1. "İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə ev təsərrüfatlarının uçotu kitabı" - 1 №-li forma təsdiq edilsin (Əlavə 1).
2. "İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə müvəqqəti yaşayan şəxslərin siyahısı"- 2 №-li forma təsdiq edilsin (Əlavə 2).
3. "İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlər" təsdiq edilsin (Əlavə 3).
4. "Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 nömrəli qərarının 1-3-cü hissələri ləğv edilsin.
5. "Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli 19/11 nömrəli qərarı ləğv edilsin.
6. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
7. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
8. Aparatın Əhali və Kənd təsərrüfatı statistikası şöbələrinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.
9. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov
Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2026-cı il 12 yanvar tarixli 1/05 №-li qərarı ilə təsdiq edilmişdir. 1 №-li forma İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI _______________________________________________________________________________ (rayon, şəhər, şəhər rayonunun adı) _______________________________________________________________________________ (inzibati ərazi dairəsinin adı və ya sahə inzibati ərazi dairəsinin nömrəsi) _______________________________________________________________________________ (şəhər, qəsəbə, kəndin adı)
Şəxsi hesab № ____________ Təsərrüfatın ünvanı ______________________________________ I. Təsərrüfat üzvlərinin siyahısı
Soyadı Adı Atasının adı
Birinci yazılan şəxslə (təsərrüfat başçısı ilə) qohumluq münasibəti təsərrüfat başçısı 3 Cinsi (kişi, qadın)
Doğulduğu tarix (gün, ay, il) və yer 5 Milliyyəti 6 Bu ünvanda daimi yaşayır ildən ildən ildən ildən ildən ildən ildən
Təhsili-ali (bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru); orta ixtisas; peşə; tam orta; ümumi orta; ibtidai; məktəbəqədər; təhsili yoxdur
Təhsil alanlar üçün göstərməli: təhsil müəssisəsinin adı və onun olduğu yer, oxuduğu sinif və ya kurs
İş yeri və vəzifəsi
Müvəqqəti qaib (12 ay və daha az müddətdə kənarda yaşayan) təsərrüfat üzvləri haqqında qeydlər (getdiyi və qayıtdığı ili, ayı, getməsinin səbəbini göstərməli) gedib qayıdıb
Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər (çıxdığı ayı, ili və çıxmasının səbəbini göstərməli)
Daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər (gəldiyi ayı, ili və haradan gəldiyini göstərməli)
Pensiya və müavinət alan şəxslər haqqında qeydlər (pensiyanın növünü, orqanizmin funksiyalarının pozulması faizini göstərməli) 14 Hərbi mükəlləfiyyəti, uçota alındığı tarix və yer 15 Əlaqə telefonları, elektron poçt ünvanı II. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər Sətrin №-si Göstəricinin adı yanvarın 1-i vəziyyətinə 1 Fərdi yaşayış evi, mənzil, yataqxana, digər. Tikildiyi il ________ 1.1 Ümumi sahəsi, kv. metr 1.2 Otaqların sayı və sahəsi / 1.3 Mərtəbəliliyi/ liftlə təminat / 1.4 Aid olduğu mənzil fondu 1.5 Təyinatı
Yardımçı tikililər, kv. metr onlardan: 2.1 2.2 ...
3. Mənzil-məişət şəraiti 3.1 Su təchizatı 3.2 Sanitar qovşağı 3.3 Vanna və ya duş 3.4 İsti su təchizatı 3.5 Kanalizasiya xətti 3.6 İstilik sistemi 3.7 Qaz təchizatı 3.8 Stasionar telefon 3.9 İnternet / III. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası, ədəd Sətrin №-si Göstəricinin adı yanvarın 1-i vəziyyətinə 1 Minik avtomobilləri 2 Yük avtomobilləri
Traktorlar - cəmi onlardan:
3.1 tırtıllı 3.2 təkərli 4 Taxılyığan kombayn 5 Ot və küləş presləyən 6 Kotan 7 Taxılsəpən
Digər texnika: onlardan: 8.1 8.2 ... IV. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq, hektar (yüzdə bir dəqiqliklə) Sətrin №-si Göstəricinin adı yanvarın 1-i vəziyyətinə 1 Kənd təsərrüfatına yararlı torpaqlar 1.1 Təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan torpaq ondan:
1.1.1 həyətyanı sahə 1.2 İcarəyə götürülmüş torpaq o сümlədən:
1.2.1 dövlət 1.2.2 bələdiyyə 1.2.3 xüsusi 1.3 Başqasından əvəzsiz istifadəyə götürülmüş torpaq 1.4 İstifadə etdiyi digər torpaqlar 1.5 Başqasına icarəyə (istifadəyə) verilmiş torpaq 1.6 Təsərrüfat üzrə - cəmi (sət.1.1+1.2+1.3+1.4 — sət. 1.5) 1.6.1 ondan dəmyə torpaqlar 1.7 Faktiki suvarılan torpaqlar ondan:
1.7.1 təbii yerüstü mənbələrdən 1.7.1.1 öz axını ilə 1.7.1.2 nasoslar vasitəsi ilə 1.7.2 təbii yeraltı mənbələrdən 1.7.2.1 artezian quyularından 1.7.2.2 subartezian quyularından 2 Torpaqdan istifadə (1.6-cı sətirdən)
2.1 əkin yeri ondan nəzərdə tutulmuşdur:
2.1.1 buğda üçün 2.1.2 arpa üçün 2.1.3 çəltik üçün 2.1.4 qarğıdalı üçün 2.1.5 digər dənlilər üçün 2.1.6 kartof üçün 2.1.7 tərəvəz üçün 2.1.8 bostan bitkiləri üçün 2.1.9 pambıq üçün 2.1.10 şəkər çuğunduru üçün 2.1.11 günəbaxan üçün 2.1.12 tütün üçün 2.1.13 yem bitkiləri üçün 2.2 çoxillik əkmələr ondan:
2.2.1 üzümlüklər 2.2.2 çay əkmələri 2.3 örüşlər 2.4 biçənəklər 2.5 dincə qoyulmuş 2.6 əkilməyən
Meşə, ağac-kol, tarlaqoruyucu bitkilər altında olan torpaqlar
Digər torpaqlar (su, yol, tikili və s. altında olan)
Torpaqlar - cəmi (sət. 1.6 + 3 + 4) V. Təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı Sətrin №-si Göstəricinin adı yanvarın 1-i vəziyyətinə
İribuynuzlu mal-qara, cəmi o cümlədən:
1.1 İnək naxırı - cəmi 1.1.1 inəklər 1.1.1.1 onlardan cins 1.1.2 törədici buğalar 1.1.2.1 onlardan cins 1.1.3 düyələr 1.1.4 cöngələr onlardan:
1.1.4.1 kökəlmədə olanlar 1.1.4.2 iş öküzləri
1.1.5 dişi danalar 1.1.6 erkək danalar 1.1.7 dişi buzovlar 1.1.8 erkək buzovlar 1.1.9 1.1.7 və 1.1.8-ci sətirlərin cəmindən 6 aylığa qədər olanlar 1.2 Camış naxırı - cəmi 1.2.1 camışlar 1.2.2 törədici kəllər 1.2.3 düyələr 1.2.4 kəllər (1.2.2-dən başqa) 1.2.4.1 onlardan kökəlmədə olanlar 1.2.5 1 yaşdan 2 yaşa qədər dişi balaqlar 1.2.6 1 yaşdan 2 yaşa qədər erkək balaqlar 1.2.7 1 yaşa qədər dişi balaqlar 1.2.8 1 yaşa qədər erkək balaqlar 1.2.9 1.2.7 və 1.2.8-ci sətirlərin cəmindən 6 aylığa qədər olanlar 2 Qoyunlar - cəmi 2.1 ana qoyunlar 2.2 törədici qoçlar 2.3 şişəklər 2.4 erkək toğlular 2.5 quzular 3 Keçilər — cəmi 3.1 ana keçilər 3.2 törədici təkələr 3.3 küərlər 3.4 dıvırlar 3.5 çəpişlər 4 Donuzlar - cəmi 4.1 9 aylıq və daha böyük ana donuzlar 4.2 törədici qabanlar 4.3 4 aylıqdan 9 aylığa qədər donuzlar 5 Atlar - cəmi 5.1 3 yaşda və daha böyük madyanlar 5.2 törədici ayğırlar 5.3 2 yaşdan 3 yaşa qədər atlar 6 Quşlar - cəmi
6.1 Toyuqlar - cəmi onlardan:
6.1.1 yumurtalıq 6.1.2 ətlik 6.2 Hind toyuqları 6.3 Qazlar 6.4 Ördəklər 7 Arı ailələri
Digər heyvan növləri: onlardan: 8.1 8.2 ...
ƏLAVƏ MƏLUMATLAR İnzibati ərazi dairəsi (sahə inzibati ərazi dairəsi) üzrə nümayəndəliyin məsul şəxsinin soyadı, adı, atasının adı ________________________
Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2026-cı il 12 yanvar tarixli 1/05 №-li qərarı ilə təsdiq edilmişdir. 2 №-li forma İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə MÜVƏQQƏTİ YAŞAYAN ŞƏXSLƏRİN SİYAHISI _______________________________ (rayon, şəhər, şəhər rayonunun adı) _______________________________ (inzibati ərazi dairəsinin adı və ya sahə inzibati ərazi dairəsinin nömrəsi) _______________________________ (şəhər, qəsəbə, kəndin adı) Sıra №-si Soyadı, adı, atasının adı (tam yazmalı) Cinsi (kişi, qadın) Doğulduğu tarix (gün, ay, il) və yer Təhsili-ali (bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru); orta ixtisas; peşə; tam orta; ümumi orta; ibtidai; məktəbəqədər; təhsili yoxdur Təhsil alanlar üçün göstərməli: təhsil müəssisəsinin adı və onun olduğu yer, oxuduğu sinif və ya kurs Daimi yaşadığı yer İş yeri və vəzifəsi Haradan və hansı tarixdə gəlmişdir Şəxsə məxsus heyvan, quş və ya arı ailəsi varsa onun Müvəqqəti yaşadığı ev təsərrüfatının İnzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) daimi məskunlaşması və ya onu tərk etməsi barədə qeyd (yer və tarix göstərilməklə) növü sayı yerləşdiyi yaşayış məntəqəsini n adı şəxsi hesab №-si A 1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Əlavə 3 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2026-cı il 12 yanvar tarixli 1/05 №-li qərarı ilə təsdiq edilmişdir. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlər
1. Əsas anlayışlar
1.1. Bu göstərişlərdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. inzibati ərazi dairəsi — hüdudlarında yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazi vahididir (şəhər, qəsəbə, kənd);
1.1.2. şəhər — əhalisinin sayı 15.000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahididir;
1.1.3. qəsəbə — əhalisinin əksəriyyəti iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahididir;
1.1.4. kənd - əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ərazi vahididir;
1.1.5. sahə inzibati ərazi dairəsi — rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir;
1.1.6. yaşayış məntəqəsi - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd);
1.1.7. ev təsərrüfatı — bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir.
Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir yaşayış sahəsində (fərdi yaşayış evində, mənzildə və s.) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər;
1.1.8. şəxsi hesab — ev təsərrüfatlarına dair ilkin məlumatları özündə ehtiva edən və Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində fərdi uçot nömrəsi ilə qeydə alınan göstəricilər məcmusudur.
2. Ümumi müddəalar
2.1. Təsərrüfatbaşına uçot Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə
nümayəndəlikləri (bundan sonra — nümayəndəliklər) tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun elektron formada aparılır. Təsərrüfatbaşına uçot sənədləri əsasında toplanmış məlumatlar nümayəndəliklər tərəfindən hər il fevral ayının 10-dək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin internet səhifəsi (www. stat. gov. az) vasitəsilə elektron məlumat bazasına daxil edilir.
2.2. Təsərrüfatbaşına uçot sənədləri aşağıdakılardan ibarətdir:
2.2.1. 1 №-li forma — "İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə ev təsərrüfatlarının uçotu kitabı" (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı);
2.2.2. 2 №-li forma — "İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə müvəqqəti yaşayan şəxslərin siyahısı" (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).
2.3. Ev təsərrüfatlarının uçotu kitabı və müvəqqəti yaşayan şəxslərin siyahısı "İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlər"ə uyğun doldurulmalıdır.
2.4. Nümayəndəliklərin baş məsləhətçi — ev təsərrüfatlarının uçotu işinin aparıcısı və ya onu əvəz edən şəxs (bundan sonra — məsul şəxs) statistik hesabat məlumatlarının doğrudüzgünlüyünü təmin etmək məqsədilə təsərrüfatbaşına uçotun dəqiq aparılmasını təmin etməyə borcludur.
2.5. Təsərrüfatbaşına uçot sənədləri məsul şəxs tərəfindən hər il yanvarın 1-dən 30-dək müvafiq inzibati ərazi dairəsi (sahə inzibati ərazi dairəsi) üzrə bütün ev təsərrüfatları başdanbaşa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir. İdarə və müəssisələrə məxsus evlərdə, yardımçı təsərrüfatlarda, yataqxanalarda, internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrdə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində və digər yerlərdə yaşayanların uçotuna da xüsusi diqqət yetirilməlidir.
2.6. Ev təsərrüfatlarının uçotu kitabının "I. Təsərrüfat üzvlərinin siyahısı" bölməsi və müvəqqəti yaşayan şəxslərin siyahısı hər il yanvarın 1-i vəziyyətinə tərtib edilir və bütün il boyu baş verən dəyişikliklərlə bağlı elektron məlumat bazasında müvafiq qeydlər aparılır.
2.7. Təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin milli və sosial mənsubiyyətinin, cins və yaş tərkibinin müəyyən edilməsi, mövcud torpaq sahələrindən istifadə vəziyyətinin öyrənilməsi, təsərrüfata məxsus yaşayış evləri və digər tikililər, heyvanlar, quşlar və arı ailələri haqqında məlumatların əldə edilməsi, seçkilərdə və referendumlarda iştirak etmək hüququna malik olan şəxslərin siyahılarının müəyyən edilməsi və s. məqsədlər üçün istifadə edilir.
2.8. Rayon, şəhər, şəhər rayonlarının icra hakimiyyətləri və rayon (şəhər) statistika idarələri təsərrüfatbaşına uçotun aparılması qaydaları barədə məsul şəxsi müntəzəm olaraq təlimatlandırmalı və təsərrüfatbaşına uçot sənədlərinə daxil edilən məlumatlarda aşkar edilmiş nöqsanların aradan qaldırılmasında ona kömək etməlidirlər.
3. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABINDA (1 №-li forma) TƏSƏRRÜFATLARIN ŞƏXSİ HESABLARININ AÇILMASI VƏ BAĞLANMASI QAYDALARI
3.1. Yanvarın 1-i vəziyyətinə inzibati ərazi dairələri (sahə inzibati ərazi dairələri) üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında
şəxsi hesab açılır. Daimi yaşayan kirayənişinlər ev sahibinin təsərrüfat üzvlərinin siyahısına daxil edilməməli və onlar üçün ayrıca şəxsi hesab açılmalıdır.
3.2. İnzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) qeydiyyatda olmayan, lakin onun ərazisində yerləşən bağ evlərində müvəqqəti yaşayan (məsələn, məzuniyyət dövründə) şəxslər bu inzibati ərazi dairəsi (sahə inzibati ərazi dairəsi) üzrə ev təsərrüfatlarının uçotu kitabına daxil edilmirlər. Onlar daimi yaşadığı yer üzrə ev təsərrüfatlarının uçotu kitabında qeydə alınırlar.
3.3. Ev təsərrüfatlarının uçotu kitabına inzibati ərazi dairəsindəki (sahə inzibati ərazi dairəsindəki) ev təsərrüfatlarının daimi yaşayan bütün üzvləri (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) daxil edilirlər. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir.
3.4. İnzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) müvəqqəti yaşayan şəxslər ev təsərrüfatlarının uçotu kitabına deyil, müvəqqəti yaşayan şəxslərin siyahısına daxil edilirlər.
3.5. İnzibati ərazi dairəsindəki yaşayış məntəqələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək müvafiq məlumatlar ev təsərrüfatlarının uçotu kitablarına daxil edildikdən sonra, təsərrüfatların şəxsi hesabları bütünlükdə inzibati ərazi dairəsi üzrə ardıcıllıq qorunmaqla arası kəsilmədən nömrələnir. Yeni yaranan ev təsərrüfatlarına inzibati ərazi dairəsi üzrə sonuncu şəxsi hesab nömrəsindən sonrakı növbəti nömrə verilir.
3.6. Təsərrüfatın şəxsi hesab nömrəsi dəyişilmir.
3.7. Rayon (şəhər) statistika idarələri və digər orqanlar tərəfindən təsərrüfatların siyahısı tərtib edilərkən, onlara bildiriş, çağırış vərəqəsi və sair sənədlər yazılarkən şəxsi hesab nömrəsinə istinad edilir.
3.8. Bu və ya digər ev təsərrüfatının bütün üzvləri inzibati ərazi dairəsi daxilindəki bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi yaşamağa köçdükdə şəxsi hesabın nömrəsi dəyişmir. Belə hallarda təsərrüfat üzvlərinin tərk etdiyi yaşayış məntəqəsinin ev təsərrüfatlarının uçotu kitabında onların şəxsi hesabı bağlanmalı və köçüb gəldikləri yaşayış məntəqəsinin ev təsərrüfatlarının uçotu kitabında eyni nömrə ilə şəxsi hesab açılmalıdır. Təsərrüfatın tərk etdiyi yaşayış məntəqəsinin ev təsərrüfatlarının uçotu kitabının "Əlavə məlumatlar" hissəsində şəxsi hesabın bağlanma tarixi və səbəbi göstərilməklə qeyd aparılır.
3.9. Ev təsərrüfatının başçısı vəfatı ilə əlaqədar və digər səbəblərə görə həmin təsərrüfatın tərkibindəki başqa şəxslə əvəz edilərsə şəxsi hesabın nömrəsi dəyişmir. Belə hallarda təsərrüfatın şəxsi hesabının "I. Təsərrüfat üzvlərinin siyahısı" bölməsinin 2-ci sətrində aşağıdakı dəyişikliklər edilməlidir:
3.9.1. yeni təsərrüfat başçısına dair xanada müvafiq düzəliş edilərək "təsərrüfat başçısı" qeydi aparılır;
3.9.2. sabiq təsərrüfat başçısına dair xanada "təsərrüfat başçısı" qeydi onun yeni təsərrüfat başçısı ilə qohumluq münasibətinə dair qeydlə əvəz edilir;
3.9.3. digər təsərrüfat üzvlərinə dair xanalarda müvafiq düzəliş edilərək onların yeni təsərrüfat başçısı ilə qohumluq münasibəti qeyd edilir.
3.10. Təsərrüfat bölündükdə mövcud təsərrüfatın tərkibindən ayrılan şəxslər şəxsi hesabdan çıxarılır və şəxsi hesabın "I. Təsərrüfat üzvlərinin siyahısı" bölməsinin onlara aid sütunlarında "X" işarəsi qeyd edilməklə onlar üçün müvafiq ev təsərrüfatlarının uçotu kitabında yeni şəxsi hesab açılır. "Əlavə məlumatlar" adlı hissədə isə həmin təsərrüfatlar üzrə müvafiq olaraq aşağıdakı qeydlər aparılır: "____ nömrəli təsərrüfat bölünmüşdür", "____
nömrəli təsərrüfatdan ayrılmışdır" və təsərrüfatın bölünməsini rəsmiləşdirən sənədin adı və tarixi göstərilir.
3.11. Ayrı-ayrı təsərrüfatlar birləşdikdə onlardan birinin şəxsi hesab nömrəsi saxlanılır.
Bu zaman həmin şəxsi hesabın "I. Təsərrüfat üzvlərinin siyahısı" və digər bölmələrinə müvafiq qeydlər əlavə edilməklə "Əlavə məlumatlar" adlı hissədə "____ nömrəli təsərrüfat ilə birləşmişdir" qeydi aparılır. Digər təsərrüfatın şəxsi hesabı isə bağlanır və onun başlıq hissəsində "___ nömrəli təsərrüfatla birləşdiyinə görə şəxsi hesab __/__/__ tarixdə bağlanmışdır" qeydi aparılır.
3.12. Təsərrüfat ləğv olunduğu təqdirdə, yaxud onun bütün üzvləri inzibati ərazi dairəsindən (sahə inzibati ərazi dairəsindən) kənara köçüb getdiyi halda həmin təsərrüfatın şəxsi hesabı bağlanır və onun başlıq hissəsində səbəbi və tarixi göstərilməklə müvafiq qeyd aparılır.
3.13. Bağlanmış şəxsi hesabların nömrəsi sərbəst qalmalı və yeni yaranmış təsərrüfatlara verilməməlidir.
4. EV TƏSƏRRÜFATLARININ UÇOTU KİTABI (1 №-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARILMASI QAYDALARI
4.1. Şəxsi hesab başlıq, "Əlavə məlumatlar" adlı hissələrdən və aşağıdakı 5 bölmədən ibarətdir:
4.1.1. I. Təsərrüfat üzvlərinin siyahısı;
4.1.2. II. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər;
4.1.3. III. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası;
4.1.4. IV. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq;
4.1.5. V. Təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı.
4.2. Başlıq hissəsində şəxsi hesabın nömrəsi və təsərrüfatın ünvanı qeyd edilir.
4.3. "I. Təsərrüfat üzvlərinin siyahısı" bölməsi 4.3.1. Bu bölmənin 1-ci sətrinə əvvəlcə təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan üzvlərinin ümumi razılığı ilə müəyyən edilmiş təsərrüfat başçısının, onun ardınca isə təsərrüfatın digər üzvlərinin, o cümlədən müvəqqəti qaib olanların soyadı, adı və atasının adı təhrif və ixtisar olunmadan daxil edilməlidir.
4.3.2. 2-ci "Birinci yazılan şəxslə (təsərrüfat başçısı ilə) qohumluq münasibəti" sətrində təsərrüfat üzvlərinə aid xanalarda onların təsərrüfat başçısına olan qohumluq münasibəti: "atası", "anası", "əri", "qardaşı", "bacısı", "oğlu", "qızı" və sair qeyd edilir. Təsərrüfat üzvləri arasında bir-birinə, yəni təsərrüfat başçısına deyil, təsərrüfatın başqa üzvlərindən birinə olan qohumluq münasibətini qeyd etmək olmaz. Təsərrüfat üzvlərinin qəyyumluğunda və ya himayəçiliyində olan uşağa dair xanada "qəyyumluqda" və ya "himayədə" sözləri qeyd edilir. Uşaqlar haqqındakı bütün məlumatlar, onların valideynlərinin (yaxud onları əvəz edən şəxslərin) ifadələrinə əsasən qeyd edilir.
4.3.3. 3-cü "Cinsi" sətrində uşaqlar da daxil olmaqla bütün təsərrüfat üzvlərinə dair xanalarda müvafiq olaraq "kişi" və ya "qadın" sözü qeyd edilir.
4.3.4. 4-cü "Doğulduğu tarix (gün, ay, il) və yer" sətrində müvafiq sənədlər (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə) əsasında hər bir təsərrüfat üzvünün doğulduğu gün,
ay, il və yerin adı göstərilir. Bu zaman, Azərbaycanda doğulmuş şəxslər üçün doğum tarixinə dair qeyddən sonra yalnız inzibati ərazi vahidinin (rayon, şəhər və ya şəhər rayonunun) və yaşayış məntəqəsinin (şəhər, qəsəbə və ya kəndin) adı göstərilir. Başqa ölkədə doğulmuş şəxslər üçün isə ölkənin adını da göstərmək lazımdır. Bu sətrin xanalarında doğum tarixi əvəzinə yaş sayının göstərilməsi yolverilməzdir.
4.3.5. 5-ci "Milliyyəti" sətrində təsərrüfat üzvü özünü hansı milliyyətə aid edirsə, o milliyyətin adı qeyd edilir. Yetkinlik yaşına çatmayanların milliyyətini onların valideynləri, yaxud valideynlərini əvəz edən şəxslər müəyyən edirlər.
4.3.6. 6-cı "Bu ünvanda daimi yaşayır" sətrində təsərrüfat üzvlərinin bu ünvanda neçənci ildən daimi yaşadığı qeyd edilir.
4.3.7. 7-ci "Təhsili-ali (bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru); orta ixtisas;
peşə; tam orta; ümumi orta; ibtidai; məktəbəqədər; təhsili yoxdur" sətrində təsərrüfat üzvlərinin malik olduqları təhsil səviyyəsi qeyd edilir. Bu sətir 10 və yuxarı yaşda bütün şəxslər üçün doldurulur. Bunun üçün aşağıda göstərilənləri rəhbər tutmaq lazımdır:
4.3.7.1. "Ali" - ali təhsil müəssisələrini bitirərək müvafiq diplom almış, eləcə də fəlsəfə doktoru və ya elmlər doktoru dərəcəsi olan şəxslər üçün qeyd olunur;
4.3.7.2. "Orta ixtisas" — hər hansı texnikum (kollec), yaxud digər orta ixtisas təhsili müəssisələrini bitirərək müvafiq diplom almış şəxslər üçün qeyd edilir;
4.3.7.3. "Peşə" - ümumi orta və ya tam orta təhsil bazasında peşə təhsili müəssisələrini bitirərək müvafiq sənəd almış şəxslər üçün qeyd edilir;
4.3.7.4. "Tam orta təhsil" — 10 illik və ya 11 (12) illik tam orta ümumtəhsil məktəblərini, lisey və ya gimnaziyaları bitirərək attestat almış şəxslər üçün qeyd edilir;
4.3.7.5. "Ümumi orta təhsil" — 7 illik, 8 illik və ya 9 illik məktəbləri, 1961-ci və əvvəlki illərdə 7-ci, 1963-1989-cu illərdə 8-ci, 1990-cı və sonrakı illərdə 9-cu sinfi, əsas ümumtəhsil məktəbini (ümumi orta təhsil müəssisələrini), 10 illik məktəblərin 9-cu sinfini, 11(12) illik məktəblərin 10-cu (11-ci) sinfini bitirmiş, 1961/1962-ci və ondan əvvəlki tədris illərində 8-ci sinifdən və istənilən ildə peşə məktəblərinin (liseylərinin) 9-11-ci siniflərindən çıxmış və bütün hallarda təhsilini davam etdirməmiş şəxslər, eləcə də 10-11-ci siniflərdə oxuyan şagirdlər üçün qeyd olunur;
4.3.7.6. "İbtidai təhsil" — ibtidai ümumtəhsil məktəbini, 1972-1989-cu illərdə 3-cü sinfi, 1991-ci və sonrakı illərdə 4-cü sinfi bitirmiş, 1972/1973 — 1988/1989-cu tədris illərində 4-8-ci, 1989/1990 və sonrakı tədris illərində 5-9-cu siniflərdən çıxmış və bütün hallarda təhsilini davam etdirməmiş şəxslər, eləcə də 5-9-cu siniflərdə oxuyan şagirdlər üçün qeyd olunur;
4.3.7.7. "Məktəbəqədər təhsil" — məktəbəqədər təhsil müəssisələrində tərbiyə almış, lakin təhsilini davam etdirməmiş şəxslər üçün qeyd edilir;
4.3.7.8. "Təhsili yoxdur" — heç bir təhsili, o cümlədən məktəbəqədər təhsili də olmayan şəxslər üçün qeyd edilir. Ümumi təhsil verməyən məktəbləri (məsələn, kənd təsərrüfatı mexanizatorlarını hazırlayan kursları, mühasibatlığa, kompüter istifadəçiliyinə dair və digər bu tipli kursları, təkmilləşdirmə və ixtisasartırma kurslarını) bitirmiş şəxslər, habelə həmin məktəblərdə oxuyan şagirdlər üçün bu cür məktəblərə daxil olana qədər malik olduqları təhsil səviyyəsi qeyd edilir. Qiyabi və axşam məktəblərini bitirənlər, habelə müstəqil hazırlaşıb eksternat yolu ilə imtahan verib məktəbi bitirən şəxslər müvafiq məktəbləri bitirənlərə bərabər tutulur.
4.3.8. 8-ci "Təhsil alanlar üçün göstərməli: təhsil müəssisəsinin adı və onun olduğu yer, oxuduğu sinif və ya kurs" sətrində şagirdlərin və ya tələbələrin təhsilalma formasından
(əyani, qiyabi, distant və ya sərbəst (eksternat) asılı olmayaraq oxuduqları təhsil müəssisələrinin adları, hansı sinifdə, yaxud kursda oxuduqları, habelə onların hansı yaşayış məntəqəsində yerləşdikləri mütləq göstərilməlidir. Məsələn, Saatlı rayonu Novruzlu kənd ümumi orta məktəbin 3-cü sinfində; Quba rayonu İkinci Nügədi kənd 2 №-li tam orta məktəbin 9-cu sinfində, Göygöl rayonu Firuzabad qəsəbə tam orta məktəbin 6-cı sinfində, Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kursunda, Bakı şəhərində, Azərbaycan Tibb Universitetinin 1-ci kursunda və s. Təsərrüfatın heç bir yerdə oxumayan, yaxud davamiyyəti bir ildən az olan kurslarda oxuyan, yaxud dərnəklərdə məşğul olan üzvləri üçün həmin sətirdə heç bir qeyd aparılmır.
4.3.9. 9-cu "İş yeri və vəzifəsi" sətrində işləyən təsərrüfat üzvlərinə dair məlumatlar qeyd olunur. Muzdla çalışan işçilər üçün işlədikləri idarə, müəssisə, təşkilatın adı, yaxud hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin yanında çalışdığı iş yeri göstərilməklə vəzifəsi qeyd olunur. Məsələn, Ağsu şəhəri "Aqroservis" müəssisəsində mühasib, "Soltanbud kəndli təsərrüfatı" MMC-də aqronom, Tağılı kənd Tibb məntəqəsində feldşer, Ağdaş Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində sürücü, Kolayır kənd Uşaq musiqi məktəbində müəllim, avtomobil təmiri sexində rəngsaz, mağazada satıcı, kafedə ofisiant, bənna yanında fəhlə və s. Fərdi qaydada sahibkarlıq (və ya əmək) fəaliyyəti ilə özünüməşğulluğunu təmin edən fiziki şəxslər üçün fərdi sahibkar, çəkməçi, dərzi, bərbər, elektrik, dülgər və s., istehsal kooperativlərinin üzvləri üçün "İK", ailə kəndli təsərrüfatlarında və ya ailə müəssisələrində haqqı ödənilmədən çalışanlar üçün isə "AKT" qeydi aparılır. Daimi iş yeri olmayan, yalnız mövsümi və ya haqqı ödənilən müvəqqəti ictimai işlərdə çalışan şəxslər üçün "MM" qeydi aparılır. Barəsində yetərincə məlumatın olmaması səbəbindən şəxsi məşğulluq statusuna görə "muzdla işləyən" və ya "özünüməşğul" kateqoriyalarından hər hansı birinə aid etmək mümkün olmadıqda ona aid xanada "digər" qeydi aparılır. İşi və qazancı olmayan, işə başlamağa hazır olub Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslər üçün "işsiz şəxs" qeydi aparılır.
4.3.10. 10-cu "Müvəqqəti qaib (12 ay və daha az müddətdə kənarda yaşayan) təsərrüfat üzvləri haqqında qeydlər" sətrinin "gedib" altsətrində müvəqqəti olaraq təsərrüfatdan çıxıb gedən şəxslər haqqında qeydlər aparılır. Məsələn, "__/__/__ tarixdə hərbi xidmətə", "__/__/__ tarixdə Türkiyəyə işləməyə", "__/__/__ tarixdə Bakıya təhsil almağa" və s. Həmin şəxslərin geri qayıtmaları haqqında qeydlər həmin sətrin "qayıdıb" altsətrində aparılır. Müvəqqəti qaiblər kateqoriyasına aşağıdakılar aid edilir: - ali, orta ixtisas, peşə, ümumi təhsil müəssisələrində, o cümlədən internat məktəblərində təhsil aldığı müddətdə inzibati ərazi dairəsindən (sahə inzibati ərazi dairəsindən) kənarda yaşayan şəxslər; - inzibati ərazi dairəsindən (sahə inzibati ərazi dairəsindən) kənarda, o cümlədən xarici ölkələrdə işləyən və işlədiyi yerdə müvəqqəti yaşayan şəxslər; - müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər; - azadlıqdan məhrumetmə müəssisələrində cəza çəkən şəxslər; - inzibati ərazi dairəsindən (sahə inzibati ərazi dairəsindən) kənarda yerləşən ahıllar, əlilliyi olan şəxslər üçün internat evlərində və uşaq evlərində yaşayan şəxslər;
- inzibati ərazi dairəsindən (sahə inzibati ərazi dairəsindən) kənarda yerləşən xəstəxanalarda uzunmüddətli müalicə alan şəxslər; - inzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) qeydiyyatda olan, lakin faktiki olaraq onun hüdudlarından kənarda müvəqqəti yaşayan şəxslər. Yuxarıda qeyd olunan şəxslərdən təsərrüfatın digər üzvləri ilə əlaqə saxlayanlar üçün müvəqqəti qaiblik müddəti tətbiq edilmir. Bu müddət təhsilin, müalicənin və sair halların başa çatması üçün zəruri olan vaxta görə müəyyənləşdirilir.
4.3.11. 11-ci "Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər" sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il qeyd edilir. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi (sahə inzibati ərazi dairəsi) daxilində başqa təsərrüfata, yaxud onun ərazisindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, "__/__/__ tarixdə ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir", "__/__/__ tarixdə iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir", "__/__/__ tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır", "__/__/__ tarixdə məhkəmənin qərarına əsasən çıxarılmışdır". Eyni zamanda, təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid digər bütün xanalarda "X" işarəsi qoyulur. Ev təsərrüfatlarının uçotu kitabında ölənlər haqqında məlumatlar (öldüyü gün, ay, il) Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı kitablarında aparılmış qeydlər və ya Ölüm haqqında şəhadətnamə əsasında qeyd edilir.
4.3.12. 12-ci "Daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər" sətrində inzibati ərazi dairəsinə (sahə inzibati ərazi dairəsinə) daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər aparılır. Məsələn, "__/__/__ tarixdə, Samux rayonunun Salahlı kəndindən". Eyni inzibati ərazi dairəsi (sahə inzibati ərazi dairəsi) üzrə bir təsərrüfatdan başqa təsərrüfata gəlmiş şəxslər 12-ci sətirdə heç bir qeyd aparılmadan ev təsərrüfatlarının uçotu kitabında müvafiq təsərrüfatın şəxsi hesabına daxil edilirlər. Müvəqqəti qaiblikdən qayıdan şəxslər barədə də bu sətirdə heç bir qeyd aparılmır.
4.3.13. 13-cü "Pensiya və müavinət alan şəxslər haqqında qeydlər (pensiyanın növünü, orqanizmin funksiyalarının pozulması faizini göstərməli)" sətrində yaşa, əlilliyə (orqanizmin funksiyalarının pozulması faizi göstərilməklə) və ya ailə başçısını itirməyə görə pensiya və müavinət alan şəxslərə dair qeydlər aparılır. Bu qeydlər pensiya kitabçaları, tibbi sosial ekspert komissiyaları tərəfindən verilmiş arayışlar və s. əsasında aparılır. Məsələn: "Yaşa görə pensiyaçı", "Qarabağ müharibəsi ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs", "ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs" və s. sözləri qeyd edilir.
4.3.14. 14-cü "Hərbi mükəlləfiyyəti, uçota alındığı tarix və yer" sətrində 18 yaşdan yuxarı kişi cinsindən olan təsərrüfat üzvünün hərbi mükəlləfiyyətə münasibəti və onun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansı yerli qurumunda (yalnız yerləşdiyi rayonun, şəhərin, şəhər rayonunun adı göstərilməklə) və hansı tarixdən uçota alındığı barədə məlumat qeyd edilir.
4.3.15. 15-ci "Əlaqə telefonları, elektron poçt ünvanı" sətrində ev təsərrüfatına məxsus stasionar telefonun nömrəsi və (və ya) təsərrüfat başçısının (üzvünün) mobil telefon nömrəsi, eləcə də elektron poçt ünvanı qeyd edilir.
4.4. "II. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər" bölməsində təsərrüfata məxsus fərdi yaşayış evi, mənzil, yataqxana və digər tikililərə dair məlumatlar müvafiq sətirlər üzrə suallara uyğun olaraq qeyd edilir.
4.4.1. 1-ci "Fərdi yaşayış evi, mənzil, yataqxana, digər. Tikildiyi il _____" sətrində uyğun gələn tikilinin növü seçilməklə tikildiyi il qeyd edilir. "Digər" variantı seçildikdə "Əlavə məlumatlar" hissəsində açıqlama verilməlidir.
4.4.2. 1.1-ci "Ümumi sahəsi" sətri doldurularkən nəzərə alınmalıdır ki, hər bir yaşayış evinin (mənzilin) ümumi sahəsinə sobanın (buxarının) yerləşdiyi sahə istisna olmaqla bayır və ara divarlar arasında yerləşən bütün sahələr, o cümlədən aşağıdakılar toplama yolu ilə daxil edilir: - bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş otaqların (qonaq və yataq otaqları, kabinet və s.) sahəsi; - məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yerləşgələrin (holl, sanitar qovşağı, hamam, mətbəx, dəhliz, yığnaq yeri və digər yardımçı sahələr) sahəsi; - hündürlüyü bayır divarlar boyunca 1,6 metrdən, yüksək hissəsi isə 2,7 metrdən az olmayan mansarda mərtəbəsinin sahəsi; - yaşayış evinə (mənzilə) bitişik tikilmiş lociyaların, eyvanların, şüşəbəndlərin, balkonların və terrasların sahəsi. Ümumi sahənin ölçüsü yaşayış evinin (mənzilin) texniki pasportuna, bu sənəd olmadıqda, yaxud faktiki sahə texniki pasportla düz gəlməyən hallarda isə təsərrüfat başçısının razılığı ilə yaşayış evinin (mənzilin) daxildən ölçülməsinə əsasən qeyd edilir.
4.4.3. 1.2-ci "Otaqların sayı və sahəsi" sətrinə kəsr işarəsindən əvvəl yaşayış evinin (mənzilin) bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş otaqlarının sayı, kəsr işarəsindən sonra isə onların məcmu sahəsi qeyd edilir.
4.4.4. Əgər yaşayış evi (mənzil) təcrid olunmuş şəkildə və hər birinin ayrıca girişi olmaq şərtilə iki və daha çox təsərrüfata məxsusdursa, o zaman bu təsərrüfatların hər birinin şəxsi hesabının "II. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər" bölməsinin 1.1 və 1.2-ci sətirlərində onun yalnız müvafiq hissəsinin ümumi sahəsi və bu hissədə yerləşən otaqların sayı və məcmu sahəsi qeyd edilir. Yaşayış evinin (mənzilin) hər hansı bir hissəsi təsərrüfatların ümumi istifadəsində olan hallarda 1.2-ci sətirdə konkret təsərrüfata məxsus otaqların sayı və məcmu sahəsi qeyd edilir, 1.1-ci sətrə isə həmin təsərrüfata aid ümumi sahənin üzərinə ümumi istifadədə olan sahənin təsərrüfatların sayına bölünməsindən alınan nisbət gəlindikdən sonra alınan rəqəm qeyd edilir. Məsələn: ümumi sahəsi 120 kv. m. və hər birinin sahəsi 20 kv. m. olan 3 otaqdan ibarət fərdi yaşayış evi, sahəsi 60 kv. m. olan şüşəbənd ümumi istifadədə saxlanılmaqla, 2 təsərrüfat arasında, birinə 1 otaq, digərinə isə 2 otaq ayrılmaqla bölünmüşdür. Bu zaman birinci təsərrüfata aid şəxsi hesabın müvafiq bölməsinin 1.2-ci sətrində kəsr işarəsindən əvvəl "1", ondan sonra "20" rəqəmi qeyd edilir. 1.1-ci sətrə isə onun istifadəsində olan 20 kv. m. sahənin üzərinə ümumi istifadədə olan sahənin (60 kv. m.) təsərrüfatların sayına (2) bölünməsindən alınan nisbət (30) gəlindikdən sonra alınan rəqəm (50) qeyd edilir. İkinci təsərrüfata aid həmin sətirlərdə müvafiq olaraq 2/40 və 70 (40 + 30) rəqəmləri qeyd edilir. Qeyd: Yaşayış evi (mənzil) iki və daha çox təsərrüfata məxsus olduqda bu təsərrüfatların hər birinin şəxsi hesabının "II. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər" bölməsinin başlığının qarşısındakı boş yerdə həmin yaşayış evinin (mənzilin) birgə sahibi hesab olunan digər təsərrüfatın (təsərrüfatların) şəxsi hesabının nömrəsi qeyd edilir.
4.4.5. Əgər təsərrüfata eyni ünvanda iki yaşayış evi (mənzil) məxsusdursa, o zaman bu bölmənin sətirlərində hər bir yaşayış evi (mənzil) üzrə məlumatlar nömrələnməklə qeyd edilir. Digər ünvanlarda (yaşayış məntəqələrində) da təsərrüfata məxsus yaşayış evi (mənzil) olarsa, bu barədə məlumatlar şəxsi hesabın "Əlavə məlumatlar" hissəsində qeyd edilir.
4.4.6. Yaşayış evi (mənzil) təsərrüfata məxsus olmadıqda həmin şəxsi hesabın "II.
Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər" bölməsinin başlığının qarşısındakı boş yerdə "Evi (mənzili) kirayəyə götürür", "müəssisənin (təşkilatın) adı məxsus evdə yaşayır" və s. məzmunda qeydlər aparılır. Həmin təsərrüfatın digər ünvanda (yaşayış məntəqəsində) yaşayış evi (mənzili) olarsa, bu barədə məlumatlar şəxsi hesabın "Əlavə məlumatlar" hissəsində qeyd edilir.
4.4.7. 1.3-cü "Mərtəbəliliyi/liftlə təminat" sətrində kəsr işarəsindən əvvəl yaşayış evinin və ya mənzilin yerləşdiyi binanın mərtəbələrinin ümumi sayı qeyd edilir, kəsr işarəsindən sonra isə bu tikilidə liftin mövcudluğundan asılı olaraq "var" və ya "yox" qeydi aparılır.
4.4.8. 1.4-cü "Aid olduğu mənzil fondu" sətrində uyğun gələn mülkiyyət forması qeyd edilir: yaşayış evi (mənzil) xüsusi mənzil fonduna (fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri) aid olduqda "Ö", dövlət mənzil fonduna (mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələri) aid olduqda "D", bələdiyyə mənzil fonduna (bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələri) aid olduqda isə "B" qeydi aparılır.
4.4.9. 1.5-ci "Təyinatı" sətri yalnız dövlət və ya bələdiyyə mənzil fonduna aid olan yaşayış evləri (mənzillər) üzrə doldurulur və bu zaman istifadə məqsədlərinə uyğun olaraq onlar sosial təyinatlı mənzil fonduna (dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələri) aid olduqda "ST", xüsusi təyinatlı mənzil fonduna (ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələri) aid olduqda isə "XT" qeydi aparılır.
4.4.10. Bu bölmənin 2-ci "Yardımçı tikililər" sətrində yaşayış evindən (mənzildən) ayrı tikilmiş tikililərin (mətbəxlərin, hamamların, sanitar qovşaqlarının, anbarların, samanlıqların, mərəklərin, dincəlmək üçün xüsusi yerlərin, qarajların və s.) ümumi sahəsi, sonrakı boş sətirlərdə isə bu tikililərin ayrı-ayrılıqda adları və sahəsi qeyd edilir.
4.4.11. Bu bölmənin 3-cü "Mənzil-məişət şəraiti" bəndinin sətirlərində yaşayış evinin (mənzilin) kommunal şəraitinə və telekommunikasiya xidmətləri ilə təminatına dair qeydlər aparılır.
4.4.12. 3.1-ci "Su təchizatı" sətri: əgər yaşayış evinə (mənzilə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgəyə mərkəzləşdirilmiş su təchizatı sistemindən və ya fərdi qaydada digər su mənbələrindən (su quyusu, çay, bulaq və s.) çəkilmiş ayrıca boru xətti ilə su daxil olursa, yaşayış evi (mənzil) su ilə təchiz edilmiş hesab olunur.
4.4.13. 3.2-ci "Sanitar qovşağı" sətri: əgər yaşayış evində (mənzildə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgədə sanitar qovşağı (tualet) mövcuddursa, yaşayış evi (mənzil) sanitar qovşağı ilə təchiz edilmiş hesab olunur.
4.4.14. 3.3-cü "Vanna və ya duş" sətri: əgər yaşayış evində (mənzildə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş və kanalizasiya xətti ilə təmin olunmuş yerləşgədə (sanitar qovşağında, hamamda) isti su təchizatından asılı olmayaraq, vanna və ya duş quraşdırılmışdırsa, yaşayış evi (mənzil) vanna və ya duş ilə təchiz edilmiş hesab olunur. Kanalizasiya xətti olmadıqda yaşayış evi (mənzil) vanna və ya duş ilə təchiz olunmuş hesab
edilmir, yəni 3.5-ci sətirdə "yox" qeydi aparılarsa, bu sətirdə də vannanın və ya duşun olubolmamasından asılı olmayaraq "yox" qeydi aparılır.
4.4.15. 3.4-cü "İsti su təchizatı" sətri: əgər yaşayış evinə (mənzilə), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgəyə mərkəzləşdirilmiş qaydada və ya fərdi su qızdırıcıları (kolonka, kombi və s.) vasitəsilə isti su verilirsə, yaşayış evi (mənzil) isti su ilə təchiz olunmuş hesab edilir.
4.4.16. 3.5-ci "Kanalizasiya xətti" sətri: əgər yaşayış evindən (mənzildən), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş və su ilə təmin olunan yerləşgədən (sanitar qovşağından, hamamdan) tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya sisteminə və ya fərdi kanalizasiya qurğularına (hopdurucu quyulara, çökdürücülərə və s.) axıdılması təmin olunursa, yaşayış evi (mənzil) kanalizasiya xətti ilə təchiz edilmiş hesab olunur. Su ilə təchiz olunmayan yaşayış evi (mənzil) kanalizasiya xətti ilə təchiz edilmiş hesab olunmur, yəni 3.1- ci sətirdə "yox" qeydi aparılarsa, bu sətirdə də mütləq "yox" qeydi aparılır.
4.4.17. 3.6-cı "İstilik sistemi" sətri: əgər yaşayış evində (mənzildə) daxili paylayıcı istilik şəbəkəsi mövcuddursa və ona mənbəyindən (istilik-enerji müəssisələrindən, istilik qazanxanalarından, fərdi avtomatik su qızdırıcısından (kombidən) və s.) asılı olmayaraq istilik enerjisi daxil olursa, yaşayış evi (mənzil) istilik sistemi ilə təchiz edilmiş hesab olunur. Sobalardan, buxarılardan, məişət kondisionerlərindən, səyyar elektrik cihazlarından istifadə edilməklə qızdırılan yaşayış evi (mənzil) istilik sistemi ilə təchiz edilmiş hesab olunmur.
4.4.18. 3.7-ci "Qaz təchizatı" sətri: əgər yaşayış evi (mənzil), yaxud ona bitişik və ya həyətdə ayrıca tikilmiş yerləşgə mərkəzləşdirilmiş qazpaylayıcı şəbəkə vasitəsilə təbii və ya fərdi qaydada maye (qaz balonu ilə) qazla təmin olunursa, yaşayış evi (mənzil) qazla təchiz edilmiş hesab olunur.
4.4.19. 3.8-ci "Stasionar telefon" sətri: əgər yaşayış evində (mənzildə) telefon rabitəsi xidmətləri göstərən müəssisədən çəkilmiş xəttə qoşulmuş telefon aparatı mövcuddursa, yaşayış evi (mənzil) stasionar telefonla təchiz edilmiş hesab olunur.
4.4.20. 3.9-cu "İnternet" sətri: təsərrüfat üzvlərinin internetə yalnız sabit çıxışı varsa, yəni internetə qoşulma internet xidmətləri göstərən operatorlardan (provayderlərdən) çəkilmiş xətlə (telefon xətti, kabel televiziyası xətti, ayrıca çəkilmiş optik kabel) həyata keçirilirsə, kəsr işarəsindən əvvəl "var", kəsr işarəsindən sonra isə "—" qeydi aparılır. İnternetə çıxış yalnız mobil və ya simsiz radiotexnologiyalar vasitəsilə (mobil telefondan, data kartdan, USB modemdən və s. istifadə etməklə) həyata keçirilirsə kəsr işarəsindən əvvəl "—", kəsr işarəsindən sonra isə "var" qeydi aparılır. İnternetə çıxış hər iki üsulla həyata keçirildikdə kəsr işarəsindən əvvəl də, sonra da "var", internetə çıxış olmadıqda isə hər iki halda "yox" qeydi aparılır. Qeyd: Yaşayış evi (mənzil) su (3.1-ci sətir), isti su (3.4-cü sətir), kanalizasiya xətti (3.5-ci sətir), istilik sistemi (3.6-cı sətir) və qazla (3.7-ci sətir) mərkəzləşdirilmiş qaydada (paylayıcı müəssisələr tərəfindən) təchiz edildikdə "M", fərdi qaydada (təsərrüfatın özü tərəfindən) təchiz edildikdə "F", təchiz olunmadıqda isə "yox" qeydi aparılır. 3.2, 3.3 və 3.8-ci sətirlərdə isə "var" və ya "yox" qeydi aparılır. Mövcud olan hər hansı kommunal və telekommunikasiya xidməti növündən müvəqqəti olaraq (məsələn, təmir nəticəsində) istifadə edilmədikdə belə, yaşayış evi (mənzil) bu xidmət növü ilə təchiz olunmuş hesab edilir.
4.5. "III. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası" bölməsində texniki vəziyyətindən asılı olmayaraq
təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan avtonəqliyyat vasitələri və kənd təsərrüfatı texnikasının sayı qeyd edilir. 1-ci sətrə minik avtomobillərinin, 2-ci sətrə isə yük avtomobillərinin sayı qeyd edilir. 3-cü sətrə traktorların ümumi sayı, 3.1 və 3.2-ci sətirlərə isə onlardan tırtıllı və təkərli traktorların sayı qeyd edilir. 4-7-ci sətirlərə müvafiq olaraq taxılyığan kombayn, ot və küləş presləyən, kotan və taxılsəpənlərin sayı qeyd edilir. 8-ci sətrə digər texnika və avadanlıqların ümumi sayı, sonrakı boş sətirlərə isə onların ayrı-ayrılıqda növü və sayı qeyd edilir.
4.6. "IV. Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan torpaq" bölməsi 4.6.1. Bu bölmənin 1-ci bəndi üzrə sətirlər təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan kənd təsərrüfatına yararlı torpaqların tam uçotunun aparılması və onların suvarılma üsulunun müəyyənləşdirilməsi üçün doldurulur.
4.6.2. 1.1-ci "Təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan torpaq" sətrinə torpaq islahatı zamanı verilmiş pay torpaqları da daxil olmaqla təsərrüfatın mülkiyyətində və (və ya) qanuni istifadəsində olan və təsərrüfatın bilavasitə özü tərəfindən kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqların ümumi sahəsi, 1.1.1-ci sətrə isə ondan yalnız həyətyanı torpağın sahəsi qeyd edilir.
4.6.3. 1.2-ci "İcarəyə götürülmüş torpaq" sətrinə icarəyə götürülmüş torpaqların ümumi sahəsi, həmin sahədən dövlət mülkiyyətinə aid torpaqların sahəsi 1.2.1-ci sətrə, bələdiyyə mülkiyyətinə aid torpaqların sahəsi 1.2.2-ci sətrə, hüquqi və (və ya) fiziki şəxslərdən pul və ya məhsul müqabilində icarəyə götürülmüş xüsusi mülkiyyətdə olan torpaqların sahəsi isə 1.2.3- cü sətrə qeyd edilir.
4.6.4. 1.3-cü "Başqasından əvəzsiz istifadəyə götürülmüş torpaq" sətrinə başqasına məxsus olan, lakin təsərrüfat tərəfindən əvəzsiz olaraq (müqabilində pul və ya məhsul ödənilmədən) kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqların sahəsi qeyd edilir.
4.6.5. 1.4-cü "İstifadə etdiyi digər torpaqlar" sətrinə digər təyinatlı torpaq fondlarına aid olan (meşə talaları, dəmir yolu zolağı, çay və kanalların kənarları və s.), lakin təsərrüfat tərəfindən müvəqqəti olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən torpaqların sahəsi qeyd edilir.
4.6.6. 1.5-ci "Başqasına icarəyə (istifadəyə) verilmiş torpaq" sətrinə torpaq islahatı zamanı verilmiş pay torpaqları da daxil olmaqla təsərrüfatın mülkiyyətində və (və ya) qanuni istifadəsində olan, lakin təsərrüfatın özü tərəfindən istifadə edilməyən, başqasına icarəyə (istifadəyə) verilən kənd təsərrüfatına yararlı torpaqların sahəsi qeyd edilir.
4.6.7. 1.6-cı "Təsərrüfat üzrə - cəmi" sətrinə 1.1, 1.2, 1.3 və 1.4-cü sətirlər üzrə məlumatların cəmindən 1.5-ci sətrin məlumatı çıxıldıqdan sonra alınan fərq, 1.6.1-ci sətrə isə ondan dəmyə torpaqların sahəsi qeyd edilir.
4.6.8. 1.7-ci "Faktiki suvarılan torpaqlar" sətrinə təbii yerüstü və yeraltı su mənbələri hesabına suvarılan torpaqların ümumi sahəsi qeyd edilir.
4.6.8.1. 1.7.1-ci sətrə 1.7-ci sətirdən yerüstü su mənbələrindən suvarılan torpaqların sahəsi, 1.7.1.1 və 1.7.1.2-ci sətirlərə isə həmin sahədən müvafiq olaraq öz axını, yaxud nasos vasitəsi ilə suvarılan torpaqların sahələri qeyd edilir.
4.6.8.2. 1.7.2-ci sətrə 1.7-ci sətirdən yeraltı su mənbələrindən suvarılan torpaqların sahəsi, 1.7.2.1 və 1.7.2.2-ci sətirlərə isə həmin sahədən müvafiq olaraq artezian (suyu təbii təzyiq
altında özbaşına çıxan), yaxud subartezian (suyu nasoslar vasitəsi ilə çıxarılan) quyular vasitəsi ilə suvarılan torpaqların sahələri qeyd edilir.
4.6.9. Bu bölmənin 2-ci bəndinin sətirləri 1.6-cı "Təsərrüfat üzrə - cəmi" sətrindən torpaqların istifadə istiqamətləri üzrə bölgüsünə dair məlumatları əks etdirir.
4.6.10. 2.1-ci "əkin yeri" sətrinə çoxillik yem bitkilərinin, payızda əkilmiş birillik bitkilərin (buğda, arpa, vələmir və s.) altında olan və yazlıq əkinlərin altına veriləcək torpaqların ümumi sahəsi, 2.1.1 - 2.1.13-cü sətirlərə isə həmin sahədən əsas bitki növləri üzrə əkinlərin (artıq əkilmiş və yazda əkiləcək) sahələri ayrıca qeyd edilir.
4.6.11. 2.2-ci sətrə bütün çoxillik əkmələrin ümumi sahəsi, 2.2.1 və 2.2.2-ci sətirlərə isə həmin sahədən müvafiq olaraq yalnız üzümlüklərin və çay əkmələrinin sahələri ayrıca qeyd edilir.
4.6.12. 2.3-cü sətrə mal-qaranın və digər heyvanların otarılması üçün istifadə edilən örüş sahələrinin cəmi qeyd edilir.
4.6.13. 2.4-cü sətrə təbii biçənək sahələrinin cəmi qeyd edilir.
4.6.14. 2.5-ci sətrə dincə qoyulmuş torpaq sahələrinin cəmi qeyd edilir.
4.6.15. 2.6-cı sətrə kənd təsərrüfatına yararlı, lakin müxtəlif səbəblərdən (su qıtlığı, maliyyə problemləri, texnikanın çatışmazlığı və s.) əkilməyən torpaq sahələrinin cəmi qeyd edilir.
4.6.16. 3-cü sətrə təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan torpaqlardan meşə, ağac-kol və tarlaqoruyucu bitkilər altında olan sahələrin cəmi qeyd edilir.
4.6.17. 4-cü sətrə təsərrüfatın mülkiyyətində və (və ya) istifadəsində olan digər kateqoriyalı torpaqların (su, yol, tikili və s. altında olan) ümumi sahəsi qeyd edilir.
4.6.18. 5-ci "Torpaqlar - cəmi" sətrinə təsərrüfatın istifadə etdiyi (1.6, 3 və 4-cü sətirlərin cəmi) torpaqların bütövlükdə sahəsi qeyd edilir.
4.7. "V. Təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı" bölməsində heyvanların, quşların və arı ailələrinin sayı barədə məlumatlar təsərrüfat başçısından, yaxud təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvündən sorğu yolu ilə və ya təsərrüfat başçısının razılığı ilə heyvanları naturada (tövlədə, pəyədə) saymaqla qeyd edilir. Hər hansı bir təsərrüfatda bu bölmədə adları konkret göstərilmiş heyvan növlərindən başqa digər heyvan növləri (dəvə, eşşək, dovşan, qunduz, su samuru və s.) olarsa, o zaman həmin heyvanların növü və sayı 8-ci sətirdən sonrakı boş sətirlərə qeyd edilməlidir. Hər hansı bir təsərrüfatda inzibati ərazi dairəsindən (sahə inzibati ərazi dairəsindən) kənarda yaşayan şəxsə məxsus heyvan, quş və ya arı ailəsi saxlanılırsa, bu barədə məlumat onların saxlanıldığı təsərrüfatın şəxsi hesabındakı "Əlavə məlumatlar" hissəsinə qeyd edilməlidir.
4.7.1. 1-ci "İribuynuzlu mal-qara, cəmi" sətrinə cinsindən və yaşından asılı olmayaraq inək və camış naxırına aid bütün heyvanların sayı qeyd edilir.
4.7.2. 1.1-ci "İnək naxırı - cəmi" sətrinə cinsindən və yaşından asılı olmayaraq yalnız inək naxırına aid bütün heyvanların sayı qeyd edilir.
4.7.3. 1.1.1-ci "inəklər" sətrinə azı bir dəfə doğmuş dişilərin sayı, 1.1.1.1-ci sətrə isə onlardan daha yüksək məhsuldarlığa və özünə xas keyfiyyətlərini sabit şəkildə öz nəslinə keçirmə qabiliyyətinə malik cins inəklərin (Şvis, Qonur Qafqaz, Qonur Latviya, Qonur Karpat, Qırmızı Eston, Qırmızı düzən, Kostroma, Simmental, Qara-ala, Lebedin, Hallovey, Ağbaş Qazax, Holştin-friz, Zebu, Aberdin-Anqus və s.) sayı qeyd edilir.
4.7.4. 1.1.2-ci "törədici buğalar" sətrinə damazlıq üçün istifadə olunan 2 yaşda və daha böyük erkəklərin sayı, 1.1.2.1-ci sətrə isə onlardan yüksək məhsuldarlığa və özünə xas keyfiyyətlərini sabit şəkildə öz nəslinə keçirmə qabiliyyətinə malik cins buğaların (Şvis, Qonur Qafqaz, Qonur Latviya, Qonur Karpat, Qırmızı Eston, Qırmızı düzən, Kostroma, Simmental, Qara-ala, Lebedin, Hallovey, Ağbaş Qazax, Holştin-friz, Zebu, Aberdin-Anqus və s.) sayı qeyd edilir.
4.7.5. 1.1.3-cü "düyələr" sətrinə buğaya gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 2 yaşda və daha böyük dişilərin sayı qeyd edilir.
4.7.6. 1.1.4-cü "cöngələr" sətrinə damazlıq üçün istifadə olunmayan 2 yaşda və daha böyük erkəklərin sayı, onlardan kökəlmədə olanların sayı 1.1.4.1-ci sətrə, iş heyvanı kimi istifadə edilənlərin sayı isə 1.1.4.2-ci sətrə qeyd edilir.
4.7.7. 1.1.5-ci sətrə 1 yaşdan 2 yaşa qədər dişi danaların sayı qeyd edilir.
4.7.8. 1.1.6-cı sətrə 1 yaşdan 2 yaşa qədər erkək danaların sayı qeyd edilir.
4.7.9. 1.1.7-ci sətrə 1 yaşa qədər dişi buzovların sayı qeyd edilir.
4.7.10. 1.1.8-ci sətrə 1 yaşa qədər erkək buzovların sayı qeyd edilir.
4.7.11. 1.1.9-cu sətrə 1.1.7 və 1.1.8-ci sətirlərin cəmindən cinsindən asılı olmayaraq 6 aylığa qədər buzovların sayı qeyd edilir.
4.7.12. 1.2-ci "Camış naxırı - cəmi" sətrinə cinsindən və yaşından asılı olmayaraq yalnız camış naxırına aid bütün heyvanların sayı qeyd edilir.
4.7.13. 1.2.1-ci "camışlar" sətrinə azı bir dəfə doğmuş dişilərin sayı qeyd edilir.
4.7.14. 1.2.2-ci "törədici kəllər" sətrinə damazlıq üçün istifadə olunan 2 yaşda və daha böyük erkəklərin sayı qeyd edilir.
4.7.15. 1.2.3-cü "düyələr" sətrinə kələ gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 2 yaşda və daha böyük dişilərin sayı qeyd edilir.
4.7.16. 1.2.4-cü "kəllər" sətrinə damazlıq üçün istifadə olunmayan 2 yaşda və daha böyük erkəklərin sayı, 1.2.4.1-ci sətrə isə onlardan kökəlmədə olanların sayı qeyd edilir.
4.7.17. 1.2.5-ci sətrə 1 yaşdan 2 yaşa qədər dişi balaqların sayı qeyd edilir.
4.7.18. 1.2.6-cı sətrə 1 yaşdan 2 yaşa qədər erkək balaqların sayı qeyd edilir.
4.7.19. 1.2.7-ci sətrə 1 yaşa qədər dişi balaqların sayı qeyd edilir.
4.7.20. 1.2.8-ci sətrə 1 yaşa qədər erkək balaqların sayı qeyd edilir.
4.7.21. 1.2.9-cu sətrə 1.2.7 və 1.2.8-ci sətirlərin cəmindən cinsindən asılı olmayaraq 6 aylığa qədər balaqların sayı qeyd edilir.
4.7.22. 2-ci "Qoyunlar - cəmi" sətrinə cinsindən və yaşından asılı olmayaraq qoyunların ümumi sayı qeyd edilir.
4.7.23. 2.1-ci "ana qoyunlar" sətrinə azı bir dəfə doğmuş dişilərin sayı qeyd edilir.
4.7.24. 2.2-ci "törədici qoçlar" sətrinə damazlıq üçün istifadə olunan 1 yaşda və daha böyük erkəklərin sayı qeyd edilir.
4.7.25. 2.3-cü "şişəklər" sətrinə qoça gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 1 yaşda və daha böyük dişilərin sayı qeyd edilir.
4.7.26. 2.4-cü "erkək toğlular" sətrinə damazlıq üçün istifadə olunmayan 1 yaşda və daha böyük erkəklərin sayı qeyd edilir.
4.7.27. 2.5-ci "quzular" sətrinə cinsindən asılı olmayaraq 1 yaşa qədər qoyun balalarının sayı qeyd edilir.
4.7.28. 3-cü "Keçilər - cəmi" sətrinə cinsindən və yaşından asılı olmayaraq keçilərin ümumi sayı qeyd edilir.
4.7.29. 3.1-ci "ana keçilər" sətrinə azı bir dəfə doğmuş dişilərin sayı qeyd edilir.
4.7.30. 3.2-ci "törədici təkələr" sətrinə damazlıq üçün istifadə olunan 1 yaşda və daha böyük erkəklərin sayı qeyd edilir.
4.7.31. 3.3-cü "küərlər" sətrinə təkəyə gəlib-gəlməməsindən asılı olmayaraq hələ doğmamış 1 yaşda və daha böyük dişilərin sayı qeyd edilir.
4.7.32. 3.4-cü "dıvırlar" sətrinə damazlıq üçün istifadə olunmayan 1 yaşda və daha böyük erkəklərin sayı qeyd edilir.
4.7.33. 3.5-ci "çəpişlər" sətrinə cinsindən asılı olmayaraq 1 yaşa qədər keçi balalarının sayı qeyd edilir.
4.7.34. 4-cü "Donuzlar - cəmi" sətrinə cinsindən və yaşından asılı olmayaraq donuzların ümumi sayı qeyd edilir.
4.7.35. 4.1-ci "9 aylıq və daha böyük ana donuzlar" sətrinə azı bir dəfə doğmuş 9 aylıq və daha böyük dişilərin sayı qeyd edilir.
4.7.36. 4.2-ci "törədici qabanlar" sətrinə damazlıq üçün istifadə olunan 1 yaşda və daha böyük erkəklərin sayı qeyd edilir.
4.7.37. 4.3-cü "4 aylıqdan 9 aylığa qədər donuzlar" sətrinə cinsindən asılı olmayaraq 4 aylıqdan 9 aylığa qədər donuz balalarının sayı qeyd edilir.
4.7.38. 5-ci "Atlar - cəmi" sətrinə cinsindən və yaşından asılı olmayaraq atların ümumi sayı qeyd edilir.
4.7.39. 5.1-ci "3 yaşda və daha böyük madyanlar" sətrinə azı bir dəfə doğmuş 3 yaşda və daha böyük dişilərin sayı qeyd edilir.
4.7.40. 5.2-ci "törədici ayğırlar" sətrinə damazlıq üçün istifadə olunan 3 yaşda və daha böyük erkəklərin sayı qeyd edilir.
4.7.41. 5.3-cü "2 yaşdan 3 yaşa qədər atlar" sətrinə cinsindən asılı olmayaraq 2 yaşdan 3 yaşa qədər atların sayı qeyd edilir.
4.7.42. 6-cı "Quşlar - cəmi" sətrinə növündən asılı olmayaraq bütün quşların sayı qeyd edilir.
4.7.43. 6.1-ci "Toyuqlar — cəmi" sətrinə toyuqların ümumi sayı, 6.1.1 və 6.1.2-ci sətirlərə isə onların yumurtalıq və ya ətlik istiqaməti üzrə bölgüsü qeyd edilir.
4.7.44. 6.2 - 6.4-cü sətirlərdə müvafiq olaraq hind toyuğu, qaz və ördəklərin sayı qeyd edilir.
4.7.45. 7-ci "Arı ailələri" sətrinə bal arılarının pətəklərinin sayı qeyd edilir.
4.7.46. 8-ci "Digər heyvan növləri" sətrinə təsərrüfata məxsus olan, lakin bu bölmədə əksini tapmayan heyvan növlərinin ümumi sayı, sonrakı boş sətirlərə isə onların ayrıayrılıqda növü və sayı qeyd edilir.
5. MÜVƏQQƏTİ YAŞAYAN ŞƏXSLƏRİN SİYAHISINDA (2 №-li forma) QEYDLƏRİN APARILMASI QAYDALARI
5.1. Müvəqqəti yaşayanlar kateqoriyasına müvəqqəti yaşama müddətindən (təhsilin, müalicənin və sair halların başa çatması üçün zəruri olan vaxtdan) asılı olmayaraq 60 gündən artıq müddətə inzibati ərazi dairəsinə (sahə inzibati ərazi dairəsinə) gəlmiş aşağıdakı şəxslər aid edilir: - inzibati ərazi dairəsinin (sahə inzibati ərazi dairəsinin) ərazisində yerləşən təhsil müəssisələrində oxuduğu müddətdə yataqxanalarda, internat məktəblərində, şəxsi evlərdə (mənzillərdə) yaşayanlar;
- inzibati ərazi dairəsinin (sahə inzibati ərazi dairəsinin) ərazisində yerləşən uşaq evlərində tərbiyə alanlar; - inzibati ərazi dairəsinin (sahə inzibati ərazi dairəsinin) ərazisində yerləşən ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində yaşayanlar; - inzibati ərazi dairəsinin (sahə inzibati ərazi dairəsinin) ərazisində yerləşən xəstəxanalarda uzun müddət müalicə olunanlar; - inzibati ərazi dairəsinin (sahə inzibati ərazi dairəsinin) ərazisində müvəqqəti və ya mövsümi işlərdə, habelə müddətli müqavilə (kontrakt) əsasında çalışan şəxslər; - xidməti vəzifəsi ilə əlaqədar inzibati ərazi dairəsinin (sahə inzibati ərazi dairəsinin) ərazisində müvəqqəti yaşayan hərbi qulluqçuların və digər şəxslərin ailələri; - inzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) qeydiyyatda olmayan, lakin faktiki olaraq onun ərazisində müvəqqəti yaşayanlar.
5.2. Xəstəxana, uşaq evi, internat məktəbi, ahıllar və əlilliyi olan şəxslər üçün internat evi və bu kimi digər müəssisələrdə müvəqqəti yaşayan şəxslərə dair 2 №-li forma üzrə məlumatlar həmin müəssisələrin rəhbərləri ilə birlikdə tərtib edildikdən sonra elektron məlumat bazasına daxil edilir. Bu müəssisələrdə işləyərək digər inzibati ərazi dairəsinin (sahə inzibati ərazi dairəsinin) ərazisində daimi yaşayanlar müvəqqəti yaşayan şəxslərin siyahısına daxil edilmirlər. Onlar daimi yaşadığı yer üzrə ev təsərrüfatlarının uçotu kitabında (1 №-li forma) qeydə alınırlar.
5.3. İnzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) qeydiyyatda olmayan, lakin onun ərazisində yerləşən bağ evlərində müvəqqəti yaşayan (məsələn, məzuniyyət dövründə), istirahət məqsədləri üçün ev kirayə götürən şəxslər müvəqqəti yaşayan şəxslərin siyahısına daxil edilmirlər. Onlar daimi yaşadığı yer üzrə ev təsərrüfatlarının uçotu kitabında (1 №-li forma) qeydə alınırlar.
5.4. Müvəqqəti yaşayan şəxslərin siyahısının 1-5-ci sütunlarındakı məlumatlar ev təsərrüfatlarının uçotu kitabının (1 №-li forma) "I. Təsərrüfat üzvlərinin siyahısı" bölməsinin müvafiq sətirlərində qeydlərin aparılması qaydalarına uyğun doldurulur.
5.5. 6-cı "Daimi yaşadığı yer" sütununda şəxsin daimi yaşadığı ünvan qeyd edilir.
Məsələn, Şirvan şəhəri, Sülh küçəsi, ev 15, mənzil 14.
5.6. 7-ci "İş yeri və vəzifəsi" sütununda şəxsin daimi yaşadığı yer üzrə iş yeri və vəzifəsi qeyd edilir. Məsələn, Gəncə şəhəri, 1 №-li orta məktəbdə müəllim. İşləməyənlər üçün müvafiq qeyd (tələbə, pensiyaçı və s.) aparılır.
5.7. 8-ci "Haradan və hansı tarixdə gəlmişdir" sütununda şəxsin daimi yaşadığı yer üzrə ünvanı və gəldiyi tarix qeyd edilir.
5.8. Müvəqqəti yaşadığı inzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) şəxsə məxsus heyvan, quş və ya arı ailəsi varsa, 9-cu sütunda onların növü (məsələn, inək, qoyun, at, toyuq, arı ailəsi və s.), 10-cu sütunda isə sayı qeyd edilir.
5.9. 11-ci sütunda şəxsin müvəqqəti yaşadığı ev təsərrüfatının yerləşdiyi yaşayış məntəqəsinin adı, 12-ci sütunda həmin təsərrüfatın şəxsi hesab nömrəsi qeyd edilir.
5.10. 13-cü "İnzibati ərazi dairəsində (sahə inzibati ərazi dairəsində) daimi məskunlaşması və ya onu tərk etməsi barədə qeyd" sütununda şəxsin daimi məskunlaşmasına və ya çıxıb getməsinə, habelə vəfat etməsinə dair müvafiq qeydlər aparılır. Məsələn, __/__/__ tarixdən ev təsərrüfatlarının uçotu kitabının 55 nömrəli şəxsi hesabında qeydə alınmışdır, __/__/__ tarixdən Masallı rayonuna getmişdir, __/__/__ tarixdə vəfat etmişdir.