1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2012-ci il 3 sentyabr tarixli Q21-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.6-cı bənddə "Prezidentinin Təhlükəsizlik Xidmətinin" sözləri "Dövlət Mühafizə Xidmətinin" sözləri ilə əvəz edilsin;
1.2. 6.5-ci bənddə "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti" sözləri "Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 yanvar tarixli Q5-001-19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat"a 4 nömrəli əlavənin "B. Talanmış (itirilmiş) silahın məxsusluğu" hissəsində "Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti-28" sözləri "Dövlət Mühafizə Xidməti-28" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11-001-19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat"ın 9.1.11-ci yarımbəndində "Prezidentinin Təhlükəsizlik Xidmətinin" sözləri "Dövlət Mühafizə Xidmətinin" sözləri ilə əvəz edilsin.
4. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
5. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
6. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri general-polkovnik Vilayət Eyvazov