1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1997-ci il 29 mart tarixli 16-4/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası"nda (Hissə - 3), 1997-ci il 11 iyun tarixli 20-3 nömrəli qərarı ilə təsdiq edilmiş "Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda, 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda (hissə 56-1), 1999-cu il 28 iyun tarixli 14-7 nömrəli qərarı ilə təsdiq edilmiş "Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda (hissə 56-2), 2003-cü il 27 dekabr tarixli 16-3 nömrəli qərarı ilə təsdiq edilmiş "Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda, 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda və 2006-cı il 9 avqust tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda (hissə 1) dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin Aparatının Hüquq şöbəsinə (G. İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
3. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinə (F. Talıbov) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarixdən 72 saat müddətində rəsmi dərc edilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2025-ci il 21 aprel tarixli 3-17/3-2-78/2025 nömrəli Əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin. Kollegiyanın sədri Anar Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 28 yanvar 2026-cı il tarixli 3-17/3-5-5/2026 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1997-ci il 29 mart tarixli 16-4/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası"nda (Hissə - 3), 1997-ci il 11 iyun tarixli 20-3 nömrəli qərarı ilə təsdiq edilmiş "Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarifİxtisas Sorğu kitabçası"nda, 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda (hissə 56-1), 1999-cu il 28 iyun tarixli 14-7 nömrəli qərarı ilə təsdiq edilmiş "Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarifİxtisas Sorğu kitabçası"nda (hissə 56-2), 2003-cü il 27 dekabr tarixli 16-3 nömrəli qərarı ilə təsdiq edilmiş "Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarifİxtisas Sorğu kitabçası"nda, 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda və 2006-cı il 9 avqust tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nda (hissə 1) dəyişikliklər
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1997-ci il 29 mart tarixli 16-4/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası" (Hissə - 3) üzrə:
1.1. "Bölməyə daxil olan fəhlə peşələrinin əlifba sırası ilə adları və dərəcələr diapazonu" üzrə:
1.1.1. 7-ci bənddə "Asfaltbetonçu asfalt bişirən" sözləri "Asfalt və beton bişirən" sözləri ilə əvəz edilsin;
1.1.2. 70-ci bənddə "Asfaltbeton döşəyən" sözləri "Asfalt və beton döşəyən" sözləri ilə əvəz edilsin.
1.2. "TARİF - İXTİSAS XÜSUSİYYƏTLƏRİ"nin "§ 30. Asfaltbetonçu - asfaltbişirən 2- ci dərəcə", "§ 31. Asfaltbetonçu - asfaltbişirən 3-cü dərəcə", "§ 32. Asfaltbetonçu - asfaltbişirən 4-cü dərəcə", "§ 33. Asfaltbetonçu - asfaltbişirən 5-ci dərəcə" hissələrinin adlarında "Asfaltbetonçu - asfaltbişirən" sözləri "Asfalt və beton bişirən" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1997-ci il 11 iyun tarixli 20-3 nömrəli qərarı ilə təsdiq edilmiş "Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası" üzrə:
2.1. "Metropoliten bölməsinə daxil olan fəhlə peşələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu" üzrə:
2.1.1. 1-ci sətrin "Peşələrin adı" sütununda "Elektrik qatarının maşinisti" sözləri "Elektrik qatarının (seksiyanın) maşinisti" sözləri ilə, "Dərəcələr diapazonu" sütununda "8-10" rəqəmləri "9-10" rəqəmləri ilə əvəz edilsin;
2.1.2. aşağıdakı məzmunda 11-14-cü sətirlər əlavə edilsin:
11. Markşeyder işlərində dağ-mədən fəhləsi 3-4
12. Nəzarət vaqonunun tənzimləyicisi 6-7
13. Rezin məmulatların təmirçisi 5-6
14. Yol nəzarətçisi 2-3
2.2. "ELEKTRİK QATARININ MAŞİNİSTİ" hissəsi üzrə:
2.2.1. adında "ELEKTRİK QATARININ MAŞİNİSTİ" sözləri "ELEKTRİK QATARININ (SEKSİYANIN) MAŞİNİSTİ" sözləri ilə əvəz edilsin;
2.2.2. üçüncü abzasdan sonra aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:
"Qeyd: elektrik qatarının (seksiyanın) maşinistinin köməkçisi rəhbərliyi altında işlədiyi maşinistin dərəcəsindən bir dərəcə aşağı dərəcə ilə tarifləşdirilir.";
2.2.3. dördüncü abzas ləğv edilsin.
2.3. "HƏRƏKƏT QATARININ TƏMİRİ ÜZRƏ ÇİLİNGƏR (6-cı dərəcə)" hissəsindən sonra aşağıdakı məzmunda "MARKŞEYDER İŞLƏRİNDƏ DAĞ-MƏDƏN FƏHLƏSİ (3-cü dərəcə)", "MARKŞEYDER İŞLƏRİNDƏ DAĞ-MƏDƏN FƏHLƏSİ (4-cü dərəcə)", "NƏZARƏT VAQONUNUN TƏNZİMLƏYİCİSİ (6-cı dərəcə)", "NƏZARƏT VAQONUNUN TƏNZİMLƏYİCİSİ (7-ci dərəcə)", "REZİN MƏMULATLARIN TƏMİRÇİSİ (5-ci dərəcə)", "REZİN MƏMULATLARIN TƏMİRÇİSİ (6-cı dərəcə)", "YOL NƏZARƏTÇİSİ (2-ci dərəcə)", "YOL NƏZARƏTÇİSİ (3-cü dərəcə)" hissələri əlavə edilsin:
"MARKŞEYDER İŞLƏRİNDƏ DAĞ-MƏDƏN FƏHLƏSİ 3-cü dərəcə İŞİN XÜSUSİYYƏTİ: Yeraltı və açıq dağ-mədən işlərində plana alma (çəkiliş) və ölçmə işlərinin icrası üçün ölçü cihazlarının, geodeziya alətlərinin quraşdırılması, geodeziya nişanlarının qoyulması, dirəklərin, ştativlərin quraşdırılması. Alətlərin daşınması, cihazların silinməsi və təmizlənməsi. Ölçü materiallarının emalında iştirak edilməsi. Reperlərin bərkidilməsi. BİLMƏLİDİR: geodeziya, markşeyder və digər ölçmə alətlərinin işləmə və onlara qulluq qaydalarını, relyef haqqında əsas anlayışları, işlərin təhlükəsiz təşkilini və çəpərlənmə qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını.
MARKŞEYDER İŞLƏRİNDƏ DAĞ-MƏDƏN FƏHLƏSİ 4-cü dərəcə İŞİN XÜSUSİYYƏTİ: Qazma konturlarının müəyyən edilməsi, nivelirləmə, mədən səthi obyektlərin, tunellərin tikintisi zamanı markşeyderin rəhbərliyi altında teodolit, nivelir və sair ölçmə cihazlarından istifadə edərək ölçmə işlərinin yerinə yetirilməsi. Geodeziya ölçülərinin eskizinin hazırlanması, dizaynı. Tunellərdə yol nişanlarının quraşdırılması, geodeziya piketlərinin qoyulması. BİLMƏLİDİR: geodeziya, markşeyder və digər ölçmə alətlərinin işləmə və onlara qulluq qaydalarını, geodeziya nişanlarının quraşdırılmasını, ölçmə və nivelirləmə aparılmasının əsas üsullarını və qaydasını, relyef haqqında əsas anlayışları, işlərin təhlükəsiz təşkilini və çəpərlənmə qaydalarını, əməyin mühafizəsi və təhlükəsizilik texnikası qaydalarını.
NƏZARƏT VAQONUNUN TƏNZİMLƏYİCİSİ 6-cı dərəcə İŞİN XÜSUSİYYƏTİ: Fasiləsiz iş rejimini təmin etmək üçün vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların, defektoskop vaqonların müxtəlif qurğularının, maşın və mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının tənzimlənməsi və sazlanması. Nəzarət-ölçü vaqonlarında yerləşən nəzarət-ölçü və qeydiyyat qurğu və mexanizmlərinin köməyi ilə metropoliten yollarında çatışmazlıqların aşkar olunması və nəzarətə götürülməsi. BİLMƏLİDİR: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini, xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
NƏZARƏT VAQONUNUN TƏNZİMLƏYİCİSİ 7-ci dərəcə İŞİN XÜSUSİYYƏTİ: Fasiləsiz iş rejimini təmin etmək üçün vaqon-laboratoriya, əndazəölçən vaqonların, yolölçən vaqonların, defektoskop vaqonların müxtəlif qurğularının, maşın və mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının tənzimlənməsi, sazlanması, texniki xidmət və təmiri. Nəzarət-ölçü vaqonlarında yerləşən nəzarət-ölçü və qeydiyyat qurğu və mexanizmlərinin köməyi ilə metropoliten yollarında çatışmazlıqların aşkar olunması və nəzarətə götürülməsi. İstismar prosesində yaranan çatışmazlıqların aradan qaldırılması və işin düzgünlüyünə nəzarət edilməsi. BİLMƏLİDİR: Quraşdırılmış cihazların, maşın və mexanizmlərin kinematik sxemlərini, konstruksiyasını və iş rejimlərini, yolun yuxarı konstruksiyasının və süni konstruksiyaların tikintisi qaydalarını, binaların və vaqonların yaxınlaşmasının ölçülərini, xidmət edilən avadanlığın qurulma, sazlanma və saxlanma qaydalarını, nasazlıqların aşkar edilmə və onların aradan qaldırılma üsullarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
REZİN MƏMULATLARIN TƏMİRÇİSİ 5-ci dərəcə İŞİN XÜSUSİYYƏTİ: İstismarda olan avtomobil parklarında, qazanlarda, avtokameralarda rezin məmulatların təmiri və yenilənməsinin həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə qurğulara xidmət göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə avadanlıqların saz vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsi. Ehtiyac duyulduğu halda avadanlıqların, qurğuların, dəzgahların, eskalatorların, travolatorların, liftlərin və ya onların qovşaqlarının demontajı və montajında iştirak edilməsi. BİLMƏLİDİR: rezin məmulatlarda olan qüsurların aradan qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların vulkanizasiyası və yandırılması proseslərinin aparılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
REZİN MƏMULATLARIN TƏMİRÇİSİ 6-cı dərəcə İŞİN XÜSUSİYYƏTİ: İstismarda olan eskalator və travolatorların rezin sürahilərinin, avtomobil parklarında, qazanlarda, avtokameralarda rezin məmulatların təmirinin və yenilənməsinin həyata keçirilməsi. Texniki qulluq cədvəli üzrə qurğulara xidmət göstərilməsi, həmçinin xidmət göstərdiyi sahədə avadanlıqların saz vəziyyətdə saxlanılması və təmiri üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsi. Ehtiyac duyulduğu halda avadanlıqların, qurğuların, dəzgahların, eskalatorların, travolatorların, liftlərin və ya onların qovşaqlarının demontajı və montajında iştirak edilməsi. BİLMƏLİDİR: rezin məmulatlarda olan qüsurların aradan qaldırılması üzrə texnoloji prosesləri, rezin yapışdırıcının tərkibini, xassələrini və hazırlanma üsullarını, rezin məmulatların vulkanizasiyası və yandırılması proseslərinin aparılması qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
YOL NƏZARƏTÇİSİ 2-ci dərəcə İŞİN XÜSUSİYYƏTİ: Qulluq etdiyi sərhədlər daxilində yolun, təmas relsinin, yoldəyişdirici qurğuların vəziyyətinə sistemli müşahidə və nəzarətin həyata keçirilməsi. Yolda qatarların hərəkəti üçün təhlükə yarada biləcək kənar əşyalar aşkar etdikdə onların əndazə həddindən kənara çəkilməsi, hərəkət qatarından düşən əşyaların sahənin böyük yol ustasına (yol ustasına) təhvil verilməsi. Tuneldə və yerüstü sahələrdə ona təhkim olunmuş sahə daxilində yol relslərinin, təmas relslərinin, yoldəyişdirici qurğuların saz vəziyyətdə və təmiz saxlanması. Reper tumbalarının bütövlüyünün və yol nişanlarının təmizliyinin yoxlanılması. BİLMƏLİDİR: texniki istismar qaydalarını, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı, metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma) qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
YOL NƏZARƏTÇİSİ 3-cü dərəcə İŞİN XÜSUSİYYƏTİ: Qatarların hərəkət təhlükəsizliyinə maneə yarada biləcək nöqsanların vaxtında aşkar edilməsi. Təsdiq edilmiş cədvələ əməl etməklə yolun, təmas relsinin və yoldəyişdirici qurğuların vəziyyətinin sistemli müşahidə edilməsi. Rels qovuşuqlarının vəziyyətini, ara məsafələrinin norma daxilində olmasını, yanlıqlarda çatın olub-olmamasını, boltların bərkliyinin və elektrik birləşdiricilərinin bütövlüyünün yoxlanılması. Qaynaq qovuşuqlarında çatın və ya sınığın və nişanlanmanın olubolmamasının yoxlanılması. Əksqaçıcıların, altlıqların, kəfkirli millərin, bəndləyicilərin, ağac şpalların, gödək şpalların, çevirici tirlərin və yol betonunun vəziyyətinin, təmas relsində qovşaqların, örtüklərin bütövlüyünün və təmizliyinin yoxlanılması. BİLMƏLİDİR: texniki istismar qaydalarını, qatarların hərəkəti və manevretmə işi üzrə təlimatı, işarəvermə üzrə təlimatı, metropolitenin tunellərinə və yerüstü sahələrinə keçid (daxil olma) qaydalarını, metropolitenin yol təsərrüfatında icra olunan işlərin texniki təhlükəsizlik qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını, metropolitenin təmas relsindən gərginliyin çıxarılması və verilməsi qaydalarını.".
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nın (hissə 56-1) "TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ"nin "MOTOVOZUN MAŞİNİSTİ" hissəsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin. "Qeyd: Motovoz maşinistinin köməkçisi rəhbərliyi altında işlədiyi motovoz maşinistindən bir dərəcə aşağı tarifləşdirilir.".
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1999-cu il 28 iyun tarixli 14-7 nömrəli qərarı ilə təsdiq edilmiş "Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nın (hissə 56-2) "II METROPOLİTEN XİDMƏTLƏRİ"nin "2) MÜTƏXƏSSİSLƏR" bölməsinin "ELEKTRİK MEXANİKİ" hissəsinin adına "MEXANİKİ" sözündən sonra "(Böyük elektrik mexaniki də daxil olmaqla)" sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2003-cü il 27 dekabr tarixli 16-3 nömrəli qərarı ilə təsdiq edilmiş "Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası" üzrə:
5.1. "KİMYA İSTEHSALATI SAHƏSİNƏ AİD OLAN FƏHLƏ PEŞƏLƏRİNİN ADI VƏ DƏRƏCƏLƏR DİAPAZONU"na aşağıdakı məzmunda 59-1 - 59-8-ci sətirlər əlavə edilsin: 59-1 Qızıl otağının operatoru 4 59-2 Emal sahəsinin operatoru 4 59-3 Qırma, daşıma sahəsi üzrə operator 4 59-4 Topaqələviləşdirmə sahəsi üzrə operator 4 59-5 Qızıl otağının nəzarətçisi 5 59-6 Emal sahəsinin nəzarətçisi 5 59-7 Qırma, daşıma sahəsi üzrə nəzarətçi 5 59-8 Topaqələviləşdirmə sahəsi üzrə nəzarətçi 5
5.2. "208. KİMYA İSTEHSALATINDA MƏSAFƏDƏN İDARƏETMƏ PULTUNUN OPERATORU" hissəsindən sonra "208-1. QIZIL OTAĞININ OPERATORU (4-cü dərəcə)", "208-2. EMAL SAHƏSİNİN OPERATORU (4-cü dərəcə)", "208-3. QIRMA, DAŞIMA SAHƏSİ ÜZRƏ OPERATOR (4-cü dərəcə)", "208-4. TOPAQƏLƏVİLƏŞDİRMƏ SAHƏSİ ÜZRƏ OPERATOR (4-cü dərəcə)", "208-5. QIZIL OTAĞININ NƏZARƏTÇİSİ (5-ci dərəcə)", "208-6. EMAL SAHƏSİNİN NƏZARƏTÇİSİ (5-ci dərəcə)", "208-7. QIRMA, DAŞIMA SAHƏSİ ÜZRƏ NƏZARƏTÇİ (5-ci dərəcə)", 208-8. TOPAQƏLƏVİLƏŞDİRMƏ SAHƏSİ ÜZRƏ NƏZARƏTÇİ (5-ci dərəcə)" hissələri əlavə edilsin:
"208-1. QIZIL OTAĞININ OPERATORU 4-cü dərəcə İşin xüsusiyyətləri. Elektroliz vannalarının elektroliz prosesinə hazırlanması. Elektroliz zamanı nümunə götürülməsi. Elektroliz bitdikdən sonra vannaların yuyulmasının təmin edilməsi. Elektrolizdən məhlulun presə verilməsi və presdəki xammalın (şlam) yığılması. Presdən çıxan xammalın (şlam) qurutma və oksidlənməsi üçün sobaya qoyulması. Qurutma sobasına nəzarət edilməsi və qurutmadan çıxan xammalın (şlam) əritməyə hazırlanması. Əritmə prosesində iştirak edilməsi və induksiya sobasına nəzarət edilməsi. Əritmə prosesi üçün lazım olan flüs tərkibinin hazırlanması. Əritmə bitdikdən sonra qızıl otağındakı şlakların və digər maddələrin təmizlənməsi. Drenaj nasosuna nəzarət edilməsi. Qızıl otağının təmizliyinə riayət edilməsi. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qızıl və gümüş tərkibli xəlitələrin, digər qiymətlilərin saxlanılması və hasil edilmiş xəlitələrin sahədən təhvili üçün hazırlanması işlərinə nəzarət prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.
208-2. EMAL SAHƏSİNİN OPERATORU 4-cü dərəcə İşin xüsusiyyətləri. Kimyəvi maddələrin prosesə uyğun hazırlanması, nasoslara və təzyiqə nəzarət edilməsi. Boş məhlul hovuzundan aşındırma sahəsinə gedən məhlula mütəmadi nəzarət edilməsi. Kimyəvi maddələrin və reagentlərin ötürülməsinin təmin edilməsi. Çənlərin altına axan məhsulun təmizlənməsi. Regenerasiya prosesində presdən çıxan incə kömürün təmizlənməsi, presin yuyulması. Soyuq sıyırma və desorbsiya proseslərinin aparılmasına nəzarət edilməsi. Çənlərin filtrlərinə nəzarət edilməsi. Elektrolizə nəzarət və elektroliz zamanı filtrlərin təmizlənməsi. Elektroliz prosesi zamanı temperatur və təzyiqə nəzarət edilməsi. Elektroliz bitdikdən sonra məhlulun neytrallaşdırma işlərinin görülməsi və neytrallaşdırma prosesinə nəzarət edilməsi. Soyutma sisteminə və kanal nasoslarına nəzarət edilməsi. Xammalın giriş və çıxışından nümunə götürülməsi prosesində iştirak edilməsi. Ələklərə nəzarət və bufer çənlərinin ələklərinin təmizlənməsi. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, adsorbsiya-desorbsiya və emal zavodunun istehsalat prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.
208-3. QIRMA, DAŞIMA SAHƏSİ ÜZRƏ OPERATOR 4-cü dərəcə İşin xüsusiyyətləri. Qırıcı qurğusunda, aqreqatında, qırıcı-çeşidləmə qurğusunda ayrı-ayrı daş və digər materialların qırma və üyüdülməsi prosesinin həyata keçirilməsi. Mexanizmlərin işə salınması və dayandırılması. Avtomatik tənzimləyici qurğuların işə salınması və qırıcı aqreqatının işinin (sürəti, istehsal gücü, qırıcının işləyən orqanları arasında boşluqların olması) tənzimlənməsi. Qurğuda, aqreqatda nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması. Mexanizmlərin işə salınması və dayandırılması. Materialın yığıldığı bunkerlərə qulluq edilməsi. Səpələnən və qalaqlanan yüklərin qəbulu, çəkilməsi və anbar, baza və stansiyalarda vaqon və avtomobillərə yüklərin göndərilməsi prosesinin əl rejimində işləyən idarə pultundan aparılması. Aqlomerator qurğusunda ayrıayrı materialların normativlərə uyğun olaraq aqlomerasiya prosesinin həyata keçirilməsi. Rəvan istehsal prosesinə nail olunduğunu təmin etmək üçün maşın və avadanlıqların işə salınması, dayandırılması və ya quraşdırılması. Əl alətlərindən istifadə etməklə, avadanlıqların təmizlənməsi və təmir edilməsi. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qırıcı sahəsinin xırdalama və ələmə hasilat prosedurunu.
208-4. TOPAQƏLƏVİLƏŞDİRMƏ SAHƏSİ ÜZRƏ OPERATORU 4-cü dərəcə İşin xüsusiyyətləri. Topaqələviləşdirmə sahəsinin gündəlik fəaliyyətinin təşkilində iştirak edilməsi. Topaqələviləşdirmə sahəsində boru xətlərinin çəkilməsində iştirak edilməsi. Damcı və çiləyicilərin quraşdırılmasının təmin edilməsi. İstifadə edilən boruların, filtrlərin mütəmadi təmizlənməsinin təmin edilməsi. Topaqələviləşdirmə sahəsində dizayn işlərinin və konveyrlərin hərəkətinin, daşınmasının nəzarətdə saxlanılmasında iştirak edilməsi. Hovuzların mütəmadi nəzarətdə saxlanılmasında iştirak edilməsi. Damcı borularının test edilməsi, yığılan filizdən nümunə götürülməsi. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini və normalarını, topaqələviləşdirmə sahəsində işlər proseduru və avadanlıqların idarəolunması prosedurunu.
208-5. QIZIL OTAĞININ NƏZARƏTÇİSİ 5-ci dərəcə İşin xüsusiyyətləri. Qızıl otağında aparılan elektroliz prosesinə uyğun vannaların prosesə hazırlanması. Vannalarda (anod və katod) yuyulma prosesinin aparılması. Temperatur, voltaj və amperaj göstəricilərinə nəzarət olunması və mütəmadi nümunələrin alınması. Xammalın (şlam) presdən yığılmasına və qurudulmasına nəzarət edilməsi. Əritmə sobasına nəzarət edilməsi, əritmə prosesinə hazırlıq və əritmə prosesində iştirak edilməsi. İstehsal olunan külçələrin təmizlənməsi və nömrələnməsi. Soyutma sisteminə və tigelin dəyişdirilməsinə nəzarət. Fərdi mühafizə vasitələrindən təyinatı üzrə istifadə edilməsi. Yerə tökülən civənin təmizlənməsinin və tullantıların düzgün çeşidlənməsinin təşkil edilməsi. Kimyəvi qarışıqların hazırlanmasının təşkil edilməsi. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qızıl və gümüş tərkibli xəlitələrin, digər qiymətlilərin saxlanılması və hasil edilmiş xəlitələrin sahədən təhvili üçün hazırlanması işlərinə nəzarət prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.
208-6. EMAL SAHƏSİNİN NƏZARƏTÇİSİ 5-ci dərəcə İşin xüsusiyyətləri. Kimyəvi məhlul hovuzlarına nəzarət, məhlul girişi və çıxışı proseslərinin mütəmadi yoxlanılması. Adsorbsiya - gələn məhlulda olan qiymətli metalın adsorbentə (aktivləşdirilmiş karbon və ya resin) yüklənməsinə və çənlərdə adsorbent həcminə nəzarət edilməsi. Desorbsiya — karbonun turşu ilə yuyulması, məhlulda olan qiymətli metalın alınması üçün sıyırma prosesinin aparılması. Xüsusi qızdırıcı və soyuducu avadanlıqlarla sıyırma prosesinin aparılmasına nəzarət edilməsi. Regenerasiya prosesi — presdən çıxan kömür qırıntılarının təmizlənməsi, presin yuyulması və kömürün aktivləşdirilməsinə nəzarət edilməsi. Kimyəvi məhlulların düzgün hazırlanmasının təşkil edilməsi. Kimyəvi tullantıların yığılması zamanı hər bir kimyəvi tullantının aidiyyəti qablara yığılmasına nəzarət edilməsi. Prosesə nəzarət edilməsi və yaranan problemin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi. Plana uyğun olaraq qalağa məhlulun və karbona məhlulun axınının təmin edilməsi. Yanacaq çəninə nəzarət edilməsi. Anbarın drenaj sisteminə nəzarət edilməsi. Emal operatorlarının işinə nəzarət edilməsi. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, adsorbsiya-desorbsiya və emal zavodunun istehsalat prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.
208-7. QIRMA, DAŞIMA SAHƏSİ ÜZRƏ NƏZARƏTÇİ 5-ci dərəcə İşin xüsusiyyətləri. Razılaşdırılmış hasilat planına təhlükəsiz, səmərəli və davamlı əməliyyatlar ilə nail olunmasına dəstək göstərilməsi, filizin xırdalama sahəsindən topaqələviləşdirmə sahəsinədək plana uyğun olaraq aparılmasına nəzarət edilməsində iştirak. Filizin xırdalanma və ələnmə ölçülərinə, aqlomeratora, aqlomerasiya prosesinə, qatılan məhsulların həcminə laboratoriya cavablarına uyğun nəzarətin həyata keçirilməsində iştirak. Konveyer tərəzilərinin mütəmadi nəzarətdə saxlanılması və məlumatların yoxlanılması, qırıcı sahəsi üzrə avtomatika sisteminin işləkliyinə mütəmadi nəzarətin həyata keçirilməsində iştirak. Konveyer xətlərinin daşınması və düzülüşünün nəzarətdə saxlanılmasının təmin edilməsi. Anbar ehtiyatlarının nəzarətdə saxlanılması. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, qırıcı sahənin xırdalama və ələmə hasilat prosedurunu, avadanlıqların idarəolunması prosedurunu.
208-8. TOPAQƏLƏVİLƏŞDİRMƏ SAHƏSİ ÜZRƏ NƏZARƏTÇİ 5-ci dərəcə İşin xüsusiyyətləri. Təhlükəsiz hasilat təcrübələrinə və proseduralarına riayət edilməsi. Topaqələviləşdirmə sahəsinin gündəlik fəaliyyətinin təşkil edilməsində, topaqələviləşdirmə sahəsində boru xətlərinin çəkilməsində iştirak edilməsi. Damcı və çiləyicilərin quraşdırmasının nəzarətdə saxlanılması. İstifadə edilən filtrlərin mütəmadi təmizlənməsinin təmin edilməsi. Topaqələviləşdirmə sahəsində dizayn işlərinin və konveyerlərin hərəkətinin, daşınmasının nəzarətdə saxlanılması. Məhlul hovuzlarının mütəmadi nəzarətdə saxlanılması. İstifadə ediləcək ehtiyat hissələrinin anbar qalığının mütəmadi nəzarətdə saxlanılması. Bilməlidir: hasilat norma və qaydalarını, sahənin qüvvədə olan standart və texniki şərtlərini, topaqələviləşdirmə sahəsində işlər proseduru və avadanlıqların idarəolunması prosedurunu.".
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçası" üzrə:
6.1. "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin adı və ödəniş dərəcələri diapazonu" üzrə:
6.1.1. "Səhifə" sütunu ləğv edilsin;
6.1.2. "I. Rəhbərlər" bölməsinə aşağıdakı məzmunda 9-1-ci sətir əlavə edilsin:
9-1 Kəşfiyyat işləri üzrə müdir- layihə müdiri 5-6 6.1.3. "II. Mütəxəssislər" bölməsinə aşağıdakı məzmunda 21-1-ci sətir əlavə edilsin: 21-1 Metallurq 6-11
6.2. "TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ" üzrə:
6.2.1. "I. RƏHBƏRLƏR İDARƏ, TƏŞKİLAT, MÜƏSSİSƏ RƏHBƏRİ (BAŞ DİREKTOR, DİREKTOR, MÜDİR, RƏİS)" bölməsinin "TƏSƏRRÜFAT ŞÖBƏSİNİN RƏİSİ" hissəsindən sonra aşağıdakı məzmunda "KƏŞFİYYAT İŞLƏRİ ÜZRƏ MÜDİR-LAYİHƏ MÜDİRİ" hissəsi əlavə edilsin:
"KƏŞFİYYAT İŞLƏRİ ÜZRƏ MÜDİR-LAYİHƏ MÜDİRİ Əmək funksiyası. Faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, yeni texnologiyaların tətbiqi, sahənin inkişafı ilə bağlı digər məsələlər haqqında konseptual və ya korporativ məlumatlar toplusunun hazırlanmasında iştirak edir. Məsuliyyət daşıdığı layihə üzrə qarşıya qoyulmuş tapşırıqların yüksək keyfiyyət və qısa vaxt ərzində yerinə yetirilməsinə, layihə üzrə digər şöbələrin fəaliyyətinin koordinasiya edilməsinə rəhbərlik edir. Faydalı qazıntı yataqları haqqında məlumatları toplamaq, sistemləşdirmək və bu əsasda məlumat bazasının yaradılmasında, perspektivli sahələrin qiymətləndirilməsi üzrə tərtib olunmuş proqram və layihələrin hazırlanmasında iştirak edir. Geoloji, geokimyəvi, geofiziki məlumatlardan (ölçmələr, quyu sənədləşmələri, aero foto-şəkillər) istifadə etməklə məsuliyyət daşıdığı layihənin geoloji quruluşu haqqında xəritə və hesabatların tərtibində iştirak və işlərə rəhbərlik edir. Dağ-mədən və geoloji-kəşfiyyat fəaliyyəti ilə bağlı layihələrin işinin optimallaşdırılması üçün təkliflər verir. Bilməlidir: "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununu, geoloji tədqiqat işlərinin aparılması prosedurunu, Faydalı qazıntı ehtiyatlarının və proqnoz resurslarının Beynəlxalq Avstraliya-Asiya Kodeksini (JORC-2004), iqtisadi səmərəliliyin müəyyən edilməsi metodlarını, 2 və 3 ölçülü cizgi, xəritə, model və nümayiş materiallarının hazırlanması üçün istifadə olunan proqram təminatları ilə işləmək qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri: Geologiya üzrə ali təhsil və 3 ildən az olmayaraq sahə üzrə iş təcrübəsi; 5-6-cı dərəcələr: layihələrin mürəkkəbliyindən və işçilərin sayından asılı olaraq.";
6.2.2. "II. MÜTƏXƏSSİSLƏR" bölməsinin "REDAKTOR" hissəsindən sonra aşağıdakı məzmunda "METALLURQ" hissəsi əlavə edilsin:
"METALLURQ Əmək funksiyası. Topа aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına, aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət edir. Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarəti həyata keçirir. Qızıl axınının ölçülməsinə və topaqələviləşdirmə sahəsində aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət edir. Aylıq sütun (yığın) testlərinin təşkili, topaqələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarəti həyata keçirir. Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızılgümüş tərkibinin yoxlanılmasına nəzarət edir. Kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləyir. Bütün nümunələrin gündəlik toplanmasına nəzarət edir. Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək istiqamətində işlər görür. Bütün testlərin standart əməliyyat prosedurlarına uyğun olmasına, şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət edir. Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin edir. Topaqələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına, topaqələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət edir. Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət edir. Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət edir. Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət edir. Bilməlidir: fasiləsiz və vaxtaşırı işləyən müxtəlif qızdırıcı sobaların kinematik sxemlərini və konstruksiyasını, müxtəlif markalı poladların, əlvan metal və ərintilərinin qızdırılma xüsusiyyətlərini, mürəkkəb nəzarət-ölçü cihazlarının köklənmə və tənzimlənmə qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili 6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan; 8-ci dərəcə: metallurq vəzifəsində 3 ildən az olmayaraq iş stajı; 9-cu dərəcə: 8-ci dərəcəli metallurq vəzifəsində 3 ildən az olmayaraq iş stajı; 10-11-ci dərəcələr: 9-cu dərəcəli metallurq vəzifəsində 3 ildən az olmayaraq iş stajı.".
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2006-cı il 9 avqust tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası" (hissə 1) üzrə:
7.1. "Bütün sahələr üçün ümumi olan fəhlə peşələrinin adları və dərəcələr diapazonu"nun "I FƏSİL. Bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri" cədvəli üzrə:
7.1.1. "Səhifə" sütunu ləğv edilsin;
7.1.2. aşağıdakı məzmunda 51-ci sətir əlavə edilsin:
51 Qaynaqçı 4-6
7.2. "Bütün sahələr üçün ümumi olan fəhlə peşələrinin adları və dərəcələr diapazonu"nun "II FƏSİL. Bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilən fəhlə peşələri" cədvəli üzrə:
7.2.1. "Səhifə" sütunu ləğv edilsin;
7.2.2. aşağıdakı məzmunda 110-112-ci sətirlər əlavə edilsin:
110 Çəkiclə işləyən dəmirçi 2-6 111 Kontakt qaynaq maşınının qaynaqçısı 2-5 112 Əl ilə qaynaqda elektrik qaynaqçısı 1-6
7.3. "I FƏSİL BÜTÜN SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN, ƏMƏYİN İXTİSAS DƏRƏCƏLƏRİ ÜZRƏ TARİFLƏŞDİRİLMƏYƏN FƏHLƏ PEŞƏLƏRİ TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ"nin "69. HİDROTEXNİKİ OBYEKTLƏRƏ BAXAN" hissəsindən sonra aşağıdakı məzmunda "70. QAYNAQÇI" hissəsi əlavə edilsin:
"70. QAYNAQÇI İşin xüsusiyyəti: 4-cü dərəcə Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsində iştirak. Təhlükəsizlik, ətraf mühit, texniki qulluq və keyfiyyət göstəricilərinə riayət edilməklə təmir işlərinin aparılmasının təşkil edilməsi. Hasilat sahəsinin avadanlıqlarına, ehtiyat hissələrinə, sürtgü-yanacaq materiallarına cari və perspektiv tələbatı müəyyən etmək və onların alınması üçün sifarişlərin tərtib edilməsində, yeni avadanlıqların qəbulunda, reklamasiya aktlarının tərtib edilməsində, avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təşkil edilməsində və hasilatın texniki hazırlığının təmin edilməsində iştirak. Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı əmək sərfinin azaldılmasını təmin edən qaynağın mütərəqqi metodlarının işlənməsi və hasilata tətbiqinin təşkil edilməsi. Bilməlidir: Dəzgahların, kompressorların, aqreqatların, yükqaldırıcı kran və mexanizmlərin, mövcud avadanlıqların markasını, onların təyinatını, konstruksiyasını və istismar qaydalarını. Avadanlıqlara, mexanizmlərə, dəzgahlara, ləvazimatlara, qurğulara, alətlərə baxış keçirmək qaydalarını, onlarda olan nasazlıqların növünü və səbəbini, onları araşdırmağı və onların aradan qaldırılması üsullarını. Elektrik qaynaq avtomat və yarımavtomatların, tutqacın oksigen və qaz balonlarının, reduktor alətinin, qaz qaynağı və kəsən aparatların, qaz generatorların quruluşunu və iş prinsipini. Tutqaclar, reduktor və balonların istifadə qaydalarını. Qaynaq zamanı müdafiənin təmin olunması qaydalarını. Qaynaq birləşmələrinin növlərini və tikişin tipini. Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını. Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibini və növünü. 5-ci dərəcə: qaynaq və qaynaq rejiminin texnologiyasına, material sərfinin normalarına, avadanlıqların istismarının texniki qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi. 6-cı dərəcə: yeni qaynaq avadanlığının tətbiqi, əməyin elmi təşkili texnologiyasının təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işlərin aparılması.";
7.4 "II FƏSİL. BÜTÜN SAHƏLƏR ÜÇÜN ÜMUMİ OLAN, ƏMƏYİN İXTİSAS DƏRƏCƏLƏRİ ÜZRƏ TARİFLƏŞDİRİLMƏYƏN FƏHLƏ PEŞƏLƏRİ TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ"nin "354. ŞTABELFORMALAŞDIRICI MAŞININ MAŞİNİSTİ (5-ci dərəcə)" hissəsindən sonra aşağıdakı məzmunda "355. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ (2- ci dərəcə)", "356. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ (3-cü dərəcə)", 357. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ (4-cü dərəcə)", "358. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ (5-ci dərəcə)", "359. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ (6-cı dərəcə)", "360. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI (2-ci dərəcə)", "361. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI (3-cü dərəcə)", "362. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI (4-cü dərəcə)", "363. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI (5-ci dərəcə)", "364. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI (1-ci dərəcə)", "365. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI (2-ci dərəcə)", "366. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI (3-cü dərəcə)", "367. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI (4-cü dərəcə)", "368. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI (5- ci dərəcə)", "369. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI (6-cı dərəcə)" hissələri əlavə edilsin:
"355. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ İşin xüsusiyyəti: 2-ci dərəcə Daha yüksək dərəcəli dəmirçi ilə birlikdə müxtəlif çəkic və preslərdə detalların döyülməsi prosesində iştirak. Sobanın qızdırılması, pəstahın sobaya verilməsi, sobadan çıxarılması və karbonlu qatışıqlı poladdan və əlvan metallardan pəstahların döymək üçün qızdırılması. Qaldırıcı-nəqliyyat avadanlığının döşəmədən idarə olunması, yükləri qaldırıb yerini dəyişdirmək üçün onlara çatı qurma. Bilməlidir: istifadə edilən çəkic, kürə, sobaların quruluşu haqqında əsas məlumatları və iş prinsiplərini alət və ləvazimatların təyinatını və tətbiqi şəraitini; metalların kürə və sobalarda qızdırılması üsullarını; döymə üçün emal payı və müsaidələr haqqında əsas məlumatları; qaldırıcı-nəqliyyat avadanlığını idarəetmə qaydalarını və çatı qurma işlərinin qaydalarını.
356. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ İşin xüsusiyyəti: 3-cü dərəcə Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tona qədər olan çəkiclərdə və gücü 8 MN-ə qədər olan preslərdə döyülməsi. Detalları əymə, dartma, oturtma və düzəltmə işlərinin yerinə yetirilməsi. Sadə və orta mürəkkəbli dəmirçi alətlərinin hazırlanması. Çəkic altında hava borularının döyülüb yastılandırılması. Alt ştamplarında ştamplama. Sadə detalların dəmirçi qaynağı və üzqaynağı. Qaynar metalın çapılması. Pəstahların çəkic altında yığılması. Bilməlidir: xidmət edilən çəkic, pres, qızdırıcı soba, qaldırıcı mexanizmlərin quruluşunu; döymə üsullarını, avadanlıq və tərtibatların işə hazırlanması qaydalarını; emal paylarını və döymələr üçün müsaidələri; metalın döymə xassələrini; karbonlu və legirlənmiş poladların xassələrini, qızma və döymə rejimlərini; qızma temperaturunu təyin etmək üçün olan cihazlardan istifadə etmə qaydalarını. İş nümunələri:
1. Bolt, qayka — döymə;
2. Resor asqılarının, hərəkət edən nəqliyyat vasitələri arabacıqlarının, yolayıranların daraqlarının detallarını — döymə, düzəltmə;
3. Kartofqazanların dişləri — döymə;
4. Sümbələr — döymə;
5. Diametri 20 mm-ə qədər olan çalovlar — döymə;
6. Açarlar — ştamplama üçün pəstahların döyülməsi;
7. Çəkiclər, qələmlər, gürzlər, baltalar — döymə;
8. Kəsiklər üçün sağanaqlar — döymə;
9. Cüt çarxların oxları — dartma;
10. Pillə (ayaqyeri), çoxsıralı avtomat, tutacaqlar (sürahilər), kronşteynlər, dirsəklər — əymə;
11. Böyük kəskilər və fasonlu kəski tutanlar — döymə;
12. Təkər topu, oxlar, patron yumrucuqları, noxtalar — döymə;
13. Düz linglər, yastıağız kəlbətinlər, texniki itiağız kəlbətinlər — ştamplama üçün pəstahların döyülməsi;
14. Düz və bir neçə əyintisi olan daraqlar — döymə;
15. Günyələr, üçboğazlı borular, fitinqlər — döymə;
16. Çəkmə gözlükləri — çəkic və pres altında polad sağanağa presləmə;
17. Flanşlar, halqalar və diametri 300 mm-ə qədər olan dairələr — sonradan deşik basmaqla döymə;
18. Diametri 300 mm-ə qədər olan dişli çarx — döymə;
19. Şpon (işgil), tava, bənd — döymə;
20. Kütləsi 200 kq-a qədər olan sürgüqolu ekssentrikləri — döymə.
357. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ İşin xüsusiyyəti: 4-cü dərəcə Çoxlegirlənmiş və odadavamlı poladlardan sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 3 tona qədər olan çəkiclərdə və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi. Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tona qədər olan çəkiclərdə və gücü 8 MN-ə qədər olan preslərdə döyülməsi. Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən olan sadə və orta mürəkkəbliyə malik detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan 3 tona qədər olan çəkiclərdə və gücü 8 MN-dən 15 MN-ə qədər olan preslərdə döyülməsi. Pəstahların və detalların dartılması, içdiyirləmə, çapılması və məftil çəkmək üçün boruların uclarının tıxanması işlərinin yerinə yetirilməsi. Çətin əriyən metallardan və onların xəlitələrindən ştabiklərin (mismarların) sərbəst döyülməsi. Qalın divarlı halqaların əlavə edilmiş döyəclərlə və xüsusi içdiyirləyici dəzgahlarda içdiyirlənməsi. Mürəkkəb və orta mürəkkəbli detalların dəmirçi qaynağı və üzqaynağı. Verilmiş müsaidəyə və səthin təmizliyinə riayət etməklə şablonla mürəkkəb çertyojlara və eskizlərə əsasən detalların döyülməsi, keçidlərinin ardıcıllığının müəyyən edilməsi. İriölçülü pəstahların çəkic altında yığılması. Bilməlidir: müxtəlif tipli çəkic və preslərin quruluşunu; mürəkkəb və məsuliyyətli döymələrin mürəkkəb döymə üsullarını; döymənin texnoloji prosesinin əsas əməliyyatlarının təyin edilməsi qaydalarını; dəmirçi qızdırıcı sobalarının konstruktiv xüsusiyyətlərini; bütün növ dəmirçi alət və tərtibatların quruluşunu; poladların döymə xassələrini; müxtəlif markalı poladların qızma rejimini; pəstahların sobaya doldurulması və qızdırılması qaydalarını; pəstahın uzunluğunun və döymənin həcminin hesablanmasını. İş nümunələri: Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tona qədər olan çəkiclərdə və gücü 8 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Daxili diametri 500 mm-ə qədər olan bandajlar — döyməklə içdiyirləmə;
2. Bufer və şveller tirləri, hərəkət edən nəqliyyat vasitələri arabacıqlarının qurşaqları — düzəltmə (hamarlama);
3. Diametri 40 mm-ə qədər və uzunluğu 4000 mm-ə qədər olan burlar — döymə və hamarlama;
4. Kütləsi 500 kq-a qədər olan bir, iki və üçdirsəkli vallar — döymə;
5. Kütləsi 500 kq-a qədər olan flanslı və flanssız vallar — döymə;
6. Hərəkət edən nəqliyyat vasitəsinin tormoz ling ötürücüsünün avtomatik qarmaqlama detalları — döymə və düzəltmə;
7. Əlvan metal xəlitələrindən detallar ştamplamaq üçün pəstahlar — döymə;
8. Həlqələr və zəncirlər — döymə;
9. Dəmirçi aləti — döymə;
10. Xüsusi və köməkçi kəski aləti — döymə;
11. Diametri 20 mm-dən 48 mm-ə qədər olan çalovlar — döymə;
12. Yaranın kənarlarını aralamaq üçün cərrah qarmaqları, tibbi ginekoloji qaldırıcılar — ştamplamaq üçün pəstahların döyülməsi;
13. Üstü açıq yük vaqonlarının örtükləri — döymə, düzəltmə;
14. Xarici diametri 500 mm-ə qədər və hündürlüyü 250 mm-ə qədər olan halqalar — içdiyirləmə;
15. Diametri 550 mm-ə qədər olan bucurqad üçün tormoz lenti — döymə;
16. Deşik basmaqla və basmamaqla bilərziyinin (flansın) xarici diametri 300 mm-ə qədər olan birləşdirici muftalar — döymə;
17. Vaqon oxları — döymə;
18. Mürəkkəb konfiqurasiyalı dəstək və linglər — döymə;
19. Torpaq yumşaldan maşınların dayağı — döymə;
20. Sərnişin vaqonlarının metal sufle — döymə, düzəltmə;
21. Sapfa — döymə;
22. Kütləsi 100 kq-a qədər olan sürgü qolu — döymə;
23. Diametri 500 mm-ə qədər olan nazikdivarlı dişli çarxlar — döymə.
Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metalların xəlitələrindən olan sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan 3 tona qədər olan çəkiclərdə və gücü 8 MN-dən 15 MN-ə qədər olan preslərdə, həmçinin çoxlegirlənmiş və odadavamlı poladlardan düşən hissəsinin kütləsi 3 tona qədər və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Kütləsi 1000 kq-a qədər olan pilləli bilərzikli (flanslı) vallar — döymə;
2. Diametri 500 mm-ə, uzunluğu 250 mm-ə qədər olan içliklərin vtulkaları (oymaqları) — döymə;
3. Əlvan metal xəlitələrindən pəstahlar — dartma və çapma;
4. Dəmirçi aləti — döymə;
5. Yükqaldırma qabiliyyəti 10 t-a qədər olan kranlar üçün ikiuclu qarmaqlar — döyməklə içdiyirləmə;
6. Müxtəlif konfiqurasiyalı linglər — ştamplamaq üçün pəstahların döyülməsi;
7. Çoxlegirlənmiş və odadavamlı poladlar — pəstahlar üçün çapılması;
8. Uzunluğu 2000 mm-ə qədər olan ikibaşlıqlı dartaqlar — döymə;
9. Diametri 300 mm-dən 500 mm-ə qədər olan flanslar, halqalar və dairələr — deşik basmaqla döymə;
10. Diametri 300 mm-dən yüksək 500 mm-ə qədər olan dişli çarxlar — döymə.
358. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ İşin xüsusiyyəti: 5-ci dərəcə Müəyyən sortamentli çoxlegirlənmiş və odadavamlı poladlardan mürəkkəb və xüsusən mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 3 tona qədər olan çəkiclərdə və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi. Külçələrdən müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 t-a qədər olan çəkiclərdə və gücü 30 MN-ə qədər olan preslərdə döyülməsi. Əlvan metal xəlitələrindən, müxtəlif markalı poladlardan, həmçinin çoxlegirlənmiş və odadavamlı poladlardan sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-ə olan preslərdə döyülməsi. Müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metal xəlitələrindən mürəkkəb və xüsusən mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan 3 tona qədər olan çəkiclərdə və gücü 8 MN-dən 15 MNə qədər olan preslərdə döyülməsi. Müəyyən edilmiş emal payına və müsaidəyə riayət etməklə detalların az sayda qızdırılıb döyülməsi. Yuxarıda göstərilən çəkic və preslərdə, mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların dartılması, yayılması və çapılması işlərinin yerinə yetirilməsi. Müxtəlif markalı poladlardan müxtəlif həcmli (tutumlu) balonların döyülməsi. Bilməlidir: hidravlik, buxar-hidravlik preslərin və müxtəlif tipli buxar-hava çəkiclərinin quruluşunu və iş prinsipini; bütün tiplərdən olan dəmirçi alətinin və tərtibatlarının konstruksiyalarını; külçə, yayma və dəmirçi döymələrinin quruluşunu və qüsurlarını. İş nümunələri: Müxtəlif markalı poladlardan, o cümlədən çoxlegirlənmiş və odadavamlı poladlardan və əlvan metal xəlitələrindən sadə və orta mürəkkəbli detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-dən çox olan preslərdə, həmçinin müxtəlif markalı poladlardan (çoxlegirlənmiş və odadavamlı poladlardan başqa) və əlvan metal xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detalların və pəstahların düşən hissəsinin kütləsi 1,5 tondan çox 3 tona qədər olan çəkiclər və gücü 8 MN-dən 15 MN-ə qədər olan preslərdə və çoxlegirlənmiş və odadavamlı poladlardan düşən hissəsinin kütləsi 3 tona qədər olan çəkiclərdə və gücü 15 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Daxili diametri 500 mm-dən çox 2000 mm-ə qədər olan bandajlar — döyməklə içdiyirləmə;
2. Diametri 400 mm-ə qədər olan avarlı dayaq valları — döymə;
3. Kütləsi 500 kq-dan çox olan bir, iki və üçdirsəkli vallar — döymə;
4. Kütləsi 500 kq-dan çox, 10 tona qədər olan (flanslı) vallar — döymə;
5. Uzunluğu 800 mm-dən çox olan fiqurlu açarlar — döymə;
6. Xarici diametri 500 mm-dən və hündürlüyü 250 mm-dən çox olan halqalar — içdiyirləmə;
7. Kran və qaldırıcılar üçün biruclu qarmaqlar — döymə;
8. Diametri 550 mm-dən çox 1300 mm-ə qədər olan bucurqad üçün tormoz lenti — döymə;
9. Flansının xarici diametri 300 mm-dən çox olan birləşdirici muftalar, deşik basmaqla və basmamaqla — döymə;
10. Poladtökən çalovlar üçün stopor — düzəltmə;
11. Fiqurlu dartaq, şablon üzrə — döymə;
12. Preslərin çarxqollu mexanizminin sürtküqolu — döymə;
13. Diametri 500 mm-dən çox olan nazik divarlı dişli çarxlar — döymə;
14. Metalkəsən detalların şpindeli — döymə.
Külçədən müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 tona qədər olan çəkiclərdə və gücü 30 MN-ə qədər olan preslərdə döyülməsi:
1. Bir müstəvi üzərində yerləşən altı dirsəyi olan dirsəkli vallar — döymə;
2. Kütləsi 1000 kq-dan çox olan pilləli (flanslı) vallar — döymə;
3. Kütləsi 50 kq-dan çox olan ekssentrik vallar — döymə;
4. Diametri 500 mm-dən çox, uzunluğu 250 mm-dən çox olan içliklər üçün vtulkalar (oymaqlar) — döymə;
5. Yükqaldırma qabiliyyəti 10 t-dan çox 20 t-a qədər olan kranlar üçün ikiuclu qarmaqlar — döymə;
6. Traktorların dirsəkli vallarının pərsəngləri — döymə;
7. Kütləsi 500 kq-dan çox olan linglər, kronşteynlər — döymə;
8. Kütləsi 20 t-a qədər olan külçələr — dartma və bölmə, pəstahların çalınması;
9. Diametri 500 mm-dən olan flanslar, halqa və dairələr — deşik basmaqla — döymə;
10. Böyük güclü mühərriklərin sürtgü qolları — döymə;
11. Kütləsi 100 kq-dan çox 500 kq-a qədər olan sürtgü qolları — döymə;
12. Diametri 500 mm-dən çox olan dişli çarxlar — döymə.
359. ÇƏKİCLƏ İŞLƏYƏN DƏMİRÇİ İşin xüsusiyyəti: 6-cı dərəcə Müxtəlif markalı poladlardan, həmçinin çoxlegirlənmiş və odadavamlı, əlvan metal xəlitələrindən mürəkkəb və xüsusən mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-dən çox olan preslərdə döyülməsi. Külçələrdə müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 t-dan çox olan çəkiclərdə və gücü 30 MN-dən çox olan preslərdə döyülməsi. Döymənin keçidlərinin daha əlverişli ardıcıllığının təyin edilməsi. Bütün aqreqat və mexanizmlərin işə hazırlanmasının təmin edilməsi, döymələrin keyfiyyətinə nəzarət. Bilməlidir: müxtəlif güclü hidravlik, buxar-hidravlik preslərin və buxar-hava çəkiclərinin konstruktiv xüsusiyyətlərini; dəmirçi istehsalında işlədilən dəmirçi qızdırıcı sobalarının, qaldırıcı mexanizmlərinin quruluşunu; sərbəst döymədə istifadə edilən dəmirçi alətinin və tərtibatlarının hazırlanma üsullarını; preslərin, çəkiclərin, ştampların, döyəclərin sıradan çıxmasının əsas səbəblərini və onların qarşısının alınması üsullarını; poladın mexaniki keyfiyyətlərinə döymənin göstərdiyi mənfi təsirlərin aradan qalıdırılması üsullarını; döymələrin kütləsinin və döymə üçün külçələrin ölçülərinin təyin edilməsi üsullarını. İş nümunələri: Müxtəlif markalı poladlardan, həmçinin çoxlegirlənmiş və odadavamlı poladlardan, əlvan metal xəlitələrindən mürəkkəb və xüsusi mürəkkəb detal və pəstahların düşən hissəsinin kütləsi 3 tondan çox olan çəkiclərdə və gücü 15 MN-dən çox olan preslərdə döyülməsi:
1. Daxili diametri 2000 mm-dən çox olan bandajlar — döyməklə içdiyirləmə;
2. Diametri 400 mm-dən çox avarlı dayaq valları — döymə;
3. Dirsəkləri müxtəlif müstəvilərdə yeləşən, altı dirsəyi olan dirsəkli vallar — döymə;
4. Kütləsi 10 tondan çox olan bilərzikli (flanslı) vallar — döymə;
5. Diametri 1300 mm-dən çox olan bucurqad üçün tormoz lenti — döymə;
6. Qaldırıcı və dartıcı bucurqadlar üçün linglər — döymə;
7. Domna sobasının böyük konusunu asmaq üçün asqılar — döymə;
8. Domna sobasının kiçik konuslarının ştanq boruları — döymə;
Külçələrdən müxtəlif profilli və ölçülü detalların düşən hissəsinin kütləsi 8 tondan çox olan çəkiclərdə və gücü 30 MN-dən çox olan preslərdə döyülməsi:
1. Kütləsi 10 tondan çox olan, dirsəkləri müxtəlif müstəvilərdə yerləşən çoxdirsəkli vallar — döymə;
2. Yükqaldırma qabiliyyəti 20 t-dan çox olan kranların ikiuclu qarmaqları — döymə;
3. Kütləsi 20 tondan çox olan külçələr — dartma, pəstahların çalınması;
4. Kütləsi 500 kq-dan çox olan sürtgü qolu — döymə;
5. Domna sobalarının böyük konusunun ştanqları — döymə.
360. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI İşin xüsusiyyəti: 2-ci dərəcə Kontaktlı və nöqtəli qaynaq maşınlarında karbonlu poladdan sadə məmulat, qovşaq, konstruksiya və alətlərin qaynağı. Sadə və orta mürəkkəbli tökmələrdə hava elektrikkontakt kəsmə qurğularında artıq hissələrin kəsilməsi. Hissə və məmulatların qaynaqdan əvvəl və sonra təmizlənməsi. Hissə və məmulatların tərtibatlarda yerləşdirilməsi. Bilməlidir: istifadə olunan kontakt maşınların iş prinsipini və onlara qulluq etmə qaydalarını; kiplənmə, nöqtəli, relyefli və xətli qaynaq birləşmələrinin növlərini və xüsusiyyətlərini; cizgirəsmlərində qaynaq xətlərinin göstərilmə işarələrini; qaynaq edilən materialların və elektrod materiallarının əsas xüsusiyyətlərini; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; elektrotexnikadan elementar — ən sadə məlumatları; qaynaq zamanı alınan qüsurların səbəblərini və onları aradan qaldırma üsullarını; verilmiş rejimə keçmə qaydalarını; sadə cizgirəsminin oxunmasını. İş nümunələri:
1. Avtosamosvalda qaldırıcı mexanizmin yan çənləri — qaynaq etmə;
2. Avtomobildə səs boğan, sükan çarxlarının karkası, qızdırıcı qol borusunun kranı — qaynaq etmə;
3. Örtük — qaynaq etmə;
4. İzolyasiyanın bərkidilmə detalları — qaynaq etmə;
5. Mufta-borularla qaynaq etmək üçün hazırlanma;
6. Benzin və yağ çənləri üçün kəmər — qaynaq etmə;
7. Altlıq — qaynaq etmə;
8. Düzbucaqlı 30x30 kv. m-dək en kəsikli kəski — qaynaq etmə;
9. Armatura üçün tor-pilləkən — qaynaq etmə;
10. Diametri 30 mm-ə qədər dairəvi materialdan olan zəncir — qaynaq etmə;
11. Müxtəlif tip saatların siferblatı — ayaqcıqları qaynaq etmə.
361. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI İşin xüsusiyyəti: 3-cü dərəcə Kontaktlı və nöqtəli qaynaq maşınlarda konstruksion və tezkəsilən polad, əlvan metal, onların ərintilərindən, qeyri-metal materiallardan detal, qovşaq, konstruksiya, boru kəmərləri və alətlərin qaynaq edilməsi. Hissələrin, valların, ştokların sürtünmək ilə porşenlərə qaynaq edilməsi. Hava elektrik-kontakt kəsmə qurğularında mürəkkəb və çox mürəkkəb tökmələrdəki əlavələrin kəsilməsi. Bilməlidir: tətbiq edilən kontaktlı maşınların quruluşunu; qaynaq texnologiyasının əsaslarını, qaynaq edilən detallara qoyulan texniki şərtləri, qaynaq zamanı alınan qüsurların səbəblərini; qaynaq xətlərinin keyfiyyətinə nəzarət üsullarını; qaynaq edilən konstruksiyaların cizgirəsmlərinin oxunmasını. İş nümunələri: Qaynaq etmə:
1. Platin-titan anodları;
2. Vaqon arabalarının və tenderlərin buksa və sütun boltları;
3. Sərnişin vaqonlarında yan tərəf, tavan, döşəmə, çərçivə;
4. Sərnişin vaqonlarının sinklənmiş hava boruları, sadə karkas və tor;
5. Dəstlərin bərkidilmə hissələri;
6. Avtomaşının radiator örtüyünün qanadları, jalyuz və kapotu;
7. Qapıların karkas və örtüyü;
8. Avtomobil mühərrikinin dişli çarxları üçün həlqələr;
9. Kondensator, reyka, şəbəkə və digər radiohissələr;
10. Avtomobil akkumulyatoru və transformatorun nəqliyyat kronşteynləri;
11. Avtosamosvalın kuzovu;
12. Sortlu və profilli metal;
13. Gəmi mebeli;
14. Təmiz materialdan panel;
15. Avtomobil kabinəsinin qabaq şüşəsinin çərçivəsi;
16. 30x30 kv. mm-dən yuxarı en kəsiyi olan düzbucaqlı kəskilər;
17. Su və istilik təchizatı şəbəkəsinin xarici və daxili boru kəmərləri;
18. Texnoloji boru kəməri (I kateqoriya);
19. Əl tormozunun yükləri;
20. Velosiped qovşaqları;
21. Diametri 30 mm-dən yuxarı olan dairəvi materialdan zəncir;
22. Taxıl üçün şneklər.
362. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI İşin xüsusiyyəti: 4-cü dərəcə Kontaktlı və nöqtəli maşınlarda konstruksiyaların məsul məmulat və qovşaqların, boru kəməri konstruksiyalarının, müxtəlif poladlardan, əlvan metal, ərinti və qeyri-metal materiallardan tutumların qaynaq edilməsi. Sürtünmə ilə mürəkkəb kəsici alətin qaynaq edilməsi. Bilməlidir: müxtəlif kontaktlı maşınların quruluşunu; qaynaq edilən materialların mexaniki və texnoloji xüsusiyyətlərini; qulluq edilən kontaktlı maşının prinsipial və quraşdırma elektrik sxemlərinin oxunmasını. İş nümunələri: Qaynaq etmə:
1. Yağ və maye yanacaq üçün xüsusi təyinatlı çən;
2. Taxıl bunkeri;
3. Dişlə başlığı, buxarpaylayanın dayaqları, kəfkir, buxarpaylayan və tormoz yükləri;
4. Xüsusi təyinatlı karkas və tor;
5. Kompressor gövdəsinin möhkəmlik həlqələri;
6. Avtomobildə qanad kronşteyni, dayaqla idarə olunan pedal və radiator çərçivəsi;
7. Mufta - boru uclarına qaynaq etmə;
8. Gəmi korpusunda uzununa birləşmələr;
9. Buxar təzyiqi 4,0 Mpa-a (38,7 atm) qədər olan buxar qazanlarının boru elementləri;
10. Aşağı təzyiqli qaz kəmərinin xarici və daxili boruları;
11. III və IV kateqoriya (qrup) texnoloji boru kəmərləri və buxar, su boruları (III və IV kateqoriya);
12. Təyyarənin şassi və qanad qovşaqları;
13. Elektromexaniki filtr (süzgəc);
14. Avtosamosvalın hidravlik qızdırıcısının silindri;
15. Azmaqnitli poladdan lövbər zənciri;
16. Şpanqout;
17. Metalkəsən dəzgahların elektrik şkafı.
363. KONTAKT QAYNAQ MAŞINININ QAYNAQÇISI İşin xüsusiyyəti: 5-ci dərəcə Kontaktlı və nöqtəli maşınlarda xüsusən mürəkkəb məmulatların qovşaq, konstruksiya, boru kəmərlərinin və müxtəlif markalı polad, əlvan metal, ərinti və qeyrimetal materiallarından tutumların qaynaq edilməsi. Qıfılların borulara sürtünmə ilə qaynaq edilməsi. Bilməlidir: müxtəlif tip kontaktlı maşınların konstruksiyasını, kinematik sxemlərini, idarə olunmasının elektrik sxemlərini; buraxıcı — tənzimləyici aparatın quruluşunu; qaynaq rejimini təyin etmə prinsipini, məsul qaynaq xətlərinin nəzarət və sınaq üsullarını. İş nümunələri: Qaynaq etmə:
1. Bütöv metaldan sərnişin vaqonunda kuzovun yan tərəfləri və damı;
2. Şpanqoutun qolları;
3. Təyyarə qanadlarının konsolları;
4. Alüminium ərintilərindən olan yapışqanqaynaqlı konstruksiyalar (gövdə hissələri, platforma, şpanqout, panel, göyərtə və əlavə tikililər);
5. Xüsusi təyinatlı böyük qabaritli panel;
6. Panton;
7. Hava radiatoru;
8. Bütün tipdən olan rels;
9. Resiver;
10. Təyyarə: qanad və füzelyaj örtüyü;
11. Stabilizator;
12. Avtomobil şassi dayaqları üçün travers;
13. Orta və yüksək təzyiqli qaz təchizatı şəbəkəsinin xarici boru kəmərləri;
14. Ivə II kateqoriyalı texnoloji boru kəmərləri, həmçinin buxar və su boru kəmərləri (I və II kateqoriya);
15. Armatur fermaları;
16. Təzyiqli boru üçün silindr;
17. 4,0 Mpa-dan (38,7 atm) yuxarı təzyiqli buxar qazanlarının boru elementləri.
Qeyd: Özüyeriyən calaq-qaynaq maşınlarında səhra şəraitində və özünün qidalanma mənbələrindən işləyən maşınlarda görülən işlər Idərəcə yuxarı tarifləşdirilir.
364. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI İşin xüsusiyyəti: 1-ci dərəcə Daha yüksək ixtisaslı elektrik qaynaqçısının rəhbərliyi altında qaynaq tikişin bütün vəziyyətlərində detal, məmulat və konstruksiyaların tutması. Məmulat və qovşaqların qaynaq üçün hazırlanması və qaynaq edildikdən sonra tikişlərin təmizlənməsi. Mühafizə qazında qaynaq prosesində qaynaq tikişin əks tərəfdən mühafizəsinin təmin olunması. Bilməlidir: elektrik qaynaq maşın və aparatların quruluşu haqqında əsas məlumatları; əsas tutma üsullarını; tikişin qaynaq üçün hazırlanma formalarını; mühafizə qazlarında qaynaq zamanı tikişin mühafizəsini təmin etmə qaydalarını; balonların quruluşunu, onların rənglərini və onlarla rəftar qaydalarını.
365. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI İşin xüsusiyyəti: 2-ci dərəcə Karbonlu poladlardan sadə detal, qovşaq və konstruksiyaların qaynaq tikişinin aşağı və şaquli vəziyyətdə əl ilə qövsü və plazmalı qaynaq edilməsi, sadə qeyri-məsul detalların lehimlənib calanması. Məmulat və detalların qaynaqdan əvvəl qızdırılması. Detal, məmulat və konstruksiyaların bütün vəziyyətlərdə tutması. Sadə çertyojların oxunması. Bilməlidir: işdə tətbiq olunan qövsü qaynaq üçün sabit və dəyişən cərəyanla işləyən elektrik qaynaq maşın və aparatların iş prinsipini; elektrik qaynaq aparatlarına xidmət qaydalarını, qaynaq birləşmə və tikişlərin növlərini; məmulat kənarlarının qaynaq üçün hazırlanmasını; qaynaq tikişlərin çertyojda işarələnməsini; tətbiq olunan elektrodların və qaynaq edilən metal və ərintilərin əsas xassələrini; nəzarət-ölçü cihazların təyinatı və tətbiq şərtlərini; qaynaq zamanı yaranan deformasiyaların səbəblərini və onların qarşısını alma üsullarını; mühafizə qazında qaynaq barədə ümumi məlumatları; mühafizə qazında əriməyən elektrodla qaynaq üçün odluğun quruluşunu. İş nümunələri:
1. Trasformator çəni — avtomatik qaynaq üçün divarları qaynaq etmə;
2. Asma tir, tam metal vaqon və elektroseksiya vaqonun resoraltı və resorüstü tirləri — gücləndirici bucaqları, istiqamətləndirici və mərkəzləndirici halqaları qaynaq etmə;
3. Yayma tiri — nişanlar üzrə nöqtələri və tutucu zolaqları qaynaq etmə;
4. Buxar qazanının boyka və şablotu — lehimləmə;
5. Platforma və metal vaqonların çərçivə diafraqması — qabırğaları qaynaq etmə;
6. Jerebeyka — qaynaq etmə;
7. Yük vaqonunda tormoz sahəsinin karkas və detalları və sərnişin vaqonunda pəncərə karkası — qaynaq etmə;
8. Kənd təsərrüfatı maşınlarında hasar örtüyü və başqa zəif yüklənmiş qovşağı — qaynaq etmə;
9. Taxıl biçənin kronşteyni, tormoz idarə mexanizminin valı — qaynaq etmə;
10. Avtosamosvalın çərçivəaltı kronşteyni — qaynaq etmə;
11. Resor bənd və altlığı — qaynaq etmə;
12. Polad qəlib qutusu — qaynaq etmə;
13. Transformator bakının çərçivəsi — qaynaq etmə;
14. Çarpayı döşəyinin çərçivəsi, qın və rombşəkilli torlar — qaynaq etmə;
15. Sadə kəsiklər — tezkəsicini lehimləmə və bərk ərintini əritmə;
16. Polad və çuqundan xırda tökmələr — emal olunmayan yerlərdəki boşluqları lehimləmə.
366. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI İşin xüsusiyyəti: 3-cü dərəcə Karbonlu poladlardan orta mürəkkəbli detal, qovşaq və konstruksiyaların və konstruksion poladlardan, əlvan metal və ərintilərdən sadə detalların bütün vəziyyətlərdə, tavandan başqa, əl ilə qövsü və plazma ilə qaynaq edilməsi. Azkarbonlu, legirlənmiş, xüsusi poladlardan, çuqun, əlvan metallardan orta mürəkkəbli detalların bütün vəziyyətlərdə əl ilə qövsü oksigenlə kəsilməsi, yonulması. Karbonlu və konstruksion poladlardan olan aşınmış sadə alətlərin, detalların lehimlənməsi. Bilməlidir: tətbiq olunan elektrik qaynaq maşınların və qaynaq kameraların quruluşunu; oksigenlə kəsmədən (yonmadan) sonra qaynaq tikişinə və səthinə qoyulan tələbləri; elektrod sürtkülərinin xassələri və əhəmiyyətini; qaynaq tikişlərinə əsas nəzarət növlərini; poladın markalarından asılı olaraq elektrod markalarının seçilmə qaydalarını; qaynaq məmulatlarda daxili gərginliyin və deformasiyaların yaranma səbəblərini və onların aradan qaldırılma tədbirlərini. İş nümunələri:
1. Kəsici və biter barabanı, traktora qoşulan arabacığın qabaq və arxa oxları, kombayn və xederin dişlə və çərçivəsi, taxıl biçənin şnekləri, dırmıq və kələfaçanı — qaynaq etmə;
2. Dəmiryol vaqonlarının yan tərəfi, keçid meydançası, ayaqaltı, örtüyü — qaynaq etmə;
3. Reyd siqnal üzgəci və çəlləyi, artsipər və ponton — qaynaq etmə;
4. Elektrik maşının valı — boyuncuqları lehimləmə;
5. Yük vaqonlarında kuzovun karkas detalları — qaynaq etmə;
6. Kulis mexanizmin detalı — deşikləri lehimləmə;
7. İdarəetmə pultu və lövhəsi üçün karkas — qaynaq etmə;
8. Dayaq vərdənə — qaynaq etmə;
9. Kilblok — qaynaq etmə;
10. Yığma örtüklər, isitmə qazanı — qaynaq etmə;
11. Yük avtomobilinin tormoz qəlibi, örtüyü, arxa körpünün yarımoxları — qaynaq etmə;
12. Artqurğusu üçün konstruksiya, detal və qovşaq — qaynaq etmə;
13. Elektrik partlayış qorxulu aparaturanın korpusu — qaynaq etmə;
14. Yük qaldırıcı kran — çarxları lehimləmə;
15. Avtosamosvalın kuzovu — qaynaq etmə;
16. Parovoz dişləsinin çərçivəsi — lehimləmə;
17. Teplovozun çərçivələri — konduktor, döşənək təbəqələri, detalları qaynaq etmə;
18. Fasonlu kəskilər və sadə ştamplar — tezkəsicini və bərk ərintini qaynaq edib lehimləmə;
19. Kiçik ölçülü dəzgahların özülü — qaynaq etmə;
20. Dayaq, bunker şəbəkəsi, keçid meydançaları, pilləkən, çəpər məhəccəri, döşənək, qazan örtüyü — qaynaq etmə;
21. Təbəqə karbonlu poladdan hündürlüyü 30 m-dək olan tüstü və ventilyasiya boruları — qaynaq etmə;
22. Qazanlarda əlaqələndirici tüstü boruları və buxarqızdırıcıların boruları — qaynaq etmə;
23. Qızdırılmış borular — burtları lehimləmə;
24. Su üçün təzyiqsiz boru kəməri (magistraldan başqa) — qaynaq etmə;
25. Su və istilik təchizatının xarici və daxili şəbəkəsinin boru kəmərləri — stasionar şəraitdə qaynaq etmə;
26. Dişli çarx — dişləri lehimləmə.
367. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI İşin xüsusiyyəti: 4-cü dərəcə Konstruksion poladlardan, çuqun, əlvan metal və ərintilərdən orta mürəkkəbli aparat detallarının, karbonlu poladlardan mürəkkəb detal, qovşaq, konstruksiya və boru kəmərlərinin bütün vəziyyətlərdə əl ilə qövsü və plazma ilə qaynaq edilməsi. Yüksəkkarbonlu, xüsusi poladlardan, çuqun, əlvan metaldan mürəkkəb məsul detalların əl ilə oksigenlə kəsilməsi (yonulması), çuqundan olan konstruksiyaların qaynaq edilməsi. İsidilmiş balon və boruların, maşın, mexanizm və konstruksiya detallarında qüsurların lehimlənməsi. Mürəkkəb detal, qovşaq və alətlərin lehimlənməsi. Mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunması. Bilməlidir: müxtəlif elektrik qaynaq aparatlarının quruluşunu; dəyişən və sabit cərəyanla qaynaq və qövsü kəsmənin xüsusiyyətlərini; nəzarət atmosferi olan kameralarda məmulatların qaynaq texnologiyasını; gördüyü işin həcmində elektrotexnikanın əsas qanunlarını; qaynaq tikişləri sınama üsullarını; qaynaq tikişlərdəki qüsurların növlərini və onların qarşısını alma və aradan qaldırma metodlarını; cihazlar üçün qaynaq rejimlərinin seçmə prinsiplərini; elektrodların marka və növlərini; qaynaq edilən metalların mexaniki xassələrini. İş nümunələri:
1. Transformator çəni — qısa boruları əlavə qaynaq etmə, çıxış qutularını, soyutma qutularını, cərəyan dirəklərini və bakın qapaqlarını qaynaq etmə;
2. Karbonlu poladdan təzyiqsiz işləyən aparat, qab, tutumlar — qaynaq etmə;
3. Aparıcı dəmir-beton konstruksiyaların armaturu — qaynaq etmə;
4. Sükan balleri, avar valın kronşteyni — lehimləmə;
5. Qazan odluqları qarnituru və korpusu — qaynaq etmə;
6. Çuqundan detallar — qaynaq etmə, isidilməklə və isidilməməklə lehimləmə;
7. Sənaye sobası və qazanın karkası — qaynaq etmə;
8. Hidravlik turbinin işlək çarxlarının kameraları — qaynaq etmə və lehimləmə;
9. Motor karteri — qaynaq etmə;
10. İşlənmiş qaz kollektoru və boruları — qaynaq etmə;
11. Hidravlik turbinin tənzimləyici halqaları — qaynaq etmə və lehimləmə;
12. Taxıl biçənin aparıcı çarxlarının korpusu və körpüsü — qaynaq etmə;
13. Kompressor korpusu, hava kompressorlarının aşağı və yüksək təzyiqli silindrləri — çatları lehimləmə;
14. 25000 k Vt-dək gücü olan turbinin dayandırıcı klapanlar korpusu — qaynaq etmə;
15. Diametri 3500 mm-dək olan rotorun korpusu — qaynaq etmə;
16. Boru kəmərləri üçün bərkidicilər və dayaqlar — qaynaq etmə;
17. Teplovoz arabacığının kronşteyni və şkvoren bərkidiciləri — qaynaq etmə;
18. Böyük qalınlığı olan təbəqələr (zireh) — qaynaq etmə;
19. Dor, qazma və istismar buruqları (vışka) — sex şəraitində qaynaq etmə;
20. Maili dirək, yarım ox, təyyarə şassisinin dayaqları — qaynaq etmə;
21. Elektrik maşının özül tavaları — qaynaq etmə;
22. Toz-qaz hava ötürücüləri, istilik verənləri və elektrik süzgəclərin qovşaqları — qaynaq etmə;
23. Transportyorun çərçivəsi — qaynaq etmə;
24. Neft məhsulları üçün 1000 kub m-dən az tutumu olan çənlər- qaynaq etmə;
25. Rels və yığma çarpazlar — uclarını lehimləmə;
26. Hava ilə soyudulan turbogeneratorun statoru — qaynaq etmə;
27. Daşqıranın çatısı — qaynaq etmə;
28. Elektrik maşının qaynaq-tökmə çatısı və korpusu — qaynaq etmə;
29. İriqabaritli dəzgahın çuqun çatısı — qaynaq etmə;
30. Yayma dəzgahın işlək qaldırıcı qurğusunun çatısı — lehimləmə;
31. Su təchizatı və istilik təchizatının xarici və daxili şəbəkəsinin boru kəmərləri — quraşdırmada qaynaq etmə;
32. Qaz təchizatı şəbəkəsinin aşağı təzyiqli daxili və xarici boru kəmərləri — stasionar şəraitdə qaynaq etmə;
33. Texnoloji boru kəməri (V kateqoriya) — qaynaq etmə;
34. Mürəkkəb frez və ştamplar — tezkəsicini və bərk ərintini qaynaq etmə və lehimləmə;
35. Faxverk, bənd, fənər, monorels — qaynaq etmə;
36. Avtomaşın blokunun silindri — boşluqları lehimləmə;
37. Avtomobil sisternləri — qaynaq etmə.
368. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI İşin xüsusiyyəti: 5-ci dərəcə Müxtəlif poladlardan, əlvan metallardan və ərintilərdən olan mürəkkəb və məsul aparat, qovşaq və boru kəmərlərinin əl ilə qövsü və plazmalı qaynaq edilməsi. Mürəkkəb şəraitdə işləyən məsul mürəkkəb tikinti və texnoloji konstruksiyaların əl ilə qövsü və plazmalı qaynaq edilməsi. Yüksəkkarbonlu, legirlənmiş və xüsusi poladlardan və çuqundan olan xüsusən mürəkkəb və məsul detalların əl ilə qövsü oksigenlə kəsilməsi (yonulması). Blok şəklində icra olunmuş məsul konstruksiyaların bütün vəziyyətlərdə qaynaq edilməsi. Maşın, mexanizm və konstruksiyaların məsul detallarında qüsurların lehimlənməsi. Xüsusən mürəkkəb və məsul detal və qovşaqların lehimlənməsi. Bilməlidir: müxtəlif tipli qaynaq maşınların elektrik sxemlərini və konstruksiyasını; qaynaq edilən metalların, müxtəlif markalı elektrodlarla lehimlənmiş metal və yonulmaya məruz qalmış tökmələrin texnoloji xassələrini; nəzarət atmosferi olan kameralarda məsul məmulatların qaynaq texnologiyasını; tikişlərin qoyulmasında texnoloji ardıcıllığın və qaynaq rejimlərinin seçilməsini; məsul qaynaq tikişlərin sınanma və nəzarət üsullarını; xüsusən mürəkkəb qaynaq metal konstruksiyaların çertyojlarının oxunması. İş nümunələri:
1. Karbonlu poladlardan təzyiq altında işləyən və legirlənmiş poladlardan təzyiqsiz işləyən aparat və qablar — qaynaq etmə;
2. Marten sobasının armaturu — işləyən avadanlığın təmiri zamanı qaynaq etmə;
3. Aparıcı və məsul dəmir-beton konstruksiyaların armaturu, özül, sütun, arakəsmə və s. — qaynaq etmə;
4. Nadir güclü transformator çəni— qaldırıcı qarmaqları, domkrat bəndlərini, dinamik yük altında işləyən paslanmayan tavaları əlavə qaynaq etməklə qaynaq;
5. Lokomotiv və vaqon arabacığın çərçivəsi, onurğa (arxa), bufer, şkvoren tirləri, vaqon kuzovun ferması — qaynaq etmə;
6. Kran arabacığın tir və traversi, pərsənglər (balansir) — qaynaq etmə;
7. 30 t-dan az yükqaldırma qabiliyyətinə malik körpü kranların aşırım tirləri — qaynaq etmə;
8. 4,0 Mpa-a (38,7 atm) qədər olan təzyiqli qazan barabanı — qaynaq etmə;
9. Təbəqə metaldan olan tikinti və texnoloji konstruksiya blokları (havaqızdırıcılar, skrubber, domna sobasının qapağı, separator, reaktor, domna sobasının qaz yolları və s.) — qaynaq etmə;
10. Dizelin silindr bloku və su kollektoru — qaynaq etmə;
11. İri dirsəkli val — qaynaq etmə;
12. Neft məhsulları üçün 5000 kub m və daha böyük həcmli çənlər və qazholder — stasionar şəraitdə qaynaq etmə;
13. Qaz və neft məhsulları kəməri — qəfəsədə qaynaq etmə;
14. Xüsusi mürəkkəb maşın və mexanizmlərin detalları (domna sobasında doldurma aparatı, turbinin avarlı vinti və pərləri, yayma dəzgahının valcıqları və s.) — xüsusi bərk, aşınmaya davamlı və korroziyaya davamlı materiallarla lehimləmə;
15. Məsul maşın, mexanizmin və konstruksiyaların döymə, ştamplama və tökmə detalları (turbinin avarlı vinti və pərləri, mühərrikin silindr bloku və s.) - qüsurları lehimləmə;
16. Yüksək təzyiq altında işləyən marten sobaları üçün kessonlar- qaynaq etmə;
17. Sütun, bunker, çatı və çatıaltı ferma, estakada tirləri və s. — qaynaq etmə;
18. Radiodor, radioqüllə və EOX dayaq konstruksiyaları — qaynaq etmə;
19. Pres və gürzlərin başlıq korpusu, travers, özül və digər mürəkkəb qovşaqlar — qaynaq etmə;
20. Diametri 3500 mm-dən artıq olan rotorun korpusu — qaynaq etmə;
21. Gücü 25000 k Vt-dan çox olan turbinin stopor (tormoz) korpusu — qaynaq etmə;
22. Qazma və yükləmə maşınları, kömür kombaynları və şaxta elektrovozların korpusları — qaynaq etmə;
23. Pərlərin və hidravlik turbinlərin qapaq, stator və üzlüyü — qaynaq etmə;
24. Dor, qazma və istismar buruqları (vışka) — qaynaq etmə;
25. Qazma buruqları və üçdizelli ötürücülər üçün yüksəklegirlənmiş qazma borularından özüllər — qaynaq etmə;
26. Yeriyən ekskavator aqreqatı üçün özül tavalar — qaynaq etmə;
27. Avtomobil və dizelin çərçivə və qovşaqları — qaynaq etmə;
28. Lokomotivin şkvoren və dizelaltı çərçivələri — qaynaq etmə;
29. Neft məhsulları üçün 1000-5000 kub m həcmli çənlər — quraşdırmada qaynaq etmə;
30. Aparıcı yığma dəmir-beton konstruksiyaların armatura elementlərində birləşmələr — qaynaq etmə;
31. Təzyiqi 4,0 Mpa-a (38,7 atm) qədər olan buxar qazanın boru elementləri — qaynaq etmə;
32. Qaz təchizatı şəbəkəsinin aşağı təzyiqli xarici və daxili boru kəmərləri — quraşdırmada qaynaq etmə;
33. Qaz təchizatı şəbəkəsinin orta və yüksək təzyiqli xarici və daxili boru kəmərləri — stasionar şəraitdə qaynaq etmə;
34. III və IV kateqoriya (qrup) texnoloji, su və buxar boru kəmərləri — qaynaq etmə;
35. Təyyarə şassisinin motoraltı çərçivə qovşağı və amortizator silindri — qaynaq etmə;
36. Şin, lent və onlar üçün əlvan metaldan kompensator — qaynaq etmə.
369. ƏL İLƏ QAYNAQDA ELEKTRİK QAYNAQÇISI İşin xüsusiyyəti: 6-cı dərəcə Müxtəlif poladlardan, əlvan metallardan və ərintilərdən olan xüsusən mürəkkəb və məsul aparat, qovşaq, konstruksiya və boru kəmərlərinin əl ilə qövsü və plazmalı qaynaq edilməsi. Dinamik və vibrasiya edən yüklər altında işləyən, xüsusən məsul tikinti və texnoloji konstruksiyaların və xüsusən mürəkkəb konfiqurasiyalı konstruksiyaların əl ilə qövsü və qaz elektrik qaynaq edilməsi. Məhdud qaynaq qabiliyyətinə malik metal və ərintilərdən, həmçinin titandan və titan ərintilərindən olan eksperimental konstruksiyaların qaynaq edilməsi. Blok şəklində icra edilmiş xüsusən məsul konstruksiyaların qaynaq tikişinin bütün vəziyyətlərində qaynaq edilməsi. Bilməlidir: xidmət edilən avadanlığın konstruksiyasını; titan ərintilərinin müxtəlif növlərini, onların qaynaq və mexaniki xassələrini, korroziyanın növlərini və onu törədən amilləri; qaynaq edilən məmulatların xüsusi sınama metodlarını və hər birinin təyinatını; nəzarət atmosferi olan kameralarda sistemin boşaldılma sxemini; qaynaq birləşmələrin termiki emalının əsas növlərini; qaynaq tikişlərin metalloqrafiyası üzrə lazımi məlumatları. İş nümunələri:
1. Marten sobasının işlək sahələrinin tirləri, metallurgiya müəssisələrində bunker və boşaltma estakada konstruksiyaları, ağır iş rejimli kran üçün kranaltı tirlər, yeriyən ekskavatorun oxları — qaynaq etmə;
2. 30 t-dan yuxarı yükqaldırma qabiliyyətinə malik körpü kranların aşırım tirləri — qaynaq etmə;
3. Təzyiqi 4,0 Mpa-dan (38,7 atm) çox olan qazan barabanları — qaynaq etmə;
4. Neft məhsulları üçün həcmi 5000 kub m-dən çox olan çənlər və qazholder — quraşdırmada qaynaq etmə;
5. Magistral qaz-neft məhsulları kəməri — quraşdırmada qaynaq etmə;
6. Vakuum və kriogen tutum, qalpaq, kürə və boru kəməri — qaynaq etmə;
7. Sferik və damcıvari tutumlar və örtüklər — qaynaq etmə;
8. Boru və muftanın qazma açarları — ikiqat tikişlə qaynaq etmə;
9. Qaz turbokompressorun, buxar turbinin, güclü hava üfürücülərin işlək çarxları — pər və kürəcikləri əlavə qaynaq etmə;
10. Amonyak sintezi — qaynaq etmə;
11. Radiodor, teleqüllə və EOX dirəklərinin konstruksiyası — quraşdırmada qaynaq etmə;
12. Buxar turbinin qutuları — qaynaq etmə və boşluqları lehimləmə;
13. Hidrogen və hidrogen-su ilə soyudulan iri turbogeneratorun stator korpusu — qaynaq etmə;
14. Ağır dizelin mühərrikinin və preslərin korpusu — qaynaq etmə;
15. Gəmi buxar qazanı — dibi əlavə qaynaq etmə, birqat calaq tikişi ilə məsul qovşaqları qaynaq etmə;
16. Yüngül alüminium — manqan ərintisindən konstruksiyalar — qaynaq etmə;
17. Qazma baltanın pəncə və şaroşkası, qazma buxarkeçiricilər — qaynaq etmə;
18. Neft və qaz kəmərləri — yarıqları ləğv etdikdə;
19. Neft və qaz quyularının və konturlanmış su yeritmə quyularının dövrəsini boru kəməri ilə toxuma — qaynaq etmə;
20. İkilaylı poladdan və başqa bimetaldan çən və konstruksiya — qaynaq etmə;
21. Açılmış formada dəmir-beton konstruksiya armaturunun içliyi — vanna üsulu ilə qaynaq etmə;
22. Metal və dəmir-beton körpülərin aşırım tirləri — qaynaq etmə;
23. Təzyiqi 4,0 MPa (38,7 atm)-dən yuxarı olan buxar qazanın boru elementləri — qaynaq etmə;
24. Təzyiqli boru kəməri hidroelektrik stansiya turbinin spiral kamerası və işlək çarxın kamerası — qaynaq etmə;
25. Qaz təchizatı şəbəkəsinin orta, yüksək təzyiqli xarici boru kəmərləri — quraşdırmada qaynaq etmə;
26. Ivə II kateqoriya (qrup) texnoloji, su və buxar boru kəmərləri — qaynaq etmə.".