq və "mələk investorlar" kimi alətləri dəstəkləyən normativ hüquqi akt bazasının formalaşdırılması, innovativ layihələrin maliyyəyə çıxışının dəstəklənməsi ölkənin investisiya cəlbediciliyini artıracaq, texnoloji sahədə kadr təminatının yaxşılaşması və qlobal bilik transferi təmin olunacaq, ölkəyə cəlb edilmiş yüksəkixtisaslı xarici İT mütəxəssislərinin və "rəqəmsal səyyah"ların sayında artım görünəcəkdir;
6.1.2.2. görüləcək tədbirlər:
6.1.2.2.1. innovasiya fəaliyyətinin təşviqi üçün vençur, kraudfandinq və "mələk investor" fəaliyyətinin tənzimlənməsi, habelə qiymətli kağızlar bazarı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;
6.1.2.2.2. innovasiya sahəsi üzrə ölkəyə cəlb edilən mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya tələblərinin sadələşdirilməsi;
6.1.2.2.3. "Rəqəmsal Səyyah Vizası" və "Rəqəmsal İstedad Vizası" proqramlarının vahid platforma üzərindən tətbiqi, "Xüsusi Vergi Rejimi"nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılması;
6.1.2.2.4. texnoparkların əhatə dairəsinin genişləndirilməsi və rezidentlik prosedurlarının sadələşdirilməsi, o cümlədən mövcud məhdudiyyətin aradan qaldırılması;
6.1.2.2.5. maliyyə texnologiyalarının təchizatçıları tərəfindən innovativ məhsul və xidmətlərin effektiv təqdim edilməsi üçün mövcud normativ hüquqi bazanın sadələşdirilməsi;
6.1.2.2.6. İKT sahəsində müstəqil fəaliyyət göstərən mütəxəssislər üçün (frilanserlər) hüquqi çərçivənin və vergi güzəştlərinin formalaşdırılması;
6.1.2.2.7. innovasiya, Sİ və İKT-yə dair elmi tədqiqatların sayının artırılması və təşviqi, habelə onların nəticələrinin kommersiyalaşdırılmasının və ixracının yüksəldilməsi;
6.1.2.2.8. dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak payının artırılması;
6.1.2.2.9. ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin kommersiyalaşdırılması, innovasiya əsaslı biznes mühitinin inkişaf etdirilməsi və elmi nəticələrin əldə edilməsi;
6.1.2.2.10. rəqəmsal məhsul və xidmətlərin təqdiminin və ixracının artırılması məqsədilə qlobal İKT və yüksək texnologiya şirkətlərinin Azərbaycan Respublikasında fəaliyyətə başlamasının təşviqi;
6.1.2.2.11. xarici ölkələrin İKT layihələrinin və yüksək texnologiya startaplarının, eləcə də bu sahə üzrə çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması;
6.1.2.2.12. "Texnoloji diaspor"un əhatə dairəsinin genişləndirilməsi;
6.1.2.2.13. ali təhsil müəssisəsi — sənaye tərəfdaşlığı çərçivəsində alim və tədqiqatçılar üçün qrant əsaslı tədqiqat layihələrinin təşviqi;
6.1.2.2.14. strateji texnologiyalar üzrə (kibertəhlükəsizlik, süni intellekt, fintex, oyun, aqrotex və s.) klasterləşmə layihələrinin həyata keçirilməsi;
6.1.2.2.15. startap ekosisteminə investisiya qoyuluşunu həyata keçirəcək yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə "Fondlar Fondu"nun yaradılması;
6.1.2.2.16. maliyyə əməliyyatlarında xərclərin effektivliyinin və şəffaflığın artırılması məqsədilə Mərkəzi Bankın Rəqəmsal Valyutası platformasının tətbiqi və ekosistemə inteqrasiyası;
6.1.2.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. innovasiya ekosisteminə cəlb edilən özəl investisiyaların həcminin artması;
6.1.2.3.2. yeni vençur fondunun təsis edilməsi;
6.1.2.3.3. innovasiya sahəsi üzrə kadrların və peşəkar mütəxəssislərin sayının artırılması;
6.1.2.3.4. innovasiya sahəsində normativ hüquqi bazanın gücləndirilməsi;
6.1.2.3.5. innovasiya, Sİ və İKT-yə dair elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və ixracının yüksəldilməsi;
6.1.2.3.6. xaricdə yaşayan İKT və yüksək texnologiya sahəsində fəaliyyət göstərən startapların və azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb edilməsi;
6.1.2.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.2.4.1. ilkin dövrlərdə təlimlərin təşkili, innovativ layihələrin həyata keçirilməsi üçün peşəkar kadr çatışmazlığı müşahidə oluna bilər. Bu riski neytrallaşdırmaq üçün peşəkar mütəxəssislərə bir sıra stimullaşdırıcı və həvəsləndirici tədbirlərin və güzəştlərin tətbiq olunması nəzərdə tutulur;
6.1.2.4.2. innovasiya fəaliyyətinin artırılması üçün investisiyaların cəlbi ləngiyə bilər.
Bu riski neytrallaşdırmaq üçün aidiyyəti qurumların iştirakı ilə işçi qrupların yaradılması, birgə müzakirələr aparılması və qarşılıqlı fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur;
6.1.3. Sİ texnologiyaları sahəsində fəaliyyətin təkmilləşdirilməsi
6.1.3.1. əsaslandırma: Sİ texnologiyanın və sənayenin hər bir sahəsində tətbiqi bir sıra tədbirlər görülməsini zəruri edir. Azərbaycan Respublikasında mövcud yüksək performanslı hesablama infrastrukturunun kifayət qədər olmaması Sİ həllərinin inkişafını, xüsusilə, Azərbaycan dilində Sİ modellərinin hazırlanmasını və tətbiqini məhdudlaşdırır. Sİ sahəsində tədbirlər görülməsi Azərbaycan Respublikasının bu sahədə müstəqil inkişafı üçün vacibdir;
6.1.3.2. görüləcək tədbirlər:
6.1.3.2.1. Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması (vergi, gömrük, sosial sığorta və s.);
6.1.3.2.2. yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması üçün tədbirlərin görülməsi, həmçinin xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi, Milli GPU əsaslı Superkompüter Mərkəzinin yaradılması və innovativ startaplar, elmi müəssisə və təşkilatlar üçün bu resurslara kvotalar əsasında çıxışın təmin edilməsi;
6.1.3.2.3. dövlət orqanlarında (qurumlarında) Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi, hər bir dövlət orqanı (qurumu) üçün illik fəaliyyət planında "süni intellekt indeksi"nin müəyyən edilməsi və avtomatlaşdırılmış proseslərin ümumi iş yükündə payının artırılması üzrə hədəflərin müəyyən edilməsi;
6.1.3.2.4. Sİ, kibertəhlükəsizlik və innovasiya sahələri üzrə yüksəkixtisaslı miqrantların dövlət qurumlarında işə cəlb edilməsi;
6.1.3.2.5. Təbii Dil Emalı texnologiyalarının tətbiqi və Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması, dövlət xidmətlərində Sİ əsaslı interaktiv virtual köməkçilərin tətbiqi ilə xidmətlərin 24/7 rejimində əlçatanlığının təmin edilməsi;
6.1.3.2.6. Sİ sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsinin gücləndirilməsi;
6.1.3.2.7. Sİ və innovativ rəqəmsal həllər üçün "Tənzimləyici Test Mühiti"nin yaradılması və tətbiqi;
6.1.3.2.8. nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması və mərhələli tətbiqinin təmin edilməsi;
6.1.3.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. Sİ əsaslı yerli həllərin hazırlanması və tətbiqinin sürətlənməsi;
6.1.3.3.2. Sİ infrastrukturundan istifadə edən layihələrin sayında əhəmiyyətli artım;
6.1.3.3.3. Sİ texnologiyalarının istifadəsinə dövlət dəstəyinə dair təkliflərin təsdiq üçün təqdim edilməsi;
6.1.3.3.4. yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və istifadəyə verilməsi;
6.1.3.3.5. "süni intellekt indeksi" ilə müəyyən edilmiş göstəricilərin dövlət orqanlarının (qurumlarının) iş prosesinə tətbiq edilməsi;
6.1.3.3.6. Sİ üzrə yüksəkixtisaslı miqrantların ölkəyə cəlb edilməsi;
6.1.3.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.3.4.1. yüksək maliyyə xərcləri və texnologiyaların sürətlə köhnəlməsi sahənin tam inkişafına mane olur. Bu riskin neytrallaşdırılması məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dövlət dəstəyi mexanizminin tətbiqi nəzərdə tutulur;
6.1.4. kibertəhlükəsizlik sahəsində fəaliyyətin təkmilləşdirilməsi 6.1.4.1. əsaslandırma: rəqəmsallaşmanın dərinləşməsi ilə paralel olaraq qlobal miqyasda kiberhücumların sayı, miqyası və mürəkkəbliyi də artır. Ölkənin rəqəmsal
asılılığı və kritik informasiya infrastrukturunun mühafizəsinin gücləndirilməsi vahid mərkəzin yaradılmasını və milli rəqəmsal dayanıqlılığın yüksəldilməsini tələb edir. Həmçinin, mövcud normativ hüquqi baza müasir kibertəhdidlərə qarşı adekvat reaksiya göstərilməsi bu sahə üzrə tənzimləmənin təmin edilməsi baxımından müasir tələblərə tam cavab vermir. Ölkədə mövcud kibertəhlükə landşaftı və fövqəladə hallar zamanı reaksiya prosesləri dəqiq müəyyən edilməmişdir. İnformasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, dayanıqlı ekosistemin təmin edilməsi məqsədilə zəruri olan ixtisaslı kadrların çatışmazlığı mövcuddur;
6.1.4.2. görüləcək tədbirlər:
6.1.4.2.1. Azərbaycan Respublikası üzrə kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün mərkəzin yaradılması;
6.1.4.2.2. Azərbaycan Respublikası üzrə kibertəhlükəsizlik risklərinin effektiv idarə edilməsi mexanizminin qurulması;
6.1.4.2.3. Azərbaycan Respublikası üzrə insidentlərin effektiv və koordinasiyalı cavablandırılması üçün vahid kibertəhlükəsizlik platformasının yaradılması;
6.1.4.2.4. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qadağan olunmuş məzmunun Sİ vasitəsilə avtomatik aşkar edilməsi sistemlərinin tətbiqi;
6.1.4.2.5. rəqəmsal mühitdə kibertəhlükəsizliyin gücləndirilməsi və sahə üzrə dövlət siyasətinin hüquqi əsaslarının təkmilləşdirilməsi;
6.1.4.2.6. dövlət orqanlarında (qurumlarında) kibertəhlükəsizlik üzrə kadrların və rəhbər şəxslərin bilik və bacarıqlarının artırılması;
6.1.4.2.7. bütün dövlət xidmətlərinin EHİS-ə inteqrasiyası və dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidi ilə informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi;
6.1.4.2.8. kibertəhlükəsizlik sahəsində əhalinin maarifləndirilməsi;
6.1.4.2.9. ali, peşə və ümumi təhsil pillələrində İKT, Sİ və informasiya təhlükəsizliyi sahələri ilə əlaqəli ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması, habelə sənaye ehtiyaclarına cavab verən beynəlxalq sertifikasiya proqramlarının tədris prosesinə inteqrasiyası;
6.1.4.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.4.3.1. Azərbaycan Respublikası üzrə kibertəhdidlərə qarşı koordinasiyalı birgə tədbirlərin həyata keçirilməsi, effektivliyin yüksəldilməsi;
6.1.4.3.2. Azərbaycan Respublikasını hədəfə alan və ya mövcud təhdidlərə qarşı mübarizədə hazırlıq səviyyəsinin yüksəldilməsi;
6.1.4.3.3. kibertəhlükəsizlik sahəsi üzrə normativ hüquqi bazanın müasir çağırışların tələblərinə uyğunlaşdırılması;
6.1.4.3.4. Azərbaycan Respublikasında kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, dövlət orqanlarında (qurumlarında) sahə üzrə bilik və bacarıqların artırılması;
6.1.4.3.5. dövlət informasiya ehtiyatlarının və sistemlərinin kiberdayanıqlılığının artırılması;
6.1.4.3.6. Azərbaycan Respublikası üzrə kibersavadlılıq səviyyəsinin artırılması;
6.1.4.3.7. Qlobal Kibertəhlükəsizlik İndeksində ölkənin mövqeyinin gücləndirilməsi;
6.1.4.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.4.4.1. ilk dövrlərdə təhlükəsizliyin təmin edilməsi, təlimlərin təşkili üçün peşəkar kadr çatışmazlığı müşahidə oluna bilər. Bu riskin neytrallaşdırılması məqsədilə xarici təlimçilər cəlb edilə bilər;
6.1.5. idarəetmə və monitorinq 6.1.5.1. əsaslandırma: rəqəmsallaşma, Sİ və kibertəhlükəsizlik sahələri dövlət idarəçiliyində səmərəliliyin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və milli rəqəmsal dayanıqlılığın təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bu sahələrdə uğurlu transformasiya yalnız texnoloji həllərin tətbiqi ilə deyil, eyni zamanda aydın institusional məsuliyyət, mərkəzləşdirilmiş koordinasiya və nəticəyönümlü idarəetmə mexanizmlərinin formalaşdırılması ilə mümkündür. Mövcud vəziyyətin təhlili göstərir ki, dövlət orqanları (qurumları) üzrə rəqəmsallaşma, Sİ və kibertəhlükəsizlik təşəbbüsləri üzrə resurslardan istifadədə təkrarlanma halları müşahidə edilir, habelə icra nəticələrinin ölçülməsi və hesabatlılıq mexanizmləri kifayət qədər inkişaf etməmişdir;
6.1.5.2. görüləcək tədbirlər:
6.1.5.2.1. hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşmaya, innovasiya, Sİ və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin (bundan sonra — məsul şəxs) təsbit edilməsi və onun fəaliyyətinin birbaşa rəqəmsal, Sİ və kibertəhlükəsizliklə bağlı hədəflərlə əlaqələndirilməsi;
6.1.5.2.2. dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizminin qurulması;
6.1.5.2.3. dövlət orqanlarında (qurumlarında) layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin edən Layihə İdarəetmə Ofisinin fəaliyyətinin təşkili;
6.1.5.2.4. bütün dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf tədbirlərinin icrasının izlənilməsi üçün rəqəmsal platformanın yaradılması;
6.1.5.2.5. rəqəmsal xidmətlər üzrə istifadəçi məmnunluğunun ölçülməsi, xidmətin keyfiyyətinin və həyata keçirilməsinin birbaşa istifadəçilər (vətəndaş və biznes) tərəfindən qiymətləndirilməsi və xidmət keyfiyyətinin artırılması;
6.1.5.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.5.3.1. Fəaliyyət Planında qeyd edilən tədbirlərin gecikmə riskinin minimuma endirilməsi, bununla da vaxtında və tam icrasına nail olunması;
6.1.5.3.2. dövlət investisiyalarının effektivliyinin artırılması və rəqəmsal layihələrin vahid arxitekturaya tam uyğunluğunun təmini;
6.1.5.3.3. istifadəçi rəyləri əsasında dövlət xidmətlərinin interaktiv (dinamik) optimallaşdırılması;
6.1.5.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.5.4.1. məsul şəxslərin (rəhbərin müavini səviyyəsində) yalnız formal təyin edilməsi, real səlahiyyət və təsir imkanlarının məhdud olması. Bu riskin neytrallaşdırılması məqsədilə məsul şəxslərin fəaliyyətinin qyimətləndirilməsində müvafiq nəticə indikatorları əsas meyar kimi tətbiq edilə bilər;
6.1.5.4.2. mərkəzləşdirilmiş razılaşdırma mexanizmlərinə qarşı qurumların institusional müqaviməti və qərarların ləngiməsi. Bu riskin neytrallaşdırılması məqsədilə qurumlararası işçi qrup yaradıla bilər;
7. Fəaliyyət Planının maliyyələşdirilməsi Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planında qeyd olunan müvafiq tədbirlərin maliyyələşdirilməsi büdcə təşkilatları üçün onların saxlanılması məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulan vəsait, dövlət
orqanlarının (qurumlarının) büdcədənkənar vəsaiti, eləcə də dövlət büdcəsindən ayrılmış məqsədli vəsait, qanunda nəzərdə tutulan digər mənbələr hesabına, habelə özəl sektorun vəsaiti və dövlət—özəl tərəfdaşlığı layihələri vasitəsilə təmin olunur. Təsərrüfathesablı qurumların, özəl qurumların Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərdə iştirakı həmin qurumların vəsaiti hesabına və qanunla nəzərdə tutulan digər mənbələrdən maliyyələşdirilir.
8. Fəaliyyət Planının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI Sıra №-si Tədbirin adı Əsas icraçı orqanlar (qurumlar) fəaliyyət istiqamətlərinə uyğun olaraq Digər icraçılar İcra müddəti Nəticə indikatorları ilkin nəticələr aralıq nəticələr yekun nəticələr
8.1. Rəqəmsallaşma sahəsinin inkişafı və təkmilləşdirilməsi 8.1.1. Dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların keyfiyyətinin artırılması və mərkəzləşdirilmiş data idarəçiliyinin tətbiqi RİNN İN, ƏN, ƏƏSMN, ETN, KTN, SN, DİN, DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları) 2026 —
Dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılan məlumatların dairəsinin və uyğunsuzluqların müəyyən edilməsi, azı 50 əsas dövlət informasiya ehtiyatı və sistemi üzrə inventarizasiya aparılması, məlumatların təsnifatlaşdırma (metadata) reyestrinin formalaşdırılması Əsas dövlət informasiya ehtiyatlarında və sistemlərində uyğunsuzluqların (dublikatlar, boş sahələr, ziddiyyətli məlumatlar) 60 faizdən çox azaldılması, məlumat dairəsinin 90 faizinin təsnifatlandırma (metadata) reyestrinə daxil edilməsi, məlumatların dövlət orqanları (qurumları) tərəfindən EHİS üzərindən istifadəçilərə təqdim edilməsi Dövlət informasiya ehtiyatlarında və sistemlərində məlumat uyğunsuzluqlarının 90 faizinin aradan qaldırılması, məlumat səhvləri ilə bağlı müraciətlərin sayının 40 faiz azaldılması 8.1.1.1. Əhalinin Dövlət Reyestri üzrə məlumatlar ƏN RİNN 2026, avqust 8.1.1.2. Məhkəmə işləri üzrə məlumatlar MHŞ RİNN 2026, dekabr 8.1.1.3. Ünvan reyestri üzrə məlumatlar İN RİNN 2026, dekabr 8.1.1.4. Daşınmaz əmlakın dövlət reyestri üzrə məlumatlar İN RİNN 2026, dekabr 8.1.1.5. Vətəndaşlıq vəziyyəti aktları üzrə məlumatlar ƏN RİNN 2026, oktyabr 8.1.1.6. Elm və təhsil üzrə məlumatlar ETN, DİM, AMEA (tövsiyə olunur) , DSK, AAK RİNN 2026, dekabr 8.1.1.7. Əhalinin sağlamlığının qorunması və səhiyyə üzrə məlumatlar SN RİNN 2027, sentyabr
8.1.1.8. Sosial güzəşt və imtiyazlar üzrə məlumatlar ƏƏSMN RİNN 2026, dekabr 8.1.1.9. Nəqliyyat vasitələri üzrə məlumatlar DİN, aidiyyəti dövlət orqanları (qurumları) RİNN 2027, aprel 8.1.1.10. Kommersiya qurumlarının dövlət reyestri məlumatları İN RİNN 2027, aprel 8.1.1.11. Sahibkarlıq subyektlərinə dair məlumatlar İN, DGK, ƏƏSMN, DMX, aidiyyəti dövlət qurumları (orqanları) RİNN 2027, aprel 8.1.2. "Dövlət məlumat hövzəsi"nin yaradılması və dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyası RİNN DSK, aidiyyəti dövlət orqanları (qurumları) 2028, iyul "Dövlət məlumat hövzəsi"nin yaradılması ilə bağlı beynəlxalq təcrübənin araşdırılması "Dövlət məlumat hövzəsi"nin konseptual arxitekturasının təsdiqi, həmin hövzəyə ötürüləcək məlumatların dairəsinin müəyyənləşdirilməsi Müəyyən edilmiş məlumatların 85 faizindən çoxunun "Dövlət məlumat hövzəsi"nə inteqrasiyası 8.1.3. Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2028, iyul Dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin (maliyyə, insan resursları, satınalma) təhlili, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqi MRP və rəqəmsal iş axını sistemləri tətbiq olunan qurumların payının 40 faizi üstələməsi Dövlət orqanlarında (qurumlarında) sənəd dövriyyəsinin və əməliyyatların 80 faizinin rəqəmsal formata keçirilməsi
8.1.4. Vətəndaşlardan və sahibkarlıq subyektlərindən tələb olunan sənədlər (məlumatlar) üzrə "yalnız bir dəfə" prinsipinin tətbiqi və təkrar sənəd (məlumat) tələbinin qadağan edilməsi RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2028, fevral Vətəndaşlardan və sahibkarlıq subyektlərindən tələb olunan məlumatların dairəsinin müəyyən edilməsi, dövlət xidmətləri üzrə tələb olunan sənədlərin rəqəmsal reyestrinin yaradılması İlkin mənbə informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə tam inteqrasiyası və mövcud məlumatların kağız formatında tələb olunmasını qadağan edən normativ hüquqi bazanın formalaşdırılması Bütün rəqəmsal dövlət xidmətlərində "yalnız bir dəfə" prinsipinin tətbiq edilməsi, qurumlararası məlumat mübadiləsinin 100 faiz API üzərindən avtomatlaşdırılması, vətəndaş və biznes üçün sənəd toplama yükünün faktiki olaraq sıfra endirilməsi 8.1.5. Dövlət xidmətlərinin Sİ əsaslı təşkili aidiyyəti dövlət orqanları (qurumları) RİNN 2028, dekabr Sİ-nin tətbiq ediləcəyi azı 10 sosial və biznes "həyat hadisəsi" üzrə dövlət xidmətinin müəyyən edilməsi Sİ əsaslı dövlət xidmətlərinin göstərilməsi üçün optimallaşdırılmış proseslər üzrə tədbirlər planının hazırlanması və azı 5 dövlət xidmətinin pilot rejimdə göstərilməsi Xidmətlərin Sİ əsaslı göstərilməsi və vətəndaş məmnuniyyəti indeksinin rüblük əsasda ölçülməsi 8.1.6. Elektron xidmətlərin reqlamentlərinin hazırlanması və "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid aidiyyəti dövlət orqanları (qurumları) RİNN, VXSİDA 2026, dekabr Dövlət xidmətlərinin Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilməsi Dövlət Xidmətlərinin Elektron Reyestri ilə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri" Elektron dövlət xidmətlərinin 100 faizinin vahid reyestrdə reqlamentləşdirilməsi
reyestri"nə daxil edilməsi arasında inteqrasiyanın təmin edilməsi 8.1.7. Dövlət xidmətlərinin iş axınlarının optimallaşdırılması aidiyyəti dövlət orqanları (qurumları) RİNN, VXSİDA 2027, dekabr Dövlət xidmətlərinin 90 faizi üzrə mövcud iş axınlarının xəritələnməsi Optimallaşdırılmış iş axınlarının hazırlanması və proaktiv xidmətlər göstərilməsi, həmçinin rəqəmsallaşdırılması mümkün olan dövlət xidmətlərinin azı 70 faizinin müəyyənləşdirilməsi Optimallaşdırılmış iş axınları əsasında xidmətlərin azı 40 faizinin proaktiv və ya tam rəqəmsal formada təşkili 8.1.8. Qurumlararası inteqrasiya əsasında dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması və mümkün olduğu halda proaktiv qaydada təşkili RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2028, dekabr Qurumlararası inteqrasiya tələb edən xidmətlərin dairəsinin müəyyən edilməsi İnteqrasiya üzrə texniki həllərin tətbiqi Elektron dövlət xidmətlərinin 100 faizinin qurumlararası API inteqrasiyası ilə tam rəqəmsallaşdırılması 8.1.9. Rəqəmsal dövlət xidmətlərinin, o cümlədən sənədlərin "bir pəncərə" prinsipi əsasında yalnız "Mygov" və "Mygov Biznes" platformaları (onların portalı və mobil tətbiqləri) vasitəsilə təqdim edilməsi RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2028, dekabr "Mygov" və "mygov Biznes" platformaları (onların portalı və mobil tətbiqləri) vasitəsilə göstərilməyən dövlət xidmətlərinin və sənədlərin müəyyən edilməsi "Mygov" və "Mygov Biznes" platformaları (onların portalı və mobil tətbiqləri) vasitəsilə rəqəmsal dövlət xidmətlərinin göstərilməsi və sənədlərin təqdim olunması imkanlarının təhlil edilməsi və tam inteqrasiyası "Mygov" və "Mygov Biznes" platformaları (onların portalı və mobil tətbiqləri) vasitəsilə bütün rəqəmsal dövlət xidmətlərinin və sənədlərin "bir pəncərə" prinsipi əsasında 8.1.9.1. təqdim olunması Şəxsiyyəti təsdiq edən sənədlərə (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi və s.) dair xidmətlər DİN, ƏN, DMX RİNN 2026, dekabr 8.1.9.2. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair xidmətlər ƏN RİNN 2026, oktyabr
8.1.9.3. Notariat hərəkətlərinə dair xidmətlər ƏN RİNN 2026, sentyabr 8.1.9.4. Daşınmaz əmlakın reyestrinə və kadastrına dair xidmətlər İN RİNN 2027, aprel 8.1.9.5. Təhsil, miqrasiya, səhiyyə, əmək, sosial müdafiə, nəqliyyat, kommunal və aqrar sahələrə dair xidmətlər ETN, DİM, DMX, SN, ƏƏSMN, DİN, kommunal xidmət operatorları, KTN RİNN 2028, dekabr 8.1.9.6. Logistika, gömrük, satınalma, lisenziya və icazələrə və digər sahələrə dair xidmətlər DGK, İN, AQTA, AİBNDA, aidiyyəti dövlət orqanları (qurumları) RİNN 2028, dekabr 8.1.9.7. Vergi sahəsində xidmətlər İN RİNN 2027, aprel 8.1.10. Dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğvi və xidmətlərin "Mygov" və "Mygov Biznes" platformalarında birləşdirilməsi RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2028, iyul Dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin dairəsinin müəyyən edilməsi, "Mygov" və "Mygov Biznes" platformalarında funksional təkmilləşdirmələr üçün texniki təhlil aparılması Ayrı-ayrı portal və mobil tətbiqlər üzrə dövlət xidmətlərinin "Mygov" və "Mygov Biznes" platformalarına köçürülməsi Dövlət xidmətləri üzrə yaradılmış portal və mobil tətbiqlərin ləğv edilməsi və tam olaraq "Mygov" və "Mygov Biznes" üzərindən "bir pəncərə" prinsipi ilə təqdim olunması 8.1.11. Rəqəmsal dövlət xidmətləri barədə dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətin maarifləndirilməsi RİNN aidiyyəti dövlət orqanları (qurumları) mütəmadi Əhalinin rəqəmsal xidmətlər barədə məlumatlılıq səviyyəsi üzrə illik sorğu keçirilməsi (baza göstəricisinin müəyyən edilməsi) Dövlət orqanları (qurumları) tərəfindən əhalinin rəqəmsal xidmətlər barədə məlumatlılıq səviyyəsinin artırılması üçün Rəqəmsal dövlət xidmətlərindən istifadənin 85 faizə çatdırılması
tədbirlər görülməsi, dövlət qurumları tərəfindən vətəndaşların "Mygov" platforması üzərindən rəqəmsal dövlət xidmətlərindən istifadəyə yönləndirilməsi və bu istiqamətdə mütəmadi maarifləndirilməsi 8.1.12. Dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması RİNN aidiyyəti dövlət orqanları (qurumları) mütəmadi Dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin təlim ehtiyaclarının müəyyən edilməsi və ilkin göstəricilərin müəyyənləşdirilməsi Dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin təlim ehtiyaclarına uyğun olaraq inkişaf proqramlarının hazırlanması və icrasına başlanılması Dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin bilik və bacarıqlarının, səriştələrinin ilkin göstəriciyə münasibətdə 60 faiz artırılması 8.1.13. Dövlət orqanları (qurumları) tərəfindən rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələrinin hazırlanması (əsas fəaliyyət göstəriciləri qeyd edilməklə) və icrasının təmin edilməsi aidiyyəti dövlət orqanları (qurumları) RİNN mütəmadi Dövlət orqanları (qurumları) tərəfindən rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə illik yol xəritələrinin hazırlanması (əsas fəaliyyət göstəriciləri qeyd edilməklə) və RİNN-lə razılaşdırılması Yol xəritələrinin koordinasiyalı icrası, nəticələrinin rüblük əsasda RİNN-lə paylaşılması Rəqəmsallaşma səviyyəsinin diaqnostikası qiymətinin azı 50 bala (müəyyən edilmiş) çatdırılması 8.1.14. Sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin (o cümlədən əlaqələndirilmiş və sistemli şəkildə) artırılması üçün əməli və metodiki dəstək göstərilməsi RİNN İN, aidiyyəti dövlət orqanları (qurumları) mütəmadi Sahibkarlıq subyektlərinin rəqəmsallaşma səviyyəsinin müəyyən edilməsi Rəqəmsallaşma səviyyəsinin artırılması üçün tədbirlər planının hazırlanması və tələb edilən resursların müəyyənləşdirilməsi Rəqəmsallaşma səviyyəsinin artırılması üçün tədbirlər planının icrasına başlanılması və müvafiq dəstək göstərilməsi 8.1.15. Açıq məlumatların siyahısının müəyyən aidiyyəti dövlət RİNN mütəmadi Açıq məlumat dəstlərinin Azı 1000 açıq məlumat dəstinin Hüquqi və fiziki şəxslərin açıq məlumatlara "Açıq məlumatlar"
edilməsi və "Açıq məlumatlar" portalına inteqrasiya edilməklə hüquqi və fiziki şəxslərin həmin məlumatlara çıxışının təmini, konfidensial olmayan bütün məlumatların maşın tərəfindən oxuna bilən formatda API-lər vasitəsilə biznes və startap ekosistemi üçün əlçatan edilməsi orqanları (qurumları) siyahısının müəyyən edilməsi "Açıq məlumatlar" portalına inteqrasiyasının həyata keçirilməsi, açıq proqramlaşdırma interfeysləri vasitəsilə dövlət xidmət və məlumatlarının özəl sektor və startaplar üçün servislər vasitəsilə təqdim edilməsi portalı vasitəsilə çıxışının təmin edilməsi 8.1.16. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidinin tamamlanması, dövlət orqanlarının (qurumlarının) lokal server infrastrukturundan imtinası və bütün dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyətinin "Hökumət buludu" üzərindən təmin edilməsi RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2027, dekabr "Hökumət buludu"na keçid etməyən informasiya sistemlərinin və ehtiyatlarının müəyyən edilməsi "Hökumət buludu"na keçid etməyən informasiya sistemləri və ehtiyatları üçün mərhələli keçid planının müəyyən edilməsi "Hökumət buludu"na keçidin yekunlaşdırılması, dövlət İT infrastrukturunun 100 faiz "Hökumət buludu" üzərindən idarə edilməsi, əməliyyat xərclərinə qənaət və kiberdayanıqlılığın təmin edilməsi 8.1.17. Dövlət xidmətlərində fiziki təmasın minimuma endirilməsi ilə bağlı tədbirlərin görülməsi VXSİDA, İN, ƏƏSMN, aidiyyəti dövlət orqanları (qurumları) RİNN 2027, dekabr Xidmət mərkəzlərində göstərilən və tam rəqəmsallaşmış dövlət xidmətlərinin dairəsinin müəyyən edilməsi Tam rəqəmsallaşmış dövlət xidmətləri üzrə fiziki təmasın minimuma endirilməsi Tam rəqəmsallaşmış dövlət xidmətləri üzrə fiziki təmasın minimuma endirilməsi ilə bağlı əhalinin məlumatlandırılması 8.1.18. Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görülməsi, o cümlədən "Elektron iştirakçılıq" portalının istismara verilməsi RİNN ƏN, DTX, XRİTDX, DİN, aidiyyəti dövlət orqanları (qurumları) 2026, dekabr Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması üzrə tədbirlər planının hazırlanması və "Elektron iştirakçılıq" portalının pilot rejimdə Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması üzrə tədbirlər planının icrasına başlanılması və "Elektron iştirakçılıq" portalının tam istismara verilməsi
fəaliyyətə başlaması
8.2. İnnovasiya fəaliyyəti sahəsində inkişafın təmin edilməsi məqsədilə fəaliyyətin təkmilləşdirilməsi 8.2.1. İnnovasiya fəaliyyətinin təşviqi üçün vençur, kraudfandinq və "mələk investor" fəaliyyətinin tənzimlənməsi, habelə qiymətli kağızlar bazarı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi RİNN İN, MB (tövsiyə olunur) 2026, dekabr Beynəlxalq təcrübənin təhlili və ölkə üçün tətbiqi imkanlarının araşdırılması Normativ hüquqi aktların layihələrinin hazırlanması və razılaşdırılması Normativ hüquqi aktların layihələrinin təsdiq üçün təqdim edilməsi 8.2.2. İnnovasiya sahəsi üzrə ölkəyə cəlb edilən mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya tələblərinin sadələşdirilməsi DMX RİNN, ƏƏSMN, İN 8.2.3. "Rəqəmsal Səyyah Vizası" və "Rəqəmsal İstedad Vizası" proqramlarının vahid platforma üzərindən tətbiqi, "Xüsusi Vergi Rejimi"nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxma RİNN, DMX İN, MN, MB (tövsiyə olunur), ƏƏSMN, DGK 8.2.4. Texnoparkların əhatə dairəsinin genişləndirilməsi və rezidentlik prosedurlarının sadələşdirilməsi, o cümlədən mövcud məhdudiyyətin aradan qaldırılması RİNN İN
8.2.5. Maliyyə texnologiyalarının təchizatçıları tərəfindən innovativ məhsul və xidmətlərin effektiv təqdim edilməsi üçün mövcud normativ hüquqi bazanın sadələşdirilməsi RİNN MB (tövsiyə olunur) 8.2.6. Dövlət müəssisələri tərəfindən aparılan satınalmalarda startapların iştirakı ilə bağlı güzəşt mexanizmlərinin hazırlanması RİNN AİBNDA, İN 8.2.7. İKT sahəsində müstəqil fəaliyyət göstərən mütəxəssislər (frilanserlər) üçün hüquqi çərçivənin və vergi güzəştlərinin formalaşdırılması RİNN ƏƏSMN, İN 8.2.8. İnnovasiya, Sİ və İKT-yə dair elmi tədqiqatların sayının artırılması və təşviqi, habelə onların nəticələrinin kommersiyalaşdırılmasının və ixracının yüksəldilməsi RİNN ETN, İN, VXSİDA, AMEA (tövsiyə olunur) 2027, dekabr Müvafiq sahədə elmi tədqiqat və kommersiyalaşdırma üzrə baza təhlillərin aparılması və hesabat hazırlanması Tədqiqat nəticələrinin kommersiyalaşdırılması üzrə tədbirlər planının hazırlanması İnnovasiya, Sİ və İKT-yə dair elmi tədqiqatların artırılması və təşviqi, habelə onların nəticələrinin kommersiyalaşdırılmasının və ixracının yüksəldilməsi üzrə tədbirlər planının icrasına başlanılması 8.2.9. Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak payının artırılması RİNN İN, aidiyyəti dövlət orqanları (qurumları), MB (tövsiyə olunur) 2027, dekabr Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak vəziyyətinin qiymətləndirilməsi Dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirak payının artırılması məqsədilə tədbirlər planının hazırlanması İnnovasiya fəaliyyətində iştirak edən dövlət müəssisələrinin və özəl subyektlərin sayının 40-a çatdırılması
8.2.10. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin kommersiyalaşdırılması, innovasiya əsaslı biznes mühitinin inkişaf etdirilməsi və elmi nəticələrin əldə olunması ETN RİNN, İN 2028, iyun Ali təhsil müəssisələrinin innovasiya və elmi tədqiqat sahəsində imkanlarının araşdırılması Texnologiya transfer mexanizmləri tətbiq olunan ali təhsil müəssisələrinin sayının 10-a çatdırılması Ali təhsil müəssisələrində aparılan 5 elmi tədqiqatın kommersiyalaşdırılması 8.2.11. Rəqəmsal məhsul və xidmətlərin təqdiminin və ixracının artırılması məqsədilə qlobal İKT və yüksək texnologiya şirkətlərinin Azərbaycan Respublikasında fəaliyyətə başlamasının təşviqi RİNN İN, DMX, VXSİDA, ƏƏSMN mütəmadi Rəqəmsal ixrac və qlobal texnologiya şirkətləri üzrə bazar təhlilinin aparılması Aparılmış təhlilin nəticələrinə uyğun olaraq tədbirlər planının hazırlanması Rəqəmsal məhsul və xidmətlərin təqdiminin və ixracının davamlı artırılması, bu məqsədlə qlobal İKT və yüksək texnologiya şirkətlərinin Azərbaycan Respublikasında fəaliyyətə başlamasının təşviqi üçün tədbirlər planının icrasına başlanılması 8.2.12. Xarici ölkələrin İKT layihələrinin və yüksək texnologiya startaplarının, eləcə də bu sahədə çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması RİNN İN, ETN, DMX, ƏƏSMN mütəmadi Xarici ölkələrin İKT layihələrinin (o cümlədən startapların), eləcə də bu sahədə çalışan azərbaycanlı mütəxəssislər üzrə məlumat bazasının yaradılması Xaricdə İKT və yüksək texnologiya sahəsində fəaliyyət göstərən startapların və xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin ölkəyə cəlb edilməsi mexanizmlərinin təkmilləşdirilməsi Cəlbetmə mexanizmləri çərçivəsində ölkəyə 50-yə yaxın startap və mütəxəssisin cəlb edilməsi 8.2.13. Ali təhsil müəssisəsi — sənaye tərəfdaşlığı çərçivəsində alim və tədqiqatçılar üçün qrant əsaslı tədqiqat layihələrinin təşviqi ETN, RİNN İN, AEF, AMEA (tövsiyə olunur) mütəmadi Ali təhsil müəssisəsi — sənaye tərəfdaşlığı üzrə prioritet mövzuların müəyyən edilməsi Alim və tədqiqatçılar üçün qrant əsaslı müsabiqələrin təşkili Ali təhsil müəssisəsi —sənaye tərəfdaşlığı üzrə azı 10 qrant müsabiqəsinin keçirilməsi 8.2.14. Strateji texnologiyalar (kibertəhlükəsizlik, Sİ, fintex, oyun, aqrotex və s.) üzrə klasterləşmə RİNN İN, MB (tövsiyə olunur), KTN 2027, sentyabr Strateji texnologiyalar (kibertəhlükəsizlik, Sİ, fintex, oyun, Klasterləşmə layihələrinin həyata keçirilməsi tələb Strateji texnologiyalar (kibertəhlükəsizlik, Sİ, fintex, oyun, aqrotex və s.) üzrə azı 1
layihələrinin həyata keçirilməsi aqrotex və s.) üzrə klasterləşmə layihələrinin həyata keçirilməsi ilə bağlı təhlillər aparılması olunan resursların təmin edilməsi klasterləşmə layihəsinin həyata keçirilməsi 8.2.15. Startap ekosisteminə investisiya qoyuluşunu həyata keçirəcək yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə "Fondlar Fondu"nun yaradılması RİNN İN, MN, MB (tövsiyə olunur), ARDNF 2027, iyun Yerli və beynəlxalq vençur fondları üzrə bazar və uyğunluq təhlili aparılması Təhlillər nəticəsində ən uyğun yerli və beynəlxalq vençur kapitalı fondlarının seçilməsi və əməkdaşlığın qurulması Yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə "Fondlar Fondu"nun yaradılması 8.2.16. Maliyyə əməliyyatlarında xərclərin effektivliyinin və şəffaflığın artırılması məqsədilə Mərkəzi Bankın Rəqəmsal Valyutası platformasının tətbiqi və ekosistemə inteqrasiyası MB (tövsiyə olunur) MN, İN 2028, dekabr Platformanın konseptual modelinin, siyasət məqsədlərinin, funksional və texniki tələblərinin hazırlanması Müvafiq texnoloji həllərin seçilməsi, platformanın arxitekturasının hazırlanması və uyğun modelinin müəyyən edilməsi Platformanın sadə və işlək versiyasının (MVP) hazırlanması, texnoloji infrastrukturun qurulması, sınaqdan keçirilməsi və tətbiqi
8.3. Sİ texnologiyaları sahəsində fəaliyyətin təkmilləşdirilməsi 8.3.1. Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması (vergi, gömrük, sosial sığorta və s.) RİNN MN, İN, ƏƏSMN, DGK 2026, dekabr Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin, süni intellekt, innovasiya və yüksək texnologiya sahələri üzrə vergi, gömrük və sosial sığorta güzəştlərini nəzərdə tutan normativ hüquqi aktların layihələrinin hazırlanması və "İnvestisiya Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin razılaşdırılması, süni intellekt şirkətlərinin güzəştlərdən faydalanması üçün Elektron Müraciət Sisteminin (bir pəncərə) istifadəyə verilməsi Sİ sahəsinə cəlb edilmiş xarici və daxili investisiyaların həcminin və yeni yaradılan yüksək texnologiyalı iş yerlərinin sayının davamlı artması
Təşviqi Sənədi" alətinin süni intellekt fəaliyyətinə şamil edilməsi 8.3.2. Yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması üçün tədbirlər görülməsi, həmçinin xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi, Milli GPU əsaslı Superkompüter Mərkəzinin yaradılması və innovativ startaplar, elmi müəssisə və təşkilatlar üçün bu resurslara kvotalar əsasında çıxışın təmin edilməsi RİNN İN, MN, DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları) 2026, dekabr Yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və istifadəyə verilməsi üçün tədbirlərin müəyyən edilməsi Yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və istifadəyə verilməsi üçün müəyyən edilmiş tədbirlər üçün zəruri maliyyə vəsaitinin müəyyən edilməsi Yüksəksəviyyəli hesablama infrastrukturunun istifadəyə verilməsi 8.3.3. Dövlət orqanlarında (qurumlarında) Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi, hər bir dövlət orqanı (qurumu) üçün illik fəaliyyət planında "süni intellekt indeksi"nin müəyyən edilməsi və avtomatlaşdırılmış proseslərin ümumi iş yükündə payının artırılması üzrə hədəflərin müəyyən olunması RİNN DTX, XRİTDX, İN 2027, iyun Dövlət "Süni İntellektə Hazırlıq İndeksi" metodologiyasının hazırlanması və avtomatlaşdırıla bilən daxili biznes proseslərinin (maliyyə, kadr, vətəndaş müraciətləri və s.) xəritələndirilməsi Dövlət orqanlarında (qurumlarında) Sİ texnologiyalarının istifadəsinə dair əsas fəaliyyət göstəricilərinin müəyyən edilməsi və dövlət orqanlarına (qurumlarına) təqdim olunması, dövlət orqanlarında (qurumlarında) rəqəmsal effektivlik və Sİ-nin tətbiqi üzrə illik hesabatlılıq sisteminin qurulması, avtomatlaşdırılmış proseslərin ümumi iş yükündəki payının hədəf göstəricilərə çatdırılmasının təmin edilməsi
8.3.4. Sİ, kibertəhlükəsizlik və innovasiya sahələri üzrə yüksəkixtisaslı miqrantların dövlət qurumlarında işə cəlb edilməsi RİNN DİM, ƏƏSMN, DMX, İN 2026, iyun Sİ, kibertəhlükəsizlik və innovasiya sahələri üzrə yüksəkixtisaslı kadr çatışmazlığının mövcud olduğu dövlət qurumlarının müəyyən edilməsi "Rəqəmsal İstedad" portalının istismara verilməsi, "Rəqəmsal İstedad Vizası" sahiblərinə rəsmi rezidentlik və iş icazəsi istisnalarının şamil edilməsi Azı 5 dövlət qurumunda yüksəkixtisaslı miqrantların işə cəlb edilməsi, yüksəkixtisaslı mütəxəssislərin strateji dövlət layihələrinə cəlb olunması və yerli kadrlar üçün "Mentorluq" və "Bilik transferi" proqramlarının icrası vasitəsilə daxili insan kapitalının gücləndirilməsi 8.3.5. Təbii Dil Emalı texnologiyalarının tətbiqi və Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması, dövlət xidmətlərində Sİ əsaslı interaktiv virtual köməkçilərin tətbiqi ilə xidmətlərin fasiləsiz rejimdə əlçatanlığının təmin edilməsi RİNN ETN, İN, DTX, XRİTDX, AMEA (tövsiyə olunur), aidiyyəti dövlət orqanları (qurumları) 2028, dekabr Azərbaycan dili üzrə Böyük Dil Modelinin yaradılması üçün texniki yol xəritəsinin hazırlanması Azı 5 dövlət orqanında (qurumunda) data əsaslı həllərin pilot olaraq tətbiq edilməsi Azərbaycan dili üzrə Böyük Dil Modelinin istifadəyə verilməsi; Sİ əsaslı virtual köməkçilər vasitəsilə fasiləsiz göstərilən dövlət xidmətlərinin payının 40 faizə çatdırılması 8.3.6. Sİ sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsinin gücləndirilməsinə dair təkliflər hazırlanması RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2026, dekabr Sİ tətbiqlərində fərdi məlumatların emalı üzrə risklərin tam əhatələnməsi, Sİ əsaslı sistemlər üçün "Data Protection Impact Assessment" (DPIA) metodologiyasının hazırlanması Fərdi məlumat risklərinə qarşı preventiv tədbirlər planının hazırlanması Sİ texnologiyalarının və sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərə qarşı preventiv tədbirlər planının icrasına başlanılması
8.3.7. Sİ və innovativ rəqəmsal həllər üçün "Tənzimləyici Test Mühiti"nin yaradılması və tətbiqi RİNN İN, MB (tövsiyə olunur), aidiyyəti dövlət orqanları (qurumları) 2026, dekabr Pilot sahələr (maliyyə texnologiyaları, səhiyyə, nəqliyyat) üçün müvəqqəti hüquqi istisnalar rejiminin müəyyən edilməsi Sİ test mühitində iştirak edəcək vahid seçim platformasının yaradılması, yüksəksəviyyəli Hesablama İnfrastrukturuna çıxışın təmini və ilk pilot Sİ layihələrinin sınaqlarına başlanılması Test mühitində uğurla sınaqdan keçmiş Sİ həllərinin ölkə miqyasında tətbiqi üçün hüquqi bazanın formalaşdırılması və uğurlu modellərin dövlət xidmətlərinə tam inteqrasiyası 8.3.8. Avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması və mərhələli tətbiqinin təmin edilməsi RİNN AZCON, DİN, İN, MN, aidiyyəti dövlət orqanları (qurumları) 2026 —
Avtonom nəqliyyat sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin təhlili və normativ hüquqi bazanın formalaşdırılması üzrə təkliflərin təqdim edilməsi "Tənzimləyici Test Mühiti" çərçivəsində bütün nəqliyyat növləri üzrə pilot zonaların müəyyən edilməsi və pilot layihələrin icrası Pilot layihələrin nəticələrinin təhlil edilməsi və təkliflərin verilməsi
8.4. Kibertəhlükəsizlik sahəsində fəaliyyətin təkmilləşdirilməsi 8.4.1. Ölkə səviyyəsində kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün mərkəzin yaradılması RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2026, dekabr Mərkəzin səlahiyyət və funksiyalarını müəyyən edən normativ hüquqi çərçivənin hazırlanması, maddi-texniki və kadr resurslarına dair texniki-iqtisadi əsaslandırmanın hazırlanması Elektron Təhlükəsizlik Xidmətinin nəzdində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (N-SOC), Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzinin (N-CERT) və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzin yaradılması Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə baş vermiş insidentlərin toplanılması və kateqoriyalar üzrə cavab reaksiyalarının verilməsi fəaliyyətinin koordinasiyası 8.4.2. Azərbaycan Respublikası üzrə kibertəhlükəsizlik risklərinin effektiv idarə edilməsi mexanizminin qurulması RİNN DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları) 2026, dekabr Sahəvi CERT-lərin yaradılmasını tənzimləyən normativ hüquqi bazanın hazırlanması Sahəvi CERT-lərlə vahid mərkəz arasında real vaxt rejimində informasiya mübadiləsini təmin edən texniki və Beynəlxalq CERT və analoji 10 qurumla əməkdaşlıq qurulması, məlumat mübadiləsi mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi fonunda
təşkilati mexanizmlərin qurulması ölkəyə yönələn kibertəhdidlərə qarşı proaktiv reaksiya mexanizmlərinin formalaşdırılması 8.4.3. Azərbaycan Respublikası üzrə insidentlərin effektiv və koordinasiyalı cavablandırılması üçün vahid kibertəhlükəsizlik platformasının yaradılması RİNN DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları) 2026, dekabr Sahə üzrə vahid kibertəhlükəsizlik platformasının yaradılmasına dair ehtiyaclar müəyyənləşdirilməklə texniki tələblərin formalaşdırılması, dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq formalarının müəyyənləşdirilməsi Vahid kibertəhlükəsizlik platformasının yaradılması və dövlət orqanları (qurumları), özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında inteqrasiyanın həyata keçirilməsi 8.4.4. Yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qadağan olunmuş məzmunun Sİ vasitəsilə avtomatik aşkar edilməsi sistemlərinin tətbiqi RİNN DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları), MB (tövsiyə olunur) 2026, dekabr Mövcud normativ hüquqi bazanın qiymətləndirilməsi və zəruri dəyişikliklər edilməsi Vahid informasiya sistemi üçün texniki və funksional tələblərin formalaşdırılması, çevik məlumat mübadiləsi mexanizminin qurulması Qadağan olunmuş məzmunun operativ şəkildə bloklanması məqsədilə Sİ əsaslı avtomatik aşkarlama sisteminin istifadəyə verilməsi 8.4.5. Rəqəmsal mühitdə kibertəhlükəsizliyin gücləndirilməsi və sahə üzrə dövlət siyasətinin hüquqi əsaslarının təkmilləşdirilməsi RİNN DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları), MB (tövsiyə olunur) 2027, iyun İnformasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsinin inkişafı üçün beynəlxalq təcrübənin araşdırılması, təhlillər aparılması Kibertəhlükəsizlik üzrə normativ hüquqi akt layihəsinin hazırlanması və təsdiq edilməsi Kibertəhlükəsizlik üzrə milli siyasət çərçivəsinin formalaşması 8.4.6. Dövlət orqanlarında (qurumlarında) kibertəhlükəsizlik üzrə kadrların və rəhbər şəxslərin bilik və bacarıqlarının artırılması RİNN DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları) mütəmadi Dövlət orqanlarında (qurumlarında) kadrların təlim ehtiyaclarının müəyyən edilməsi Dövlət orqanlarında (qurumlarında) kadrların təlim ehtiyaclarına uyğun olaraq təlimçilərin cəlb edilməsi Dövlət orqanlarında (qurumlarında) kadrların bilik və bacarıqlarının artırılması üçün proqramların hazırlanması və icrasına başlanılması
8.4.7. EHİS-ə inteqrasiya edilmiş və "Hökumət buludu"na keçirilmiş dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi RİNN DTX, XRİTDX, aidiyyəti dövlət orqanları (qurumları) 2027, dekabr EHİS-ə inteqrasiya olunmayan dövlət xidmətlərinin, həmçinin "Hökumət buludu"na keçidi həyata keçirilməyən dövlət informasiya ehtiyatlarının və sistemlərinin müəyyən edilməsi Dövlət xidmətlərinin EHİS-ə inteqrasiya edilməsi və dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidi üçün tədbirlər görülməsi Bütün dövlət xidmətlərinin EHİS-ə inteqrasiyasının və dövlət informasiya ehtiyatlarının və sistemlərinin "Hökumət buludu"na keçidinin yekunlaşdırılması ilə vahid məkan üzərindən informasiya təhlükəsizliyinin, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görülməsi 8.4.8. Kibertəhlükəsizlik sahəsində əhalinin maarifləndirilməsi RİNN DTX, XRİTDX, MB (tövsiyə olunur) mütəmadi Müxtəlif yaş qrupları və kateqoriyalar üzrə əhalinin kibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin müəyyən edilməsi Aparılmış təhlillərə əsasən maarifləndirmə istiqamətlərinin müəyyən edilməsi Kibertəhlükəsizlik sahəsində maarifləndirmə və məlumatlandırma tədbirlərinin görülməsi 8.4.9. Ali təhsil, peşə və ümumi təhsil pillələrində İKT, Sİ və informasiya təhlükəsizliyi sahələri ilə əlaqəli ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması, habelə sənaye ehtiyaclarına cavab verən beynəlxalq sertifikasiya proqramlarının tədris prosesinə inteqrasiyası ETN, RİNN İN, ƏƏSMN 2027, dekabr Ali təhsil, peşə və ümumi təhsil pillələrində İKT, Sİ və informasiya təhlükəsizliyi sahələri ilə əlaqəli ixtisaslar üzrə təhsil proqramlarının təhlilinin aparılması və əmək bazarının tələblərinin müəyyən edilməsi İKT, Sİ və informasiya təhlükəsizliyi sahələri üzrə yüksək reytinqli ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulması və xarici akademik heyətin təhsil prosesinə cəlb olunması Ali təhsil, peşə və ümumi təhsil pillələrində İKT, Sİ və informasiya təhlükəsizliyi sahələri ilə əlaqəli ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və əmək bazarının tələblərinə uyğunlaşdırılması, habelə beynəlxalq sənaye sertifikasiya proqramlarının tətbiqi və nüfuzlu ali təhsil müəssisələri ilə birgə təhsil proqramlarının həyata keçirilməsi
8.5. İdarəetmə və monitorinq 8.5.1. Hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, Sİ və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin təsbit edilməsi və onun fəaliyyətinin müvafiq sahələr üzrə müəyyən edilmiş strateji hədəflərlə əlaqələndirilməsi aidiyyəti dövlət orqanları (qurumları) RİNN 2026, iyun Məsul şəxslərin vəzifə təlimatlarının yenilənməsi və hər bir qurum üçün "ƏFG kartı"nın (xidmətlərin rəqəmsallaşma faizi, kiberinsidentlərin sayı və s.) təsdiqi; Rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə mütəxəssislərin dövlət qurumlarında əməkhaqqı sisteminə yenidən baxılması Məsul şəxslərin performansının bu ƏFG-lər əsasında rüblük qiymətləndirilməsi üçün RİNN tərəfindən idarəetmə panelinin istismara verilməsi Məsul şəxslərin mükafatlandırılması və fəaliyyətinin davamlılığının hədəflərə çatma dərəcəsindən asılı hala gətirilməsi 8.5.2. Dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizminin qurulması RİNN MN 2026, dekabr Qurumların rəqəmsal inkişaf üzrə büdcələrinin təsnifatlandırılması və təkrarçılığın (dublikat sistemlərin) qarşısını alan qaydaların qəbulu Strateji hədəflərə (bulud texnologiyalarına keçid, Sİ-nin tətbiqi, məsləhət xidmətlərinə çıxış və s.) xidmət etməyən rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsinə veto qoyulması mexanizminin tətbiqi; Strateji hədəflərə (bulud texnologiyalarına keçid, Sİ-nin tətbiqi, məsləhət xidmətlərinə çıxış və s.) nail olunması üçün dövlət qurumları üzrə mərkəzləşdirilmiş təminat mexanizminin yaradılması Dövlət investisiyalarının effektivliyinin artırılması və rəqəmsal layihələrin vahid arxitekturaya tam uyğunluğunun təmini
8.5.3. Dövlət orqanlarında (qurumlarında) layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin edən Layihə İdarəetmə Ofisinin fəaliyyətinin təşkili aidiyyəti dövlət orqanları (qurumları) RİNN 2026, dekabr RİNN-in metodiki dəstəyi ilə dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf layihələrinin idarə edilməsi üzrə metodiki çərçivənin yaradılması Layihələrin icrasında yaranan "bloklayıcı" amillərin (normativ hüquqi, maliyyə, kadr) rəhbərlik səviyyəsində operativ həlli üçün həftəlik iclasların keçirilməsi Tədbirlərin 80 faizdən çoxunun icrasına nail olunması 8.5.4. Bütün dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf tədbirlərinin icrasının izlənilməsi üçün rəqəmsal platformanın yaradılması RİNN aidiyyəti dövlət orqanları (qurumları) 2027, aprel Platformaya dair tələblərin müəyyən edilməsi Platformanın hazırlanması, istismara verilməsi, rəqəmsal inkişaf tədbirlərinin icrasının izlənilməsi üçün platformaya daxil edilməsi Platforma vasitəsilə avtomatlaşdırılmış hesabatlığın təşkili 8.5.5. Rəqəmsal xidmətlər üzrə istifadəçi məmnunluğunun ölçülməsi, keyfiyyət və realizasiyasının birbaşa istifadəçilər (vətəndaş və biznes) tərəfindən qiymətləndirilməsi və xidmət keyfiyyətinin artırılması RİNN aidiyyəti dövlət orqanları (qurumları) mütəmadi İstifadəçi məmnunluğunun ölçülməsi üçün sorğu alətinin yaradılması Dövlət orqanları (qurumları) tərəfindən sorğu alətinin tətbiqi ilə sorğuların keçirilməsi, nəticələrinin təhlili və çatışmazlıqların müəyyənləşdirilməsi İstifadəçi rəyləri əsasında dövlət xidmətlərinin interaktiv (dinamik) optimallaşdırılması və şəffaf ictimai hesabatlılığın təmini, istifadəçi məmnunluğunun minimum 85 faizə çatdırılması
9. Akronimlər AQTA — Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi AEF — Azərbaycan Elm Fondu AİBNDA — Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi AMEA — Azərbaycan Milli Elmlər Akademiyası AZCON — Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) DGK — Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi DSK — Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi DİN — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi DİM — Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi DMX — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti DTX — Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ETN — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ƏƏSMN — Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏN — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İN — Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi KTN — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi MB — Azərbaycan Respublikasının Mərkəzi Bankı MN — Azərbaycan Respublikasının Maliyyə Nazirliyi RİNN — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SN — Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi XRİTDX — Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti VXSİDA — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi