QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərEnerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında
Rəsmi mənbə

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 15 Jan 2026
3Əlavə edilib0Silinib
XülasəAI

Azərbaycan Respublikası enerji effektivliyi haqqında qanunda dəyişikliklər edildi. Dövlət enerji effektivliyi informasiya sistemi yaradılır və burada enerji auditorları, auditi keçirən təşkilatlar, məcburi auditi keçirməli olan müəssisələr və binalar haqqında məlumatlar yerləşdiriləcəkdir. Həmçinin, 2026-cı ilin yanvarından başlayaraq 60 Vt və yuxarı gücə malik közərmə lampalarının, iyulundan isə 25-60 Vt gücə malik lampalarının istehsalı, idxalı və satışı qadağan edilir; yeni tikilən və təmir olunan binalar enerji effektivliyi üzrə pasportlaşdırılmalıdır.

Dəyişdirilən akt
Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında

Maddə 4-1

+1
4-1

Maddə 4-1. Enerji effektivliyi informasiya sistemi 4-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir. 4-1.2. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla, bu Qanunun 4-1.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında", "Fərdi məlumatlar haqqında" və "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla mühafizə və istifadə olunur

Maddə 6

+1
6

6.3. Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı enerji effektivliyi informasiya sisteminə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir

Maddə 17

+2−1
17

25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları 2026-cı il iyulun 1-dən.;

17

17.1.5. enerji effektivliyi informasiya sisteminin əsasnaməsini

Əvvəlki yenilik
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu