Qanun dəyişikliyi əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız "Texniki təhlükəsizlik haqqında" Qanuna əsasən vahid dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinə icazə verir. Tullantıların qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi müayinəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir. Qeydiyyatdan keçməmiş subyektlər və ya tələb olunan müayinələri keçməmiş şəxslər tərəfindən bu fəaliyyətin həyata keçirilməsi məsuliyyətə səbəb olur.
dövlətvahid