Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI Sıra №-si Tədbirin adı İcra müddəti İcraçı orqanlar (qurumlar) 1. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkil olunması, habelə "Şəhərsalma və Memarlıq İli" və WUF13 ilə bağlı tədbirlərin həyata keçirilməsində əlaqələndirmənin təmin edilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, WUF13-ün keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2. Şəhərsalma və memarlıq sahəsində ictimai maarifləndirmə işinin aparılması məqsədilə "Bakı şəhərsalma həftəsi" çərçivəsində, həmçinin "Ümumdünya Məskunlaşma Günü" və "Ümumdünya Şəhərlər Günü" ilə bağlı yerli və beynəlxalq tədbirlərin təşkil olunması İl ərzində Aidiyyəti dövlət orqanları (qurumları) 3. Bakıda və ölkənin digər şəhərlərində daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görülməsi (mövcud parkların, tarix və mədəniyyət abidələrinin İl ərzində Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri,
ərazisində və yaxın ərazilərdə abadlıq işləri, küçə və ictimai məkanların yenidən qurulması, yaşıllıq zolaqlarının (o cümlədən yolkənarı ərazilərdə) salınması və s.) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, bələdiyyələr (tövsiyə olunur), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 4. Azərbaycanın şəhərsalma və memarlıq irsinə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair məlumatların ictimaiyyətə təqdim edilməsi məqsədilə tədbirlərin keçirilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, aidiyyəti digər dövlət orqanları (qurumları) 5. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma işləri, bərpa olunan memarlıq və tarixi-mədəni irs nümunələri haqqında materialların hazırlanması və ictimaiyyətə təqdim edilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti,
aidiyyəti digər dövlət orqanları (qurumları) 6. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunması, müvafiq sahədə elmi tədqiqatların və innovativ yanaşmaların dəstəklənməsi İl ərzində Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Azərbaycan Elm Fondu, Azərbaycan Milli Elmlər Akademiyası 7. Bakı və digər şəhərlər tərəfindən "qardaşlaşmış şəhərlər" formatında layihələrin həyata keçirilməsi İl ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları 8. Şəhərlərdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə "yaşıl tikinti" və "yaşıl bina" yanaşmaları nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyinin təhlili, beynəlxalq təcrübənin araşdırılması və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması İl ərzində Nazirlər Kabineti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi 9. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş poçt markalarının, zərflərin və poçt kartlarının buraxılması, ölkə ərazisində müxtəlif təbliğat materiallarının yerləşdirilməsi və nümayiş etdirilməsi İl ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi,
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi 10. "Şəhərsalma və Memarlıq İli" ilə bağlı mediada müvafiq materialların hazırlanması və yayımlanması, Azərbaycanın müasir şəhərsalma və memarlıq nümunələrinin qlobal informasiya məkanında geniş işıqlandırılması İl ərzində Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 11. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Azərbaycan Respublikasının daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələrinin hazırlanması İl ərzində Mərkəzi Bank (tövsiyə olunur), Xarici İşlər Nazirliyi (YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası), Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi 12. Tarix və memarlıq abidələri haqqında məlumatların rəqəmsallaşdırılması İl ərzində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları