QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Qanunvericilik aktlarıAzərbaycan Respublikasının Əmək MəcəlləsiDəyişikliklər

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 213-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 438 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Aktiv
Rəsmi mənbə
Növ: Qanun·Qəbul tarixi: 22 Jan 2026·Qəbul edən orqan: AZERTAG·Son dəyişiklik: 22 Jan 2026

Aktın mətni

5.1. 2.1.5-ci yarımbənddə "tibb mütəxəssislərinin" sözləri "və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin" sözləri ilə əvəz edilsin;

5.2. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.1.4. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiyasını həyata keçirmək, onların davamlı peşəkar inkişafı istiqamətində tədbirlər görmək;".

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 aprel tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 391) ilə təsdiq edilmiş "Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1-ci bənddə "praktiki" sözü "praktik" sözü ilə əvəz edilsin;

6.2. 5.6.3-cü yarımbənddə "praktiki" sözü "praktik" sözü ilə əvəz edilsin və həmin yarımbəndə "olmadıqda" sözündən sonra "və ya qüvvədə olmadıqda" sözləri əlavə edilsin.