Sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi halında tibb müəssisəsi hüquq mühafizə orqanına məlumat verərsə, bu barədə elektron xəstəlik vərəqəsində xüsusi qeyd aparılacaq. Dəyişiklik sığortaolunanların xəsarət hallarında daha aydın sənədləşdirmə təmin edir. Qərar 2026-cı il fevral ayında qüvvəyə minir.
17-1. Sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda, bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılır